https://sputnik.az/20240708/agcaqanadlar-ne-meqsedle-qan-icirler-ve-onlarin-dislediyi-yerler-niye-qasinir-465865129.html
Ağcaqanadlar nə məqsədlə qan içirlər və onların dişlədiyi yerlər niyə qaşınır?
Ağcaqanadlar nə məqsədlə qan içirlər və onların dişlədiyi yerlər niyə qaşınır?
Sputnik Azərbaycan
Ağcaqanadlar hər 5-7 gündən bir su hövzələrində və nəm torpaqda çoxalırlar. 08.07.2024, Sputnik Azərbaycan
2024-07-08T08:39+0400
2024-07-08T08:39+0400
2024-07-08T08:39+0400
ağcaqanad
elm
altay
qan
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/18/447821419_0:256:2730:1792_1920x0_80_0_0_eb0d1def6847b30b3f0ab2f3bc35c2c8.jpg
BAKI, 8 iyul — Sputnik. Ağcaqanadların heyvanların və insanların qanı ilə qidalandığı hamıya məlumdur. Altay Dövlət Universitetinin biologiya elmləri namizədi Tatyana Antonenko ağcaqanadların niyə qana üstünlük verməsindən danışıb. Bioloq izah edib ki, yalnız dişi ağcaqanadlar qanla qidalanırlar. Erkəklərin qidalanması üçün nektar və bitki şirəsi lazımdır. Dişilərə isə yumurta qoymaq üçün zülal tələb olunur. Bu zülal isə məhz qanda çox miqdardadır. Ağcaqanadlar hər 5-7 gündən bir su hövzələrində və nəm torpaqda çoxalırlar. "Dişinin yumurta zülallarını sintez etmək üçün amin turşularına ehtiyacı var. Onlar dişi ağcaqanadın bağırsaqlarında qan həzm olunduqda əmələ gəlir. Ağcaqanadlar suyun səthində yumurta qoyurlar - çoxlu sayda gölməçələr və istilik ağcaqanadların çoxalmasına kömək edir, çünki istilik yumurtaların inkişaf dövrünü sürətləndirir" - bioloq izah edib. Qeyd edək ki, ağcaqanad insanı dişlədiyi anda insan bədəninin müdafiə sistemi fəaliyyətə başlayır. Bədənə mikrobların girməsinə mane olmaq və qanı dayandırmaq üçün yara bölgəsinə qanın laxtalanmasını təmin edən ferment ifraz olunmağa başlayır. Qanda laxtalanmanın başlaması isə ağcaqanadın qanı əmməsini qeyri-mümkün edir. Lakin bunu "bilən" ağcaqanad kəsici bıçaqlarının birindən yaraya maye yeridir. Bu mayenin tərkibində laxtalanmağa mane olan ferment var. Beləliklə, qandakı ferment təsirsiz hala gətirilir və laxtalanma dayanır. Həmçinin ağcaqanad bu maye sayəsində ovuna lokal anesteziya edir. Dəridə qaşınmağa səbəb olan da məhz bu mayedir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/18/447821419_0:0:2730:2048_1920x0_80_0_0_69555b7f61b6a4dd04804f3ef7f2b562.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
ağcaqanad, altay, qan
Ağcaqanadlar nə məqsədlə qan içirlər və onların dişlədiyi yerlər niyə qaşınır?
Ağcaqanadlar hər 5-7 gündən bir su hövzələrində və nəm torpaqda çoxalırlar.
BAKI, 8 iyul — Sputnik. Ağcaqanadların heyvanların və insanların qanı ilə qidalandığı hamıya məlumdur.
Altay Dövlət Universitetinin biologiya elmləri namizədi Tatyana Antonenko ağcaqanadların niyə qana üstünlük verməsindən danışıb.
Bioloq izah edib ki, yalnız dişi ağcaqanadlar qanla qidalanırlar. Erkəklərin qidalanması üçün nektar və bitki şirəsi lazımdır. Dişilərə isə yumurta qoymaq üçün zülal tələb olunur. Bu zülal isə məhz qanda çox miqdardadır.
Ağcaqanadlar hər 5-7 gündən bir su hövzələrində və nəm torpaqda çoxalırlar.
"Dişinin yumurta zülallarını sintez etmək üçün amin turşularına ehtiyacı var. Onlar dişi ağcaqanadın bağırsaqlarında qan həzm olunduqda əmələ gəlir. Ağcaqanadlar suyun səthində yumurta qoyurlar - çoxlu sayda gölməçələr və istilik ağcaqanadların çoxalmasına kömək edir, çünki istilik yumurtaların inkişaf dövrünü sürətləndirir" - bioloq izah edib.
Qeyd edək ki, ağcaqanad insanı dişlədiyi anda insan bədəninin müdafiə sistemi fəaliyyətə başlayır. Bədənə mikrobların girməsinə mane olmaq və qanı dayandırmaq üçün yara bölgəsinə qanın laxtalanmasını təmin edən ferment ifraz olunmağa başlayır. Qanda laxtalanmanın başlaması isə ağcaqanadın qanı əmməsini qeyri-mümkün edir. Lakin bunu "bilən" ağcaqanad kəsici bıçaqlarının birindən yaraya maye yeridir. Bu mayenin tərkibində laxtalanmağa mane olan ferment var. Beləliklə, qandakı ferment təsirsiz hala gətirilir və laxtalanma dayanır. Həmçinin ağcaqanad bu maye sayəsində ovuna lokal anesteziya edir. Dəridə qaşınmağa səbəb olan da məhz bu mayedir.