CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəzərin səviyyəsi mənfi 33 metrədək enəcək! SOS

© AFP 2024 / SAMIR ALIYEVXəzər dənizi, arxiv şəkli
Xəzər dənizi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.02.2024
Abunə olmaq
Rövşən Abbasov bildirib ki, Xəzərin səviyyəsi 29 metrə yaxınlaşmaqla tarixi minimumuna enib.
BAKI, 29 fevral — Sputnik. Xəzərin səviyyəsi tarixi minimumuna enib. Hazırda Xəzər dənizində səviyyə tarixi minimuma, yəni 29 metrə yaxınlaşmaqdadır. Elmi proqnozlara görə, Xəzər dənizinin səviyyəsi mənfi 33 metrədək enəcək. Bu çox ciddi siqnaldır.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında "Sağlam həyata doğru" İctimai Birliyinin sədri, su məsələləri üzrə ekspert Rövşən Abbasov bildirib.
O deyib ki, Xəzər dənizinin səviyyəsi həmişə kəskin tərəddüdlərə məruz qalıb. Bununla belə, Xəzər dənizin səviyyəsinin kəskin enməsinə hazır olmalıyıq.
"Xəzər dənizinin səviyyəsi enib sonradan qalxa bilər. Amma böyük sahil ərazilər dənizdən azad ola bilər. Nəticədə ciddi fəsadlar yarana bilər. Bu, xüsusilə özünü əsasən gəmiçilik sektorunda göstərir. Böyük gəmilər sahilə yan ala bilmir. Ona görə də yeni limanlar yaratmaq lazımdır. Həmçinin çaylar da dənizə gedib çata bilmir. Ona görə də Xəzərdə balıqların miqrasiyasında problem yaranır. Çünki, Xəzərdəki balıqlar əsasən miqrasiya edən balıqlardır. Xəzərin geri çəkilməsi nəticəsində həm də iri gölməçələr əmələ gəlir. Bu gölməçələrdə çox böyük balıq ehtiyatı var. Ekoloji mühafizə dəstələri bu balıqları Xəzərin əsas hissəsinə atırlar. Bununla belə, balıqların miqrasiyasında ciddi problemlər yaranır" - Rövşən Abbasov bildirib.
© Sputnik / Zulfiyya GuluyevaSumqayıt bulvarı
Sumqayıt bulvarı - Sputnik Azərbaycan, 1920, 28.02.2024
Sumqayıt bulvarı
Ekspert onu da deyib ki, Xəzərdə ekoloji mühitin daha da pisləşəcəyi gözlənilir.
Onun sözlərinə görə, iqlim dəyişikləri nəticəsində bir neçə ildir ki, Xəzərin şimal hissəsi donmur. Bu da suiti populyasiyalarının azalmasına təsir edir. Eləcə də balıqların miqdarı azalır.
R.Abbasovun sözlərinə görə, Xəzər dənizinin suyunun azalması bütün sahilyanı ərazilərimizdə hiss olunur. Paytaxt Bakı ilə yanaşı, cənub istiqamətində, Astarada dəniz təqribən 20-25 metr məsafədə geri çəkilib. Bu səbəbdən rayonun park-bulvar kompleksinin ərazisində bulvarla dəniz arasında böyük quru sahə yaranıb. Oxşar mənzərə digər sahil ərazilərində də müşahidə edilir.
© Sputnik / Zulfiyya GuluyevaBakı bulvarı
Bakı bulvarı - Sputnik Azərbaycan, 1920, 28.02.2024
Bakı bulvarı
Ekspert bildirib ki, Xəzər dənizində son yüzillikdə ən aşağı səviyyə 29 metr olmaqla, 1977-ci ildə müşahidə edilib: "Maksimal səviyyə 26 metr olmaqla, 1995-ci ildə qeydə alınıb. 1995-ci ildən bu günə qədər Xəzər dənizinin səviyyəsinin düşməsi davam edir".
R.Abbasov çıxış yolunu Xəzərətrafı dövlətlərin birgə səyində görür.
"Xəzərin səviyyəsinin qarşısını almaq üçün bütün Xəzəryanı ölkələrin sahil idarəetmə strategiyası işlənilməlidir. Xəzəryanı ölkələr təcili bu istiqamətdə əməli addımlar atmalıdırlar" - Rövşən Abbasov bildirib.
Xəbər lenti
0