https://sputnik.az/20240706/orban-tdt-ye-qerble-serq-arasinda-emekdasliq-ucun-cox-vacib-bir-teskilat-kimi-baxiriq-465863907.html
Orban: TDT-yə Qərblə Şərq arasında əməkdaşlıq üçün çox vacib bir təşkilat kimi baxırıq
Orban: TDT-yə Qərblə Şərq arasında əməkdaşlıq üçün çox vacib bir təşkilat kimi baxırıq
Sputnik Azərbaycan
Macarıstan lideri hazırda regionda minlərlə insana sülh şəraitində yaşamaq imkanı verdiyinə görə Prezident İlham Əliyevə dərin ehtiramını bildirib. 06.07.2024, Sputnik Azərbaycan
2024-07-06T23:20+0400
2024-07-06T23:20+0400
2024-07-07T08:59+0400
siyasət
viktor orban
prezident ilham əliyev
şuşa
türk dövlətləri təşkilatı
avropa
şuşa şəhəri
zirvə
zirvə görüşü
macarıstan
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1a/450022796_0:0:3073:1728_1920x0_80_0_0_fa91f3abc42389f655bab283bae63cfb.jpg
BAKI, 6 iyul - Sputnik. Biz Türk Dövlətləri Təşkilatına Qərb ilə Şərq arasında əməkdaşlıq üçün çox vacib bir təşkilat kimi baxırıq. Bu sözləri iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündəki çıxışı zamanı Macarıstanın Baş naziri Viktor Orban deyib. O, Şuşada keçirilən bu mötəbər tədbirə dəvətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib: “İlk növbədə, icazə verin, Prezident Əliyevə Şuşada, bu şəhərdə bizi qəbul etdiyinə və sizi burada görmək imkanı yaratdığına görə minnətdarlığımı bildirim. Hazırda regionda minlərlə insana sülh şəraitində yaşamaq imkanı verdiyinə görə Prezident Əliyevə dərin ehtiramımızı bildiririk. Arzu edirik ki, bu fürsət ən qısa zamanda Avropada da əldə edilsin".Hazırda müharibələr nəticəsində dünyanın müxtəlif bloklara bölünməsi risklərinin olduğunu vurğulayan Viktor Orban deyib: “Kədərli tarixi təcrübələrimizə əsaslanaraq, sülhə hörmət naminə qlobal əməkdaşlığı bərpa etmək üçün ünsiyyət və qarşılıqlı fəaliyyət dövrünə üstünlük verərdik. Bu mübarizədə sizə güvənirik. Biz Türk Dövlətləri Təşkilatına Qərb ilə Şərq arasında əməkdaşlıq üçün çox vacib bir təşkilat kimi baxırıq”.Baş nazir Viktor Orban çıxışında Macarıstanın Avropa İttifaqına sədrliyinin prioritetlərindən danışdı, yüksək qonaqpərvərliyə görə Prezident İlham Əliyevə bir daha təşəkkürünü bildirdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1a/450022796_131:0:2862:2048_1920x0_80_0_0_8c065bdfd9211ebea661a873782c45a5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
viktor orban, prezident ilham əliyev, şuşa, türk dövlətləri təşkilatı, avropa, şuşa şəhəri, zirvə, zirvə görüşü, macarıstan, macarıstan-serbiya sərhədi
viktor orban, prezident ilham əliyev, şuşa, türk dövlətləri təşkilatı, avropa, şuşa şəhəri, zirvə, zirvə görüşü, macarıstan, macarıstan-serbiya sərhədi
Orban: TDT-yə Qərblə Şərq arasında əməkdaşlıq üçün çox vacib bir təşkilat kimi baxırıq
23:20 06.07.2024 (Yenilənib: 08:59 07.07.2024) Macarıstan lideri hazırda regionda minlərlə insana sülh şəraitində yaşamaq imkanı verdiyinə görə Prezident İlham Əliyevə dərin ehtiramını bildirib.
BAKI, 6 iyul - Sputnik. Biz Türk Dövlətləri Təşkilatına Qərb ilə Şərq arasında əməkdaşlıq üçün çox vacib bir təşkilat kimi baxırıq. Bu sözləri iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündəki çıxışı zamanı Macarıstanın Baş naziri Viktor Orban deyib.
O, Şuşada keçirilən bu mötəbər tədbirə dəvətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib: “İlk növbədə, icazə verin, Prezident Əliyevə Şuşada, bu şəhərdə bizi qəbul etdiyinə və sizi burada görmək imkanı yaratdığına görə minnətdarlığımı bildirim. Hazırda regionda minlərlə insana sülh şəraitində yaşamaq imkanı verdiyinə görə Prezident Əliyevə dərin ehtiramımızı bildiririk. Arzu edirik ki, bu fürsət ən qısa zamanda Avropada da əldə edilsin".
Hazırda müharibələr nəticəsində dünyanın müxtəlif bloklara bölünməsi risklərinin olduğunu vurğulayan Viktor Orban deyib:
“Kədərli tarixi təcrübələrimizə əsaslanaraq, sülhə hörmət naminə qlobal əməkdaşlığı bərpa etmək üçün ünsiyyət və qarşılıqlı fəaliyyət dövrünə üstünlük verərdik. Bu mübarizədə sizə güvənirik. Biz Türk Dövlətləri Təşkilatına Qərb ilə Şərq arasında əməkdaşlıq üçün çox vacib bir təşkilat kimi baxırıq”.
Baş nazir Viktor Orban çıxışında Macarıstanın Avropa İttifaqına sədrliyinin prioritetlərindən danışdı, yüksək qonaqpərvərliyə görə Prezident İlham Əliyevə bir daha təşəkkürünü bildirdi.