https://sputnik.az/20240707/kardioloq-urek-xestelerine-xeberdarliq-etdi-veziyyetiniz-keskinlesecek-462338785.html
Milli Hidrometeorologiya Xidməti: Günorta vaxtı açıq havada qalmaq məsləhət deyil
Milli Hidrometeorologiya Xidməti: Günorta vaxtı açıq havada qalmaq məsləhət deyil
Sputnik Azərbaycan
İyulun 8-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda günorta saatlarında isti temperatur diskomfortu gözlənilir. 07.07.2024, Sputnik Azərbaycan
2024-07-07T14:39+0400
2024-07-07T14:39+0400
2024-07-07T17:20+0400
soyuq hava
səhiyyə
kardioloq
ürək
ürək çatışmazlığı
ürək-damar xəstəlikləri
https://cdnn1.img.sputnik.az/img/07e6/06/01/442418498_0:0:3179:1788_1920x0_80_0_0_785d5b714da09b8257f5587ba4e5dcb4.jpg
BAKI, 7 iyul — Sputnik. İyulun 8-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və bəzi saatlarda durğun hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir. Bu isə meteohəssas insanlar üçün əlverişsizdir.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb."Günorta vaxtı açıq havada uzun müddət qalmaq məsləhət deyil" - məlumatda deyilir.16.06.24, 18:43Meteohəssas insanların nəzərinə: Ürək xəstəlikləri kəskinləşəcəkBu gün iyunun 17-nə olan tibbi-meteoroloji proqnoz açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, iyunun 17-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda günorta saatlarında isti temperatur diskomfortu gözlənilir. Bu da meteohəssas insanlar üçün nisbətən əlverişsizdir. C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun kardioloqu Rafiq Yusifli bir müddət əvvəl belə günlərdə ürək xəstəliklərindən əziyyət çəkən insanları diqqətli olmağa çağırıb. "Cavan və sağlam insanlarda təbiətin qeyri-sabitliyinə uyğunlaşma yüngül, ciddi əlamətlər törətmədən keçir. Yaşlılarda və xüsusilə ürək-damar, ağciyər, sinir sistemi xəstəlikləri olanlarda təsirsiz ötüşmür. Belə ki, orqanizmin uyğunlaşma prosesi çətinləşir, diskomfort və insanların səhhətində müəyyən problemlər yarana bilər" - Rafiq Yusifli deyib. Onun sözlərinə görə, ətraf mühitdə baş verən hadisələrə ən həssas qrup mərkəzi sinir və ürək damar sistemi xəstələridir. "Müşahidələr göstərir ki, xüsusilə qış mövsümündə adi hal olan sürətli soyuq şimal və cənub küləkləri olduğu günlər arterial hipertoniya, ürəyin işemik xəstəliklərinin kəskinləşməsi, hipertonik krizlər, miokard infarktı, aritmiyalara təsir edir. Bundan əlavə, havanın nisbi rütubətinin artdığı günlərdə boğulma, ürək astması, ağciyər ödəmi hallarının başvermə ehtimalı olur. Sözügedən hava şəraiti ilə əlaqəli mərkəzi sinir sisteminə aid ən çox başağrısı, miqren tutmaları, halsızlıq, əzginlik, tezyorulma, başgicəllənmə, əzələ, oynaq ağrıları və digərləri müşahidə olunur. Məhz bu səbəbdən sinoptiklər haqlı olaraq meteohəssas, xüsusən də ürək-damar xəstəlikləri olan insanları əvvəlcədən xəbərdar edirlər", kardioloq bildirib. R.Yusifli soyuq havada bu kimi halların baş verməsinin səbəbləri haqda danışıb: "Soyuq hava ilə nəfəs almaq orqanizmin soyuq hava təsirinə məruz qalan nahiyələrində, üzdə, sinədə, eləcə də hava şəraitinə uyğun geyinməmək nəticəsində bədən damarlarında sıxılma-spazmı yaradır. Yüksək qan təzyiqi olanlarda arterialarda tonus yüksək və sıxılmış olur. Soyuq havada bunlar bir az da artır və qan təzyiqi daha da yüksəlir. Bilmək lazımdır ki, soyuq havalarda qan dövranı yavaşlayır və qanın laxtalanması sürətlənir". Kardioloq küçədə ürək tutması baş verən şəxsə ilkin tibbi yardımın vacib olduğunu qeyd edib: "Əgər ürəktutma sizin özünüzdə baş verib və stenokardiya olduğunu bilirsinizsə, dərhal təcili yardıma müraciət etmək lazımdır. Çox vaxt zəruri tibbi yardım aldıqdan sonra tutmalar keçir və ya əhəmiyyətli dərəcədə azalır. Bu halda xəstəni uzatmaq və ayaq hissəsini bir qədər yuxarı qaldırmaq önəmlidir. İlk yardım kimi ürək nahiyəsinə masaj və ağızdan-ağıza süni tənəffüs vermək lazımdır. Ürəyin qapalı masajı hər 2 saniyədən bir üst-üstə qoyulmuş əllə döş qəfəsinin ürək nahiyəsini sıxmaqla aparılır. Ehtiyatla edilən bu masajda döş qəfəsinin divarının 2-3 santimetr basılmasına çalışmaq, qabırğa qırılmasından qorunmaq lazımdır. Bununla paralel olaraq, süni tənəffüs verməyi də davam etdirmək tövsiyə olunur".16.06.24, 18:29Güclü külək meteohəssas insanlar üçün əlverişsiz olacaq.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.Fevralın 5-də Abşeron yarımadasında mülayim gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun kardioloqu Rafiq Yusifli bu günlərdə ürək xəstəliklərindən əziyyət çəkən insanları diqqətli olmağa çağırıb. "Cavan və sağlam insanlarda təbiətin qeyri-sabitliyinə uyğunlaşma yüngül, ciddi əlamətlər törətmədən keçir. Yaşlılarda və xüsusilə ürək-damar, ağciyər, sinir sistemi xəstəlikləri olanlarda təsirsiz ötüşmür. Belə ki, orqanizmin uyğunlaşma prosesi çətinləşir, diskomfort və insanların səhhətində müəyyən problemlər yarana bilər" - Rafiq Yusifli deyib. Onun sözlərinə görə, ətraf mühitdə baş verən hadisələrə ən həssas qrup mərkəzi sinir və ürək damar sistemi xəstələridir. "Müşahidələr göstərir ki, xüsusilə qış mövsümündə adi hal olan sürətli soyuq şimal və cənub küləkləri olduğu günlər arterial hipertoniya, ürəyin işemik xəstəliklərinin kəskinləşməsi, hipertonik krizlər, miokard infarktı, aritmiyalara təsir edir. Bundan əlavə, havanın nisbi rütubətinin artdığı günlərdə boğulma, ürək astması, ağciyər ödəmi hallarının başvermə ehtimalı olur. Sözügedən hava şəraiti ilə əlaqəli mərkəzi sinir sisteminə aid ən çox başağrısı, miqren tutmaları, halsızlıq, əzginlik, tezyorulma, başgicəllənmə, əzələ, oynaq ağrıları və digərləri müşahidə olunur. Məhz bu səbəbdən sinoptiklər haqlı olaraq meteohəssas, xüsusən də ürək-damar xəstəlikləri olan insanları əvvəlcədən xəbərdar edirlər", kardioloq bildirib. R.Yusifli soyuq havada bu kimi halların baş verməsinin səbəbləri haqda danışıb: "Soyuq hava ilə nəfəs almaq orqanizmin soyuq hava təsirinə məruz qalan nahiyələrində, üzdə, sinədə, eləcə də hava şəraitinə uyğun geyinməmək nəticəsində bədən damarlarında sıxılma-spazmı yaradır. Yüksək qan təzyiqi olanlarda arterialarda tonus yüksək və sıxılmış olur. Soyuq havada bunlar bir az da artır və qan təzyiqi daha da yüksəlir. Bilmək lazımdır ki, soyuq havalarda qan dövranı yavaşlayır və qanın laxtalanması sürətlənir". Kardioloq küçədə ürək tutması baş verən şəxsə ilkin tibbi yardımın vacib olduğunu qeyd edib: "Əgər ürəktutma sizin özünüzdə baş verib və stenokardiya olduğunu bilirsinizsə, dərhal təcili yardıma müraciət etmək lazımdır. Çox vaxt zəruri tibbi yardım aldıqdan sonra tutmalar keçir və ya əhəmiyyətli dərəcədə azalır. Bu halda xəstəni uzatmaq və ayaq hissəsini bir qədər yuxarı qaldırmaq önəmlidir. İlk yardım kimi ürək nahiyəsinə masaj və ağızdan-ağıza süni tənəffüs vermək lazımdır. Ürəyin qapalı masajı hər 2 saniyədən bir üst-üstə qoyulmuş əllə döş qəfəsinin ürək nahiyəsini sıxmaqla aparılır. Ehtiyatla edilən bu masajda döş qəfəsinin divarının 2-3 santimetr basılmasına çalışmaq, qabırğa qırılmasından qorunmaq lazımdır. Bununla paralel olaraq, süni tənəffüs verməyi də davam etdirmək tövsiyə olunur".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/01/442418498_78:0:2809:2048_1920x0_80_0_0_8204e4df39edd769e6636377ab3c4f5e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
soyuq hava, kardioloq, ürək, ürək çatışmazlığı, ürək-damar xəstəlikləri
soyuq hava, kardioloq, ürək, ürək çatışmazlığı, ürək-damar xəstəlikləri
Milli Hidrometeorologiya Xidməti: Günorta vaxtı açıq havada qalmaq məsləhət deyil
14:39 07.07.2024 (Yenilənib: 17:20 07.07.2024) İyulun 8-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda günorta saatlarında isti temperatur diskomfortu gözlənilir.
BAKI, 7 iyul — Sputnik. İyulun 8-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və bəzi saatlarda durğun hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir. Bu isə meteohəssas insanlar üçün əlverişsizdir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
"Günorta vaxtı açıq havada uzun müddət qalmaq məsləhət deyil" - məlumatda deyilir.
Meteohəssas insanların nəzərinə: Ürək xəstəlikləri kəskinləşəcək
Bu gün iyunun 17-nə olan tibbi-meteoroloji proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, iyunun 17-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda günorta saatlarında isti temperatur diskomfortu gözlənilir.
Bu da meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.
C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun kardioloqu Rafiq Yusifli bir müddət əvvəl belə günlərdə ürək xəstəliklərindən əziyyət çəkən insanları diqqətli olmağa çağırıb.
"Cavan və sağlam insanlarda təbiətin qeyri-sabitliyinə uyğunlaşma yüngül, ciddi əlamətlər törətmədən keçir. Yaşlılarda və xüsusilə ürək-damar, ağciyər, sinir sistemi xəstəlikləri olanlarda təsirsiz ötüşmür. Belə ki, orqanizmin uyğunlaşma prosesi çətinləşir, diskomfort və insanların səhhətində müəyyən problemlər yarana bilər" - Rafiq Yusifli deyib.
Onun sözlərinə görə, ətraf mühitdə baş verən hadisələrə ən həssas qrup mərkəzi sinir və ürək damar sistemi xəstələridir.
"Müşahidələr göstərir ki, xüsusilə qış mövsümündə adi hal olan sürətli soyuq şimal və cənub küləkləri olduğu günlər arterial hipertoniya, ürəyin işemik xəstəliklərinin kəskinləşməsi, hipertonik krizlər, miokard infarktı, aritmiyalara təsir edir. Bundan əlavə, havanın nisbi rütubətinin artdığı günlərdə boğulma, ürək astması, ağciyər ödəmi hallarının başvermə ehtimalı olur. Sözügedən hava şəraiti ilə əlaqəli mərkəzi sinir sisteminə aid ən çox başağrısı, miqren tutmaları, halsızlıq, əzginlik, tezyorulma, başgicəllənmə, əzələ, oynaq ağrıları və digərləri müşahidə olunur. Məhz bu səbəbdən sinoptiklər haqlı olaraq meteohəssas, xüsusən də ürək-damar xəstəlikləri olan insanları əvvəlcədən xəbərdar edirlər", kardioloq bildirib.
R.Yusifli soyuq havada bu kimi halların baş verməsinin səbəbləri haqda danışıb: "Soyuq hava ilə nəfəs almaq orqanizmin soyuq hava təsirinə məruz qalan nahiyələrində, üzdə, sinədə, eləcə də hava şəraitinə uyğun geyinməmək nəticəsində bədən damarlarında sıxılma-spazmı yaradır. Yüksək qan təzyiqi olanlarda arterialarda tonus yüksək və sıxılmış olur. Soyuq havada bunlar bir az da artır və qan təzyiqi daha da yüksəlir. Bilmək lazımdır ki, soyuq havalarda qan dövranı yavaşlayır və qanın laxtalanması sürətlənir".
Kardioloq küçədə ürək tutması baş verən şəxsə ilkin tibbi yardımın vacib olduğunu qeyd edib: "Əgər ürəktutma sizin özünüzdə baş verib və stenokardiya olduğunu bilirsinizsə, dərhal təcili yardıma müraciət etmək lazımdır. Çox vaxt zəruri tibbi yardım aldıqdan sonra tutmalar keçir və ya əhəmiyyətli dərəcədə azalır. Bu halda xəstəni uzatmaq və ayaq hissəsini bir qədər yuxarı qaldırmaq önəmlidir. İlk yardım kimi ürək nahiyəsinə masaj və ağızdan-ağıza süni tənəffüs vermək lazımdır. Ürəyin qapalı masajı hər 2 saniyədən bir üst-üstə qoyulmuş əllə döş qəfəsinin ürək nahiyəsini sıxmaqla aparılır. Ehtiyatla edilən bu masajda döş qəfəsinin divarının 2-3 santimetr basılmasına çalışmaq, qabırğa qırılmasından qorunmaq lazımdır. Bununla paralel olaraq, süni tənəffüs verməyi də davam etdirmək tövsiyə olunur".
Güclü külək meteohəssas insanlar üçün əlverişsiz olacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Fevralın 5-də Abşeron yarımadasında mülayim gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun kardioloqu Rafiq Yusifli bu günlərdə ürək xəstəliklərindən əziyyət çəkən insanları diqqətli olmağa çağırıb.