SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qırğız prezidenti TDT-na üzv dövlətlərə çağırış edib

© Official website of President of Azerbaijan RepublicQırğız Respublikasının Prezidenti Sadır Japarov
Qırğız Respublikasının Prezidenti Sadır Japarov  - Sputnik Azərbaycan, 1920, 06.07.2024
Abunə olmaq
Japarov qeyd edib ki, Zirvənin Azərbaycanın Qarabağ bölgəsinin rəmzi və incisi olan, türk xalqlarının birliyinin və həmrəyliyinin yeni rəmzi olan tarixi Şuşa şəhərində keçirilməsindən məmnundur.
BAKI, 6 iyul - Sputnik. İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Qırğız Respublikasının Prezidenti Sadır Japarov çıxış edib.
Salamlaşmadan sonra Japarov qeyd edib ki, Zirvənin Azərbaycanın Qarabağ bölgəsinin rəmzi və incisi olan, türk xalqlarının birliyinin və həmrəyliyinin yeni rəmzi olan tarixi Şuşa şəhərində keçirilməsindən məmnundur. O, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə ənənəvi qonaqpərvərliyə və yüksək səviyyəli hazırlığa görə dərin minnətdarlığını bildirib.
Azərbaycanın noyabrda COP29-a uğurla sədrlik edəcəyinə əminliyini ifadə edən Qırğızıstan Prezidenti deyib:
“Sevindirici haldır ki, bu ilin noyabr ayında qardaş Azərbaycan ən vacib qlobal forumlardan birinə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcək. Əminəm ki, Azərbaycanın COP29-a sədrliyi qarşıdan gələn konfransın gündəliyində duran məsələlərin, o cümlədən iqlim maliyyələşməsini əhəmiyyətli dərəcədə irəliyə apara biləcək”.
Qırğızıstan Prezidenti Azərbaycanla və təşkilata üzv olan digər ölkələrlə bərpaolunan enerji sahəsində əməkdaşlıqda maraqlı olduqlarını vurğulayaraq qeyd edib:
“Azərbaycanın bərpaolunan enerji mənbələrini, o cümlədən COP29-a sədrliyi çərçivəsində fəal inkişaf etdirdiyini və təşviq etdiyini nəzərə alaraq, biz Azərbaycan tərəfinə və ümumilikdə üzv dövlətlərə bərpaolunan enerji mənbələri ilə bağlı birgə layihələri həyata keçirmək üçün çağırış edirik”.
Xəbər lenti
0