DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Pezeşkiyan türk kimliyini gizlətməyən biridir, Təbrizdə türkcə danışır - Ərdoğan

© AFP 2024 / ATTA KENAREMəsud Pezeşkian
Məsud Pezeşkian - Sputnik Azərbaycan, 1920, 07.07.2024
Abunə olmaq
Türkiyə prezidenti deyib ki, Azərbaycan əsilli türk prezident seçiləndən sonra İranla münasibətləri daha da yaxşı olacaq.
BAKI, 7 iyul - Sputnik. Türkiyə-İran münasibətləri gələcəkdə daha yaxşı olacaq.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyadan qayıdarkən verdiyi açıqlamada deyib.
O, bildirib ki, regionda İranla ən yaxşı əlaqələrə malik ölkə Türkiyədir:
"Bu yaxınlarda İranda seçki oldu və Azərbaycan əsilli türk prezident seçildi. Yeni prezident Məsud Pezeşkiyan türk kimliyini gizlətməyən biridir. Məsələn, Təbrizdə türkcə danışır. Amma kürd bölgələrinə gedəndə orada kürdcə danışa bilir. O, həm də fars dilini gözəl bilir. İran bizim tarixi və mədəni əlaqələrimiz olan mühüm qonşudur. Yeni dövrdə Türkiyə-İran ikitərəfli əlaqələrinin artan templə müsbət istiqamətdə inkişaf edəcəyini gözləyirəm".
06.07.24, 11:14
İranın azərbaycanlı prezidenti dostluq mesajları verib
Prezident seçkilərinin ikinci turunda qalib gələn İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkian siyasi rəqiblərini “qardaş” adlandırıb və hər kəsə dostluq əli uzadacağına söz verib.
Bu barədə “Nour News” agentliyi məlumat yayıb.
“Hər kəsə dostluq əli uzadacam, hamını ölkənin inkişafına cəlb edəcəyəm. Rəqiblər mənim qardaşlarımdır” - o, vurğulayıb.
Xatırladaq ki, İranın Seçki Komissiyasının rəhbəri Möhsün Eslami ikinci turda 16 milyon 384 min 403 seçicinin səs verdiyi islahatçı Məsud Pezeşkianın seçkilərdə qalib gəldiyini açıqlamışdı. M.Pezeşkianın rəqibi, mühafizəkarlar qanadının namizədi Səid Cəlili isə 13 milyon 538 min 179 səs toplayıb.
Qeyd edək ki, Məsud Pezeşkian 29 sentyabr 1954-cü ildə İranın Qərbi Azərbaycan əyalətinin Mahabad şəhərində dünyaya gəlib. Onun atası milliyyətcə türk, anası isə kürddür.
Pezeşkian 1973-cü ildə ali təhsil diplomu alıb və məcburi həqiqi hərbi xidmətini yerinə yetirmək üçün Zabol bölgəsinə gedib. Bu dövrdə o, tibblə məşğul olmağa başlayıb. Həqiqi hərbi xidməti başa vurduqdan sonra doğma şəhərinə qayıdıb və ali məktəbin tibb fakultəsinə daxil olub. Universiteti fərqlənmə ilə bitirən Məsud İran-İraq müharibəsi (1980–1988) zamanı tez-tez ön cəbhəni ziyarət edib. O bu müharibədə əsgər və həkim olaraq fəaliyyət göstərib.
Müharibədən sonra Təbriz Tibb Elmləri Universitetində ümumi cərrahiyə ixtisası üzrə təhsilinə davam edib. 1993-cü ildə İran Tibb Elmləri Universitetinin ümumi cərrahiyə ixtisası üzrə uzmanlıq dərəcəsi alıb. 1994-cü ildə universitetin rektoru təyin edilib və 5 il bu vəzifəni icra edib.
Məsud Pezeşkian keçmiş prezident Məhəmməd Hatəminin administrasiyasında (2001-2005) səhiyyə naziri vəzifəsində çalışıb. O, beş dəfə parlamentə deputat seçilib. Pezeşkian 8-ci, 9-cu, 10-cu və 11-ci məclislərin (parlament) üzvü olub. O, İran parlamentində təbrizliləri təmsil edib.

O, həmçinin 2016-2020-ci illərdə parlamentin birinci vitse-spikeri vəzifəsində çalışıb.
Məsud Pezeşkian Quran müəllimi və şiə məzhəbindən olanlar üçün vacib mətn olan Nəch-ul Bəlağənin oxuyucusudur. O, hazırda İran-Türkiyə Dostluq Dərnəyinin üzvüdür.

İslahatçılara yaxınlığı ilə tanınan Pezeşkian prezidentliyə namizəd olduqdan sonra sosial mediadakı paylaşımında təcrübəli və bilikli insanları vəzifəyə təyin etməyin vacibliyini vurğulayıb və planlarını açıqlayıb. Pezeşkian həmçinin İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin əmrlərini yerinə yetirəcəyinə söz verib.
Qeyd edək ki, M.Pezeşkianın 4 övladı var. Həyat yoldaşı 19 il əvvəl dünyasını dəyişsə də, o, daha sonra evlənməyib.
Pezeşkian 2016-cı ildə parlamentin açıq iclasında Tanrının onu türk kimi yaratdığını və heç kimin türklərin dilini, mədəniyyətini ələ salmağa haqqının olmadığını deyib. Həmçinin konstitusiyanın 15-ci maddəsinə əsasən, İrandakı bütün etnik qrupların ana dilində təhsil almaq haqqının olduğunu dilə gətirib. Pezeşkian İranda türk komandası olan "Traktor"un azerkeşidir.
Xəbər lenti
0