Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

© Sputnik / Ilham MustafayevÇaykənd kəndinə mənzərə
Çaykənd kəndinə mənzərə - Sputnik Azərbaycan, 1920, 07.07.2024
Abunə olmaq
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
BAKI, 2 iyul — Sputnik. Azərbaycanda qeyri-sabit hava şəraiti iyulun 8-i gündüzədək davam edəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Şimal və qərb rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə, xüsusən də Balakən-Şəki, Quba-Qusar, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzurda yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
Xəbər lenti
0