CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

BAM-ın 50 illiyi: Azərbaycanlı könüllülər əsrin əfsanəvi tikintisində necə iştirak ediblər

© Photo : Courtesy of Nurmamed JavadovBAM veteranı Nurməmməd Cavadov
BAM veteranı Nurməmməd Cavadov
 - Sputnik Azərbaycan, 1920, 08.07.2024
Abunə olmaq
BAM-ın azərbaycanlı veteranları bu möhtəşəm tarixi layihədə iştirakla bağlı xatirələrini "Sputnik Azərbaycan"la bölüşüblər.
BAKI, 8 iyul — Sputnik. Dünyanın ən uzun dəmir yolu xətlərindən biri olan Baykal-Amur magistral xətti (BAM) bu gün, iyulun 8-də özünün yarım əsrlik yubileyini qeyd edir. Məhz 1974-cü ilin bu günündə onun tikintisi haqqında qərar qəbul edilib və bu tarix BAM-ın rəsmi doğum günü hesab olunur. 8 iyul tarixini ən böyük tikinti layihəsinin bütün iştirakçıları BAM Gününü qeyd edirlər.
Şərqi Sibir və Uzaq Şərqdə 4278 km uzanan BAM bu günə qədər Sovet xalqının əmək şücaətinin simvoludur. Bu dəmir yolu rayonun iqtisadi yüksəlişi üçün böyük imkanlar yaratdı və Sovet dövləti tarixində ən bahalı dəmir yolu oldu.
Ümumittifaq tikinti layihəsinin milyonlarla iştirakçıları arasında Sovet İttifaqının 70-ə yaxın millətinin nümayəndələri, o cümlədən azərbaycanlılar da var idi. Ən əsası isə yolun çəkilməsində əvəzsiz xidmətləri olan şəxs Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev olub. Həmin vaxt o, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutub və BAM-ın tikintisinə rəhbərlik edib. Heydər Əliyevin tapşırığı ilə azərbaycanlılar vağzal kompleksləri olan iki kənd - Ulkan və Anqoyanı tikiblər.
Azərbaycanlılar həmişə Heydər Əliyevin dəstəyini hiss ediblər
Anqoya layihəsinin baş mühəndisi və konstruktoru - hazırda Azərbaycanın Əməkdar mühəndisi, Fövqəladə Hallar Nazirliyinin Dövlət Qeyri-Departamentli Ekspertiza Baş İdarəsinin rəisi Təyyar Hüseynli idi. Qlobal layihənin həyata keçirilməsində iştirak etmək imkanı əldə etdiyi üçün o, taleyinə inanılmaz dərəcədə minnətdardır.
© Sputnik / F. Dunayevski / Mediabanka keçidBAM-ın tikintisi
Торжественная церемония укладки последнего серебряного звена на БАМе - Sputnik Azərbaycan, 1920, 06.07.2024
BAM-ın tikintisi
"Həmin illərdə BAM-ı əsrin tikinti layihəsi adlandırırdılar və hətta "Mir" orbital stansiyası ilə müqayisə edirdilər. Hər kəs bu möhtəşəm layihənin bir parçası olmaq və öz adını tarixə yazdırmaq arzusunda idi. Sovet İttifaqının digər respublikaları ilə yanaşı, Azərbaycan da bu nəhəng tikintidə ştirak edib. SSRİ Nəqliyyat Tikinti Nazirliyinin sifarişi ilə bütün respublikalarda, o cümlədən bizim respublikamızda "Bamtonnelstroy" tikinti idarələri yaradılırdı" - Hüseynli xatırlayır.
Əvvəlcə azərbaycanlılara Ulkan stansiyasının tikintisi, daha sonra isə 1985-ci ildə daha bir kəndin - Anqoyanın salınması tapşırılıb. Onun layihəsi SSRİ dövlət orqanları tərəfindən hazırlanıb təsdiq edilmiş, lakin Heydər Əliyevin göstərişi ilə kəndin iki əsas binası - stansiya və ticarət-ictimai mərkəzi yenidən dizayn edilmişdi.
"Heydər Əliyev bu işi aparıcı "Azqosproekt" layihələndirmə institutuna həvalə etdi. O zaman instituta Azərbaycanın əməkdar memarı Tahir Abdullayev rəhbərlik edirdi. Həmin vaxt mən bu institutda birinci emalatxananın baş layihəçisi vəzifəsində çalışırdım. Tahir Abdullayev müsabiqə elan etdi və çox qısa müddət ərzində bir neçə eskiz hazırlandı. Çox qısa müddətdə bir neçə eskiz hazırlandı. Arif Cabbarlının rəhbərlik etdiyi emalatxanamız qalib oldu - münsiflər heyətinin üzvləri layihəni həyata keçirməyə başlamazdan əvvəl onu SSRİ Nəqliyyat Tikintisi Nazirliyi ilə əlaqələndirməli olduq" - əməkdar mühəndis qeyd edib.
Arif Cabbarlı ilə birlikdə Təyyar Hüseynli də BAM-a gedib. Təəssüf ki, onun sözlərinə görə, layihə artıq qəbul olunduğundan onları heç də hər yerdə həvəslə qarşılamırdılar və heç kim layihəni dəyişmək istəmirdi. Bununla əlaqədar onlar əsas sifarişçi ilə görüşmək və üç memarın - Arif Cabbarlı, Tağı Hacızadə və Əzimxan Həsənlinin Azərbaycan milli memarlıq ənənələrində işləyib hazırladıqları eskizləri göstərmək üçün Tındaya getməyə məcbur olublar.
"Heydər Əliyev olmasaydı, layihəmiz qəbul olunmayacaqdı. Biz azərbaycanlılar onun dəstəyini həmişə hiss edirdik. Məsələn, Tindaya gələndə digər sərnişinlərlə birlikdə çıxırdıq. Hava limanında yalnız bir maşın dayanmışdı. Biz artıq onun yanından ötüb keçmişdik ki, birdən eşitdik: "Yoldaşlar, sizin arasında azərbaycanlılar varmı?" Məlum oldu ki, bu avtomobil Heydər Əliyevin tapşırığı ilə bizim üçün nəzərdə tutulub. Bizi çox yaxşı qəbul etdilər və "Orbita" mehmanxanasına yerləşdirdilər" - Hüseynli xatırlayır.
© Photo : TREND Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev
Гейдар Алиев и Байкало-Амурская магистраль - Sputnik Azərbaycan, 1920, 06.07.2024
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev
Mühəndis yalnız ona heyfslənir ki, heç vaxt Heydər Əliyevlə şəxsən görüşüb ünsiyyət qura bilməyib. Tındada Azərbaycan layihəsi əsas texnoloji tələblərin qorunub saxlanılması şərti ilə təsdiq edilib. Onlar Anqoya kəndinin tikintisinə 1986-cı ildə başlayıb, 1988-ci ildə başa çatdırıblar. Hüseynli iki il Buryatiya Respublikasında yaşayıb. Ora onun çox xoşuna gəlib. Mühəndisin sözlərinə görə, bu münbit torpaq gözəlliyi və təbiəti ilə onu heyran edib.
"Mən orada böyük həyat məktəbi keçdim, çox şey öyrəndim, daha çox təcrübə topladım və Azərbaycana geri döndüm. 2008-ci ildə Anqoya stansiyasına Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı verildi. Təəssüf ki, iş səbəbimdən bu yerləri yenidən ziyarət etmək imkanım olmayıb, amma internetdə tez-tez qəsəbənin fotolarına baxıram. Binanın fasadında bəzi dəyişikliklər edilib və bu, ilkin görkəmini bir qədər korlayıb" - Hüseynli "Sputnik Azərbaycan"a müsahibəsində bildirib.
"O zaman hamımız böyük bir ailə idik"
Bir çox azərbaycanlı Baykal-Amur magistralının tikintisi başa çatdıqdan sonra vətənlərinə qayıtmayaraq Rusiyada qaldı. Onlardan biri də Azərbaycandan olan komsomol dəstəsinin komandiri Nurməmməd Cavadov idi. Hazırda o, Moskva vilayətində yaşayır, lakin qohumları burada qaldığından tez-tez doğma vətəninə gəlir.
Cavadov "Sputnik Azərbaycan"a müsahibəsində bildirib ki, o, Yevlaxda doğulub boya-başa çatıb. Ordudan sonra vətənə qayıdıb və orada BAM-ın tikintisinin başladığını öyrənib. O, həm də bu tarixi tikinti layihəsinin iştirakçılarından biri olmaq qərarına gəlib. Onu bu addımı atmağa Sibir neftini kəşf etmiş geoloq həmyerlisi Fərman Salmanovun uğurları ilhamlandırıb.
© Photo : Courtesy of Nurmamed JavadovBAM veteranı Nurməmməd Cavadov
Ветеран БАМа Нурмамед Джавадов - Sputnik Azərbaycan, 1920, 06.07.2024
BAM veteranı Nurməmməd Cavadov
"Mən də uğur qazanmaq istəyirdim, ona görə də komsomol komitəsinə getdim və adımı BAM-da işləmək istəyənlərin siyahısına daxil etdim. Mənim sinif yoldaşım komitədə işləyirdi, o, dərhal Bakıdakı komsomol mərkəzi komitəsinə zəng etdi. Növbəti gün Yevlaxa gələn nümayəndələr mənimlə danışıb Azərbaycandan olan komsomol dəstəsinə komandir olmağı təklif etdilər. Hazırlaşıb Bakıya gəldim. Bizim dəstədə 87 nəfər var idi" – Cavadov sözünə davam edib.
1975-ci ilin mart ayında Azərbaycandan olan komsomol dəstəsi vertolyotla Ulkan kəndinə gəldi. Birinci il çox çətin keçdi, çünki azərbaycanlılar soyuğa öyrəşməmişdilər.
Amma nə qədər çətin olsa da, işdən sonra, axşamlar kino seansları təşkil edirdilər. Bu seansların birində Cavadov gələcək həyat yoldaşı ilə tanış oldu. Onlar evləndilər və elə orada - BAM-da oğulları dünyaya gəldi.
© Photo : Courtesy of Nurmamed JavadovBAM veteranı Nurməmməd Cavadov
Ветеран БАМа Нурмамед Джавадов - Sputnik Azərbaycan, 1920, 06.07.2024
BAM veteranı Nurməmməd Cavadov
"Ulkan kəndinin tikintisi başa çatandan sonra biz Azərbaycana geri döndük. Bakıda qızım anadan oldu. Məni Bakı Dərin dəniz özülləri zavodunun tikintisinə rəis təyin etdilər. Mən orada dörd il işlədim. Sonra isə öyrəndim ki, Heydər Əliyevin tapşırığı ilə azərbaycanlılar BAM-da ikinci kəndin tikintisinə başlayırlar. Mən, necə deyərlər, BAM-a aşiq olmuşdum, ona görə də məni ora göndərməyi xahiş etdim. Məni Anqoya stansiyasının tikintisinə rəis təyin etdilər" - Cavadov bildirib.
Onun sözlərinə görə, hər yeni obyektin tikintisi başa çatandan sonra Heydər Əliyev özü gəlib hər şeyi yoxlayıb. O, həmçinin həmyerlilərinə də hər cür köməklik göstərirdi.
Tikinti başa çatdıqdan sonra Cavadov Rusiyada qalmaq qərarına gəlib. O, BAM-ın tikintisi zamanı tanış olduğu insanlarla ünsiyyətini hazırda da davam etdirir.
"O vaxt biz hamımız böyük bir ailə idik" – "BAM"ın qurucularından biri deyir.
Fətullayevlər ailəsi
BAM-da tam heyətli ailələr işləyirdi. Onlardan biri də ilk günlərdən bu əfsanəvi tikinti sahəsində çalışan Cəlilabad rayonundan olan Fətullayevlər ailəsi idi. Akif Fətullayevin "Sputnik Azərbaycan"a verdiyi məlumata görə, orada onun kiçik qardaşı, dayısı, əmisi oğlu və hətta baldızı işləyirmiş.
© Photo : Courtesy of Akif FatullayevBAM veteranı Akif Fətullayev
Ветеран БАМа Акиф Фатуллаев - Sputnik Azərbaycan, 1920, 06.07.2024
BAM veteranı Akif Fətullayev
"Mən hərbi xidməti Rusiyada etmişəm, ona görə də BAM-ın tikintisi və ona Heydər Əliyevin rəhbərlik etdiyi barədə çox eşitmişdim. 1983-cü ildə ordudan Cəlilabada qayıtdım, o zaman isə artıq BAM-da işləyən əmim məzuniyyətə gəlmişdi. O, tikintidən, işlədiyi insanlardan elə məmnunluqla danışdı ki, məndə hər şeyi öz gözlərimlə görmək həvəsi yarandı. Mən əmimlə birgə BAM-a uçdum" - Fətullayev bildirib.
Bir neçə ildən sonra o, bütün bu müddət ərzində onu gözləyən sevdiyi qız ilə evlənmək üçün vətənə geri dönür. Toydan sonra onlar artıq birlikdə BAM-a qayıdırlar. Fətullayevin sözlərinə görə, həyat yoldaşı orada suvaqçı sənətini öyrənib və digər inşaatçıların arvadları kimi onunla birgə işləməyə başlayıb. Onun sözlərinə görə, 40 dərəcə şaxtada işləyiblər, amma zərrə qədər də yorulmayıblar.
"1989-cu ildə magistralın çəkilişində iştirak edənlərin böyük festivalı keçirildi. Bütün millətlərin nümayəndələri, o cümlədən biz azərbaycanlılar öz milli adət-ənənələrini nümayiş etdirdik. Həmin gün güclü külək əsirdi, amma buna baxmayaraq, hamı oturub bizim çıxışlarımızı gözləyirdi. Festivalda pəhləvanımız bir neçə nömrə nümayiş etdirdi, biz də Azərbaycan rəqsini ifa etdik. Yeri gəlmişkən, biz festivalda birinci yeri tutduq" – BAM-ın veteranı sözünə davam edir.
© Photo : Courtesy of Akif FatullayevBAM veteranı Akif Fətullayev
Ветеран БАМа Акиф Фатуллаев - Sputnik Azərbaycan, 1920, 06.07.2024
BAM veteranı Akif Fətullayev
Onun sözlərinə görə, Heydər Əliyev BAM-dakı həmyerlilərini heç vaxt unutmayıb. Hər dəfə Novruz bayramında Azərbaycandan onlara ən yaxşı müğənnilərin daxil olduğu konsert komandaları gəlirdi. Ümummilli lider milli şirniyyatların hazırlanması üçün BAM-a aşpazları da göndərib.
"Bütün bunlar bizim yaddaşımızda əbədi qaldı. Hazırda mən və həyat yoldaşım bu illəri tez-tez xatırlayırıq - o zaman hər şey başqa idi. Həmçinin Heydər Əliyevin sərəncamı ilə Azərbaycandan olan bütün iştirakçılar BAM-da üç il işlədikdən sonra qeydiyyatda olduqları ərazidə mənzillə təmin olunurdular. "Əmim mənzil almışdı, amma təəssüf ki, 90-cı illər artıq çətin olduğu üçün onu bizə verməyə imkan olmadı" - Fətullayev qeyd edib.
1998-ci ildə o, yenidən Sibirə gəlir və iki il orada işləyir. Hələ də orada yaşayan, lakin sonra vətənə qayıdan həmyerliləri ilə görüşüb.
"Mən Azərbaycandan kənarda yaşaya bilmərəm, ona görə də buradan həmişəlik getmək istəyim heç zaman olmayıb" - BAM veteranı əlavə edib.
Xəbər lenti
0