Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Balıqların tələf olma səbəbi müəyyənləşib - Video

© AP Photo / Giannis PapanikosÖlü balıqlar, arxiv şəkli
Ölü balıqlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.07.2024
Abunə olmaq
Balıq nümunələri üzərində aparılan analizlər zamanı infeksion xəstəliklərin törədiciləri, zəhərlənmə halları və kənar fiziki təzyiqlər aşkar edilməyib.
BAKI, 8 iyul — Sputnik. Xəzər dənizinin Hövsan və Türkan sahillərində balıqların kütləvi ölümü suda həll olmuş oksigenin miqdarının qeyri-optimal səviyyəyədək azalması ilə bağlıdır. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.
O qeyd edib ki, Xidmətin və Nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilib, sudan və tələf olmuş balıqlardan nümunələr götürülüb:

"Balıq nümunələri üzərində aparılan analizlər zamanı infeksion xəstəliklərin törədiciləri, zəhərlənmə halları və kənar fiziki təzyiqlər aşkar edilməyib".

Xidmət rəisinin sözlərinə görə, su nümunələrinin analizi zamanı müəyyən edilib ki, suyun temperaturunun yüksək olması nəticəsində suda həll olmuş oksigenin miqdarı qeyri-optimal səviyyəyədək, 2.2-2.5 mq/litrədək (norma-6 mq/litr) azalıb və bu səbəbdən balıqlar tələf olub.
© Photo : REPORTBioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev - Sputnik Azərbaycan, 1920, 08.07.2024
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan hissəsində, dənizin Hövsan qəsəbəsi ərazisinə düşən sahillərində balıqların kütləvi ölümü qeydə alınıb. Bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.
08.07.24, 14:47
"Xəzər dənizində balıqların ölüm səbəbinin müəyyən edilməsi üçün Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən əraziyə baxış keçirilib. Sudan və ölmüş balıqlardan nümunələr götürülüb. Analizlərin nəticəsindən sonra bu barədə ictimaiyyətə məlumat veriləcək". Bunu Sputnik Azərbaycan-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova söyləyib.
© Sputnik / Irade JELILİradə İbrahimova
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova - Sputnik Azərbaycan, 1920, 08.07.2024
İradə İbrahimova
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan hissəsində, dənizin Hövsan qəsəbəsi ərazisinə düşən sahillərində balıqların kütləvi ölümü qeydə alınıb. Bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.
Biologiya elmləri doktoru, professor Mehman Axundov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, buna səbəb son illər müşahidə olunan iqlim dəyişiklikləridir.

"Xəzər dənizində balıqların kütləvi ölümü suda oksigen çatışmazlığı ilə əlaqədardır. Bu da iqlimlə bağlı olan məsələdir. Temperatur əvvəlki illərlə müqayisədə çox yüksəlib. 2012-ci illə müqayisədə Xəzər dənizinin üst təbəqəsində olan temperatur 4-5 dərəcə artıb. Temperatur yüksəldikcə dəniz də dayazlaşır. Balıqların ölümü də məhz daha çox dənizin dayaz olduğu yerlərdə müşahidə olunur", - deyə Mehman Axundov bildirib.

Professor qeyd edib ki, son dörd-beş ildir ki, Xəzərdə balıqların kütləvi ölümü müşahidə olunur:
"Dəniz çəkildikcə dərinlik səviyyəsi də aşağı düşür. Dənizin üst hissəsində, bir metr dərinlikdə su isinir, bu zaman oksigenin miqdarı aşağı düşür. Dəniz balıqları növləri, məsələn, kilkələr, kefallar və s. əsasən iyuldan sentyabra qədər kürü tökmək üçün sahilyanı dayaz hissələrə miqrasiya edirlər. Burada onlar üçün müsbət olmayan bir şəraitlə rastlaşdıqları üçün məhv olurlar. Temperatur 27-28 dərəcədən yüksək olduqda balıqların kütləvi ölüm halları aşkarlanır".
© SputnikBiologiya elmləri doktoru, professor Mehman Axundov
Директор Научно-исследовательского института рыбного хозяйства министерства экологии и природных ресурсов Азербайджана Мехман Ахундов - Sputnik Azərbaycan, 1920, 08.07.2024
Biologiya elmləri doktoru, professor Mehman Axundov
Həmsöhbətimiz bildirib ki, suda oksigenin miqdarı hər litrdə 5-6 mq təşkil etməlidir. Amma su nümunələrində bu rəqəmin hər litr suda 1 mq olduğu aşkarlanıb. Onun sözlərinə görə, bu, daha çox gecədən səhərə doğru müşahidə olunur.

"Oksigenin miqdarı daha çox gecə aşağı düşür. Çünki, gündüz günəş dənizdə oksigenin ifraz olunmasına şərait yaradır. Gecə isə oksigen istifadə olunaraq daha da aşağı düşür. Suyun temperaturunun qalxması, dənizin dayazlaşması, dərinliyin aşağı düşməsi balıqların kütləvi ölümünə gətirib çıxarır", - deyə Mehman Axundov söyləyib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəzər dənizi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.02.2024
CƏMİYYƏT
Xəzərin səviyyəsi mənfi 33 metrədək enəcək! SOS
Xəbər lenti
0