https://sputnik.az/20240706/susa-butun-turk-xalqlarinin-qelbinde-xususi-ehtiram-qurur-ve-iftixar-duygulari-oyadir-465863614.html
"Şuşa bütün türk xalqlarının qəlbində xüsusi ehtiram, qürur və iftixar duyğuları oyadır"
"Şuşa bütün türk xalqlarının qəlbində xüsusi ehtiram, qürur və iftixar duyğuları oyadır"
Sputnik Azərbaycan
Özbək prezident deyib ki, gözəl Qarabağın incisi sayılan bu müqəddəs şəhər Azərbaycan xalqının cəsarətini, bənzərsiz mətanətini, əsl igidliyini və birliyini... 06.07.2024, Sputnik Azərbaycan
2024-07-06T20:05+0400
2024-07-06T20:05+0400
2024-07-06T21:08+0400
siyasət
şavkat mirziyoyev
prezident ilham əliyev
türk dövlətləri təşkilatı
şuşa
şuşa şəhəri
zirvə görüşü
d-8 zirvə görüşü
qarabağ
qarabağ
https://cdnn1.img.sputnik.az/img/07e8/07/05/465849361_0:147:1772:1144_1920x0_80_0_0_250a2d822a645d3f34f1e8b4d3ccf4db.jpg
BAKI, 6 iyul - Sputnik. İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündəki çıxışı zamanı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. "Sizinlə Türk dünyasının mədəniyyət paytaxtlarından biri olan Şuşa şəhərində görüşməyimizin dərin mənası var. Gözəl Qarabağın incisi sayılan bu müqəddəs şəhər Azərbaycan xalqının cəsarətini, bənzərsiz mətanətini, əsl igidliyini və birliyini açıq şəkildə göstərən tarixi Zəfərin parlaq rəmzidir. XX əsrin böyük siyasi və dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin qurucusu möhtərəm Heydər Əliyevin sözləri ilə desək, Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur. Beləliklə, bu unikal şəhər təkcə Azərbaycan xalqının deyil, bütün türk xalqlarının qəlbində xüsusi ehtiram və qürur, iftixar duyğularını oyadır. Hazırda tarixi ədalətin bərpa olunduğu bir zamanda və Azərbaycanın azad etdiyi Qarabağda hörmətli İlham Əliyevin rəhbərliyi ilə aparılan nəhəng quruculuq işlərinin, memarlıq və mədəni abidələrin bərpası istiqamətində genişmiqyaslı tədbirlərin əyani şahidi oluruq. Sizin kimi dəyərli qardaşımızın belə möhtəşəm işləri yaxın dostlarınız olaraq bizləri sonsuz dərəcə sevindirir və qürurlandırır. Birgə səylərimiz və xüsusi marağımızla bu bənzərsiz şəhərin nümunəsində bütün Qarabağın gələcəkdə əbədi dostluğumuzun həqiqi rəmzinə çevriləcəyinə inanıram” - Mirziyoyev deyib.Beş il əvvəl məhz Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv olduqlarını xatırladan Özbəkistan Prezidenti bildirib ki, ötən qısa dövrdə üzv ölkələrlə 30-dan çox önəmli sahədə qarşılıqlı faydalı və çoxşaxəli əməkdaşlıq qurulub. Bu Zirvə görüşünün qlobal risk və təhdidlərin artdığı, qarşılıqlı inam böhranının daha da dərinləşdiyi bir vaxtda reallaşdığını söyləyən Şavkat Mirziyoyev qeyd etdi: “Belə bir qarışıq vəziyyətdə əbədi qardaşlıq ruhundan güc alan əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə yüksəltməyi, birgə yanaşmalarla inkişaf etdirməyi zaman tələb edir. Bu baxımdan, bugünkü görüşün nəqliyyat, qarşılıqlı əlaqələr və iqlim fəaliyyəti vasitəsilə davamlı bir gələcək inşa etmək mövzusunda keçirilməsi böyük önəm daşıyır”.Özbəkistan Prezidenti bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) da toxundu, bu tədbirin bütün ölkələrimiz üçün böyük tarixi hadisə olduğunu vurğuladı. “İqlim dəyişikliyi məsələsində dünya liderlərinin uğurlu bir görüş keçirmələrini səmimi-qəlbdən diləyirik. Biz bu nüfuzlu tədbirə fəal şəkildə qatılmağa və bu məsələdə Azərbaycana mümkün olan hər cür yardımı göstərməyə hazırıq”, - deyə Şavkat Mirziyoyev əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/07/05/465849361_26:0:1746:1290_1920x0_80_0_0_cbbaa9d858cd6157f4946d4e4e41bc5c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şavkat mirziyoyev, prezident ilham əliyev, türk dövlətləri təşkilatı, şuşa, şuşa şəhəri, zirvə görüşü, d-8 zirvə görüşü, qarabağ, qarabağ, cop29
şavkat mirziyoyev, prezident ilham əliyev, türk dövlətləri təşkilatı, şuşa, şuşa şəhəri, zirvə görüşü, d-8 zirvə görüşü, qarabağ, qarabağ, cop29
"Şuşa bütün türk xalqlarının qəlbində xüsusi ehtiram, qürur və iftixar duyğuları oyadır"
20:05 06.07.2024 (Yenilənib: 21:08 06.07.2024) Özbək prezident deyib ki, gözəl Qarabağın incisi sayılan bu müqəddəs şəhər Azərbaycan xalqının cəsarətini, bənzərsiz mətanətini, əsl igidliyini və birliyini açıq şəkildə göstərən tarixi Zəfərin parlaq rəmzidir.
BAKI, 6 iyul - Sputnik. İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündəki çıxışı zamanı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
"Sizinlə Türk dünyasının mədəniyyət paytaxtlarından biri olan Şuşa şəhərində görüşməyimizin dərin mənası var. Gözəl Qarabağın incisi sayılan bu müqəddəs şəhər Azərbaycan xalqının cəsarətini, bənzərsiz mətanətini, əsl igidliyini və birliyini açıq şəkildə göstərən tarixi Zəfərin parlaq rəmzidir. XX əsrin böyük siyasi və dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin qurucusu möhtərəm Heydər Əliyevin sözləri ilə desək, Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur. Beləliklə, bu unikal şəhər təkcə Azərbaycan xalqının deyil, bütün türk xalqlarının qəlbində xüsusi ehtiram və qürur, iftixar duyğularını oyadır. Hazırda tarixi ədalətin bərpa olunduğu bir zamanda və Azərbaycanın azad etdiyi Qarabağda hörmətli İlham Əliyevin rəhbərliyi ilə aparılan nəhəng quruculuq işlərinin, memarlıq və mədəni abidələrin bərpası istiqamətində genişmiqyaslı tədbirlərin əyani şahidi oluruq. Sizin kimi dəyərli qardaşımızın belə möhtəşəm işləri yaxın dostlarınız olaraq bizləri sonsuz dərəcə sevindirir və qürurlandırır. Birgə səylərimiz və xüsusi marağımızla bu bənzərsiz şəhərin nümunəsində bütün Qarabağın gələcəkdə əbədi dostluğumuzun həqiqi rəmzinə çevriləcəyinə inanıram” - Mirziyoyev deyib.
Beş il əvvəl məhz Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv olduqlarını xatırladan Özbəkistan Prezidenti bildirib ki, ötən qısa dövrdə üzv ölkələrlə 30-dan çox önəmli sahədə qarşılıqlı faydalı və çoxşaxəli əməkdaşlıq qurulub. Bu Zirvə görüşünün qlobal risk və təhdidlərin artdığı, qarşılıqlı inam böhranının daha da dərinləşdiyi bir vaxtda reallaşdığını söyləyən Şavkat Mirziyoyev qeyd etdi: “Belə bir qarışıq vəziyyətdə əbədi qardaşlıq ruhundan güc alan əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə yüksəltməyi, birgə yanaşmalarla inkişaf etdirməyi zaman tələb edir. Bu baxımdan, bugünkü görüşün nəqliyyat, qarşılıqlı əlaqələr və iqlim fəaliyyəti vasitəsilə davamlı bir gələcək inşa etmək mövzusunda keçirilməsi böyük önəm daşıyır”.
Özbəkistan Prezidenti bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) da toxundu, bu tədbirin bütün ölkələrimiz üçün böyük tarixi hadisə olduğunu vurğuladı. “İqlim dəyişikliyi məsələsində dünya liderlərinin uğurlu bir görüş keçirmələrini səmimi-qəlbdən diləyirik. Biz bu nüfuzlu tədbirə fəal şəkildə qatılmağa və bu məsələdə Azərbaycana mümkün olan hər cür yardımı göstərməyə hazırıq”, - deyə Şavkat Mirziyoyev əlavə edib.