https://sputnik.az/20240708/se-duzelmeye-cetinlik-cekenlere-mujde-465890772.html
İşə düzəlməyə çətinlik çəkənlərə müjdə
İşə düzəlməyə çətinlik çəkənlərə müjdə
Sputnik Azərbaycan
Bundan əlavə, kvotadan əlavə iş yerlərinin yaradılması qaydası təsdiqlənəcək. 08.07.2024, Sputnik Azərbaycan
2024-07-08T19:11+0400
2024-07-08T19:11+0400
2024-07-08T19:11+0400
iş
iqtisadiyyat
kvota
yer
azərbaycan
əmək və əhalinin sosial müdafiə nazirliyi
prezident
https://cdnn1.img.sputnik.az/img/42204/47/422044786_0:201:2927:1847_1920x0_80_0_0_7915aaa044cd4decbc7b07536a7bbb7e.jpg
BAKI, 8 iyul — Sputnik. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə faiz dərəcələri təsdiqlənəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb. Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi altı ay müddətində sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə faiz dərəcələrini təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.Eyni zamanda ƏƏSMN-ə 6 ay müddətində məqsədli proqramların həyata keçirilməsi çərçivəsində işəgötürən tərəfindən yaradılan hər iş yerinə görə iqtisadi fəaliyyət növlərinin xüsusiyyətləri nəzərə alınmaqla ayrılacaq vəsaitin məbləğini təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb. Həmçinin kvotadan əlavə iş yerlərinin yaradılması qaydası təsdiqlənəcək. Fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində kvotadan əlavə iş yerlərinin yaradılması qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42204/47/422044786_97:0:2828:2048_1920x0_80_0_0_c5bd39a98e66e5018f14cdccbbd97ddc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iş, kvota, yer, azərbaycan, əmək və əhalinin sosial müdafiə nazirliyi, prezident
iş, kvota, yer, azərbaycan, əmək və əhalinin sosial müdafiə nazirliyi, prezident
İşə düzəlməyə çətinlik çəkənlərə müjdə
Bundan əlavə, kvotadan əlavə iş yerlərinin yaradılması qaydası təsdiqlənəcək.
BAKI, 8 iyul — Sputnik. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə faiz dərəcələri təsdiqlənəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.
Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi altı ay müddətində sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə faiz dərəcələrini təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Eyni zamanda ƏƏSMN-ə 6 ay müddətində məqsədli proqramların həyata keçirilməsi çərçivəsində işəgötürən tərəfindən yaradılan hər iş yerinə görə iqtisadi fəaliyyət növlərinin xüsusiyyətləri nəzərə alınmaqla ayrılacaq vəsaitin məbləğini təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.
Həmçinin kvotadan əlavə iş yerlərinin yaradılması qaydası təsdiqlənəcək. Fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində kvotadan əlavə iş yerlərinin yaradılması qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.