https://sputnik.az/20240708/hefte-minusla-baslayib-neft-son-ticaret-sessiyalarinin-tendensiyasini-davam-etdirir-465891507.html
Həftə minusla başlayıb: neft son ticarət sessiyalarının tendensiyasını davam etdirir
Həftə minusla başlayıb: neft son ticarət sessiyalarının tendensiyasını davam etdirir
Sputnik Azərbaycan
Ötən cümə günü neft qiymətləri ABŞ və Almaniya iqtisadiyyatlarının sənaye sektoru ilə bağlı statistik məlumatların açıqlanmasından sonra qlobal tələb ətrafında... 08.07.2024, Sputnik Azərbaycan
2024-07-08T16:24+0400
2024-07-08T16:24+0400
2024-07-08T16:56+0400
neft-qaz
neft
qiymət
birja
azərbaycan
brent
almaniya
abş
bazar
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240094_0:172:3030:1876_1920x0_80_0_0_fa3a4f36e15fdb6f6d2ec061a32976b1.jpg
BAKI, 8 iyul — Sputnik. İyulun 8-i bazar ertəsi səhər dünya birjalarında neftin qiyməti ucuzlaşıb. Analitiklər Atlantik okeanında ekstremal hava şəraitinin nəticələrinin neft bazarında qiymətlərə təsir edəcəyini proqnozlaşdırırlar. Belə ki, Bakı vaxtı ilə saat 10:17-də səhər ticarətində Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,42% azalaraq 86,18 dollar/barelə, WTI markalı neftin avqust fyuçerslərinin qiyməti isə 0,55% azalaraq 82,70 dollar/barelə enib. Ötən bazar ertəsi, iyulun 1-də axşam ticarətində "qara qızıl"ın dünya qiymətləri artım tempini 1,5%-dən çox sürətləndirib – investorlar Yaxın Şərqdəki geosiyasi vəziyyəti izləyiblər. Brent fyuçerslərinin dəyəri 1,62% artaraq 86,38 dollar/barelə, WTI-nin avqust fyuçersləri isə 1,77% artaraq 82,98 dollar/barelə çatıb. Daha sonra, çərşənbə axşamı, iyulun 2-də neftin qiymətləri kəskin hava hadisələri və yanacaq-enerji resurslarına tələbatın mümkün artması ilə bağlı gərginliklər səbəbindən geosiyasi risklər və gərginliklərlə bağlı olaraq qarışıq dinamika nümayiş etdirib. Brent markalı neftin qiyməti iyulun 2-də axşam saatlarında 0,07% artaraq 86,66 dollar/barelə, WTI markalı neftin avqust fyuçersləri isə 0,16% azalaraq 83,25 dollar/barelə çatıb. Çərşənbə axşamı, iyulun 3-də ABŞ-da neft və neft məhsullarının kommersiya ehtiyatlarının azalması ilə bağlı məlumatların dərcindən sonra "qara qızıl"ın qiyməti qalxmağa başlayıb. Axşam ticarətində Brent markalı neftin bir barelinin qiyməti 0,13% artaraq 86,35 dollara, WTI markalı neftin avqust fyuçersləri isə 0,1% artaraq 82,89 dollar/barelə çatıb. Dünya bazarında neftin qiyməti iyulun 4-ü cümə axşamı günü axşam saatlarında Atlantik okeanında qasırğa mövsümü və Yaxın Şərqdə geosiyasətlə bağlı narahatlıqlar səbəbindən bahalaşıb - Brent neftinin qiyməti 0,15% artaraq bir barel üçün 87,47 dollara, WTI-nin avqust fyuçersləri isə 0,02% artaraq bir barel üçün 83,95 dollara çatıb. Cümə günü, iyulun 5-də neft qiymətləri ABŞ və Almaniya iqtisadiyyatlarının sənaye sektoru üzrə statistik məlumatların açıqlanmasından sonra qlobal tələb ətrafında qeyri-müəyyənlik fonunda axşam ticarətində ucuzlaşıb. Belə ki, Brent markalı neftin qiyməti 1,03% ucuzlaşaraq 86,53 dollar/barelə, WTI-ın avqust fyuçersi isə 0,91% ucuzlaşaraq 83,12 dollar/barelə düşüb. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240094_150:0:2881:2048_1920x0_80_0_0_76dd9afbb44d953ec9742fc7a9380180.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
neft, qiymət, birja, azərbaycan, brent, almaniya, abş, bazar
neft, qiymət, birja, azərbaycan, brent, almaniya, abş, bazar
Həftə minusla başlayıb: neft son ticarət sessiyalarının tendensiyasını davam etdirir
16:24 08.07.2024 (Yenilənib: 16:56 08.07.2024) Ötən cümə günü neft qiymətləri ABŞ və Almaniya iqtisadiyyatlarının sənaye sektoru ilə bağlı statistik məlumatların açıqlanmasından sonra qlobal tələb ətrafında qeyri-müəyyənlik fonunda ucuzlaşıb.
BAKI, 8 iyul — Sputnik. İyulun 8-i bazar ertəsi səhər dünya birjalarında neftin qiyməti ucuzlaşıb. Analitiklər Atlantik okeanında ekstremal hava şəraitinin nəticələrinin neft bazarında qiymətlərə təsir edəcəyini proqnozlaşdırırlar.
Belə ki, Bakı vaxtı ilə saat 10:17-də səhər ticarətində Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,42% azalaraq 86,18 dollar/barelə, WTI markalı neftin avqust fyuçerslərinin qiyməti isə 0,55% azalaraq 82,70 dollar/barelə enib.
Ötən bazar ertəsi, iyulun 1-də axşam ticarətində "qara qızıl"ın dünya qiymətləri artım tempini 1,5%-dən çox sürətləndirib – investorlar Yaxın Şərqdəki geosiyasi vəziyyəti izləyiblər. Brent fyuçerslərinin dəyəri 1,62% artaraq 86,38 dollar/barelə, WTI-nin avqust fyuçersləri isə 1,77% artaraq 82,98 dollar/barelə çatıb.
Daha sonra, çərşənbə axşamı, iyulun 2-də neftin qiymətləri kəskin hava hadisələri və yanacaq-enerji resurslarına tələbatın mümkün artması ilə bağlı gərginliklər səbəbindən geosiyasi risklər və gərginliklərlə bağlı olaraq qarışıq dinamika nümayiş etdirib. Brent markalı neftin qiyməti iyulun 2-də axşam saatlarında 0,07% artaraq 86,66 dollar/barelə, WTI markalı neftin avqust fyuçersləri isə 0,16% azalaraq 83,25 dollar/barelə çatıb.
Çərşənbə axşamı, iyulun 3-də ABŞ-da neft və neft məhsullarının kommersiya ehtiyatlarının azalması ilə bağlı məlumatların dərcindən sonra "qara qızıl"ın qiyməti qalxmağa başlayıb. Axşam ticarətində Brent markalı neftin bir barelinin qiyməti 0,13% artaraq 86,35 dollara, WTI markalı neftin avqust fyuçersləri isə 0,1% artaraq 82,89 dollar/barelə çatıb.
Dünya bazarında neftin qiyməti iyulun 4-ü cümə axşamı günü axşam saatlarında Atlantik okeanında qasırğa mövsümü və Yaxın Şərqdə geosiyasətlə bağlı narahatlıqlar səbəbindən bahalaşıb - Brent neftinin qiyməti 0,15% artaraq bir barel üçün 87,47 dollara, WTI-nin avqust fyuçersləri isə 0,02% artaraq bir barel üçün 83,95 dollara çatıb.
Cümə günü, iyulun 5-də neft qiymətləri ABŞ və Almaniya iqtisadiyyatlarının sənaye sektoru üzrə statistik məlumatların açıqlanmasından sonra qlobal tələb ətrafında qeyri-müəyyənlik fonunda axşam ticarətində ucuzlaşıb. Belə ki, Brent markalı neftin qiyməti 1,03% ucuzlaşaraq 86,53 dollar/barelə, WTI-ın avqust fyuçersi isə 0,91% ucuzlaşaraq 83,12 dollar/barelə düşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.