https://sputnik.az/20240708/rusiya-yaxin-vaxtlarda-a-ve-bee-arasinda-azad-ticaret-sazisinin-baglanacagina-umid-edir-465884844.html
Rusiya yaxın vaxtlarda Aİİ və BƏƏ arasında azad ticarət sazişinin bağlanacağına ümid edir
Rusiya yaxın vaxtlarda Aİİ və BƏƏ arasında azad ticarət sazişinin bağlanacağına ümid edir
Sputnik Azərbaycan
Qeyd edək ki, iyunun 12-dən 14-dək Dubayda Aİİ və BƏƏ arasında iqtisadi tərəfdaşlıq sazişinin bağlanması üzrə danışıqların üçüncü mərhələsi keçirilib. 08.07.2024, Sputnik Azərbaycan
2024-07-08T20:43+0400
2024-07-08T20:43+0400
2024-07-08T21:04+0400
bəə
iqtisadiyyat
avrasiya iqtisadi ittifaqı
rusiya
iqtisadi
komissiya
https://cdnn1.img.sputnik.az/img/40796/59/407965920_0:0:5185:2916_1920x0_80_0_0_9ef409eb3dc60f1d820a12f622a04698.jpg
BAKI, 8 iyul — Sputnik. Rusiya yaxın aylarda Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında azad ticarət sazişinin bağlanacağına ümid edir. Bu barədə Rusiya Federasiyasının sənaye və ticarət naziri Anton Əlixanov bu gün Yekaterinburqda start verilən "İnnoprom" Beynəlxalq Sənaye Sərgisində çıxışı zamanı deyib. Xatırladaq ki, iyunun 12-dən 14-dək Dubayda Aİİ və BƏƏ arasında iqtisadi tərəfdaşlıq sazişinin bağlanması üzrə danışıqların üçüncü mərhələsi keçirilib. O zaman Avrasiya İqtisadi Komissiyasının Ticarət Siyasəti Departamentinin direktor müavini Mixail Çerekayev bildirib ki, keçirilən raundun yekunlarına əsasən, sazişin tənzimləyici hissəsinin razılaşdırılmasında mühüm irəliləyişlərin əldə olunması planlaşdırılır. BƏƏ ilə danışıqlara başlamaq qərarı 2022-ci ilin dekabrında Ali Avrasiya İqtisadi Şurası tərəfindən qəbul edilib. Danışıqların birinci və ikinci raundları martda baş tutub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40796/59/407965920_483:0:4586:3077_1920x0_80_0_0_b32b1a2e0ac05f3c41e67181dc254718.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
bəə, avrasiya iqtisadi ittifaqı, rusiya, iqtisadi, komissiya
bəə, avrasiya iqtisadi ittifaqı, rusiya, iqtisadi, komissiya
Rusiya yaxın vaxtlarda Aİİ və BƏƏ arasında azad ticarət sazişinin bağlanacağına ümid edir
20:43 08.07.2024 (Yenilənib: 21:04 08.07.2024) Qeyd edək ki, iyunun 12-dən 14-dək Dubayda Aİİ və BƏƏ arasında iqtisadi tərəfdaşlıq sazişinin bağlanması üzrə danışıqların üçüncü mərhələsi keçirilib.
BAKI, 8 iyul — Sputnik. Rusiya yaxın aylarda Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında azad ticarət sazişinin bağlanacağına ümid edir.
Bu barədə Rusiya Federasiyasının sənaye və ticarət naziri Anton Əlixanov bu gün Yekaterinburqda start verilən "İnnoprom" Beynəlxalq Sənaye Sərgisində çıxışı zamanı deyib.
"Qarşılıqlı ticarətin aparılması üçün şəraitə də böyük diqqət yetiririk. Burada qarşılıqlı ticarətdə lazımsız maneələrin yaxın vaxtlarda aradan qaldırılacağına və yaxın aylarda preferensial ticarət sazişinin bağlayacağına ümid edirik. Bu forum çərçivəsində Avrasiya İqtisadi Komissiyasının naziri Andrey Slepnyov ilə BƏƏ-dən olan həmkarlarımız arasında görüş keçiriləcək", - Əlixanov bildirib.
Xatırladaq ki, iyunun 12-dən 14-dək Dubayda Aİİ və BƏƏ arasında iqtisadi tərəfdaşlıq sazişinin bağlanması üzrə danışıqların üçüncü mərhələsi keçirilib.
O zaman Avrasiya İqtisadi Komissiyasının Ticarət Siyasəti Departamentinin direktor müavini Mixail Çerekayev bildirib ki, keçirilən raundun yekunlarına əsasən, sazişin tənzimləyici hissəsinin razılaşdırılmasında mühüm irəliləyişlərin əldə olunması planlaşdırılır.
"Bu günə qədər artıq razılaşdırılmış bölmələrimiz, həmçinin danışıqlar prosesinin uğurla başa çatdırılması üçün həll edilməsi lazım olan məsələlərin anlaşılması da var", - Çerekayev qeyd edib.
BƏƏ ilə danışıqlara başlamaq qərarı 2022-ci ilin dekabrında Ali Avrasiya İqtisadi Şurası tərəfindən qəbul edilib. Danışıqların birinci və ikinci raundları martda baş tutub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.