https://sputnik.az/20240708/ermenistanla-muxtelif-istiqametde-danisiqlar-davam-edir---ceyhun-bayramov-465880681.html
Ermənistanla müxtəlif istiqamətdə danışıqlar davam edir - Ceyhun Bayramov
Ermənistanla müxtəlif istiqamətdə danışıqlar davam edir - Ceyhun Bayramov
Sputnik Azərbaycan
XİN rəhbəri bildirib ki, Azərbaycan tərəfi İran ilə razılaşdırılmış layihələrin icrasında maraqlıdır. 08.07.2024, Sputnik Azərbaycan
2024-07-08T12:03+0400
2024-07-08T12:03+0400
2024-07-08T12:13+0400
siyasət
ceyhun bayramov
azərbaycan
ermənistan
danışıqlar
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e8/03/15/463438433_0:67:1280:787_1920x0_80_0_0_47d1339d35095ff75275dd1fe0296646.jpg
BAKI, 8 iyul — Sputnik. "Qarşıdakı hədəflərimiz çoxdur, xarici siyasət kursunu müəyyən edən Azərbaycan Prezidenti İlham Əliyev müəyyən edib ki, Azərbaycanın xarici siyasəti milli maraqlara cavab verən siyasət olmalıdır". Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, Ermənistanla müxtəlif istiqamətdə danışıqlar davam edir:"Sülh gündəliyinə gəldikdə iyun ayının sonunda biz Ermənistan tərəfinə göndərdik. Münasibətlərə gəldikdə açıq sualların sayı xeyli məhdudlaşıb. Ancaq Ermənistan konstitusiyasında hələ də Azərbaycana qarşı müddəalar qalmaqdadır. Biz qarşı tərəfdən bu istiqamətdə addımlar atmaqlarını gözləyirik". Onun sözlərinə görə, Azərbaycan tərəfi İranda yeni prezident fəaliyyətə başladıqdan sonra münasibətlərin daha da inkişaf etdiriləcəyini gözləyir.Qeyd edək ki, iyulun 9-u Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür.Müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq 2007-ci il avqustun 24-də Prezident İlham Əliyev hər il iyulun 9-nun Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında Sərəncam imzalayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/15/463438433_72:0:1209:853_1920x0_80_0_0_6693b6c9332fe823a71f252af8d21fd0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ceyhun bayramov, azərbaycan, ermənistan, danışıqlar, prezident ilham əliyev
ceyhun bayramov, azərbaycan, ermənistan, danışıqlar, prezident ilham əliyev
Ermənistanla müxtəlif istiqamətdə danışıqlar davam edir - Ceyhun Bayramov
12:03 08.07.2024 (Yenilənib: 12:13 08.07.2024) XİN rəhbəri bildirib ki, Azərbaycan tərəfi İran ilə razılaşdırılmış layihələrin icrasında maraqlıdır.
BAKI, 8 iyul — Sputnik. "Qarşıdakı hədəflərimiz çoxdur, xarici siyasət kursunu müəyyən edən Azərbaycan Prezidenti İlham Əliyev müəyyən edib ki, Azərbaycanın xarici siyasəti milli maraqlara cavab verən siyasət olmalıdır". Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
"Ölkəmizin beynəlxalq müstəvidə rolunun artmasında fəal xarici siyasət kursu yürüdəcəyik. Ölkəmizə qarşı potensial olaraq təhdid olan şeyləri öncədən müəyyən edərək düzgün siyasət yürütmək müstəsna əhəmiyyətə malikdir", - o qeyd edib.
Nazir bildirib ki, Ermənistanla müxtəlif istiqamətdə danışıqlar davam edir:
"Sülh gündəliyinə gəldikdə iyun ayının sonunda biz Ermənistan tərəfinə göndərdik. Münasibətlərə gəldikdə açıq sualların sayı xeyli məhdudlaşıb. Ancaq Ermənistan konstitusiyasında hələ də Azərbaycana qarşı müddəalar qalmaqdadır. Biz qarşı tərəfdən bu istiqamətdə addımlar atmaqlarını gözləyirik".
Onun sözlərinə görə, Azərbaycan tərəfi İranda yeni prezident fəaliyyətə başladıqdan sonra münasibətlərin daha da inkişaf etdiriləcəyini gözləyir.
"İranda yeni prezident seçildi, Azərbaycan prezidenti bu münasibətlə öz təbrikini çatdırdı. Biz bundan öncə Azərbaycan və İran arasında razılaşdırılmış layihələrin icrasında maraqlıyıq", - nazir qeyd edib.
Qeyd edək ki, iyulun 9-u Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür.
Müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq 2007-ci il avqustun 24-də Prezident İlham Əliyev hər il iyulun 9-nun Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.