Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bu siniflərdə summativ qiymətləndirmə ləğv olunacaq?

© Sputnik / Murad OrujovMəktəb, arxiv
Məktəb, arxiv - Sputnik Azərbaycan, 1920, 08.07.2024
Abunə olmaq
Şöbə müdiri bildirib ki, qiymətləndirmə siyasətində bəzi təkmilləşdirmələr aparılacaq.
BAKI, 8 iyul — Sputnik. İbtidai sinif səviyyəsində bəzi summativ qiymətləndirmələrin azaldılması və ya ləğvi məsələsi müzakirə olunur. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu "Report"a açıqlamasında Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
Şöbə müdiri bildirib ki, qiymətləndirmə siyasətində bəzi təkmilləşdirmələr aparılacaq.
Nazirlik rəsmisi həmçinin əlavə edib ki, ümumi təhsilin dövlət standartlarının yenilənməsi 5 ildən bir nəzərdə tutulur:

"2020-ci ildə təsdiq olunmuş dövlət standartları növbəti ildə yenilənəcək. Yeni standartların hazırlanması ilə bağlı işlər gedir".

Xatırladaq ki, elm və təhsil naziri Emin Əmrullayev də mətbuata açıqlamasında şagirdlərin dərs yükünün azaldılması istiqamətində bəzi summativ qiymətləndirmələrin ləğvi məsələsinə 2025-ci ildə baxıla biləcəyini söyləmişdi.
O bildirmişdi ki, hər beş ildən bir ümumi təhsilin dövlət standartlarında müəyyən dəyişikliklər edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0