https://sputnik.az/20240706/kibercinayetkarlar-azal-in-adindan-vetendaslara-sirniklendirici-sertler-ved-edirler-465864031.html
Kibercinayətkarlar AZAL-ın adından vətəndaşlara şirnikləndirici şərtlər vəd edirlər
Kibercinayətkarlar AZAL-ın adından vətəndaşlara şirnikləndirici şərtlər vəd edirlər
Sputnik Azərbaycan
AZAL bu dələduzluq hərəkətlərinin vətəndaşlar üçün ciddi maddi itkilərə səbəb ola biləcəyini açıqlayıb. 06.07.2024, Sputnik Azərbaycan
2024-07-06T19:33+0400
2024-07-06T19:33+0400
2024-07-06T19:33+0400
azərbaycan xəbərləri
kibercinayət
azal
azal
"azərbaycan hava yolları" qsc-nin (azal)
sorğu
https://cdnn1.img.sputnik.az/img/07e6/09/09/445863011_0:63:1200:738_1920x0_80_0_0_d63e608f44443e1a129732ed4664346a.jpg
BAKI, 6 iyul - Sputnik. Son zamanlar sosial şəbəkələrdə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin adından saxta reklam kampaniyalarının təşkili halları müşahidə olunur."Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən verilən xəbərə görə, kibercinayətkarlar AZAL-ın adından vətəndaşlara şirnikləndirici şərtlər vəd edirlər, “investisiya layihəsi”nin təbliğatını apararaq saxta platformalar vasitəsilə sorğudan keçməyə dəvət edirlər.Bu dələduzluq hərəkətləri vətəndaşlar üçün ciddi maddi itkilərə səbəb ola bilər.“Azərbaycan Hava Yolları” ictimaiyyəti ayıq olmağa və bu cür kampaniyalara inanmamağa çağırır. Vətəndaşlar AZAL-ın fəaliyyəti haqqında məlumatları aviaşirkətin rəsmi mənbələrindən, rəsmi internet saytından və sosial şəbəkələrdəki təsdiqlənmiş hesablarından əldə edə bilərlər.Əgər fırıldaqçılıq fəaliyyəti ilə rastlaşsanız, AZAL təqdim olunan saxta keçidlərə klikləməməyi, şəxsi məlumatlarınızı verməməyi, dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyi, həmçinin paylaşımları şikayət etməyi tövsiyə edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/09/445863011_67:0:1134:800_1920x0_80_0_0_751ec15e172b042583f686aa6a9b5a52.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kibercinayət, azal, azal, "azərbaycan hava yolları" qsc-nin (azal), sorğu
kibercinayət, azal, azal, "azərbaycan hava yolları" qsc-nin (azal), sorğu
Kibercinayətkarlar AZAL-ın adından vətəndaşlara şirnikləndirici şərtlər vəd edirlər
AZAL bu dələduzluq hərəkətlərinin vətəndaşlar üçün ciddi maddi itkilərə səbəb ola biləcəyini açıqlayıb.
BAKI, 6 iyul - Sputnik. Son zamanlar sosial şəbəkələrdə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin adından saxta reklam kampaniyalarının təşkili halları müşahidə olunur.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən verilən xəbərə görə, kibercinayətkarlar AZAL-ın adından vətəndaşlara şirnikləndirici şərtlər vəd edirlər, “investisiya layihəsi”nin təbliğatını apararaq saxta platformalar vasitəsilə sorğudan keçməyə dəvət edirlər.
Bu dələduzluq hərəkətləri vətəndaşlar üçün ciddi maddi itkilərə səbəb ola bilər.
“Azərbaycan Hava Yolları” ictimaiyyəti ayıq olmağa və bu cür kampaniyalara inanmamağa çağırır. Vətəndaşlar AZAL-ın fəaliyyəti haqqında məlumatları aviaşirkətin rəsmi mənbələrindən, rəsmi internet saytından və sosial şəbəkələrdəki təsdiqlənmiş hesablarından əldə edə bilərlər.
Əgər fırıldaqçılıq fəaliyyəti ilə rastlaşsanız, AZAL təqdim olunan saxta keçidlərə klikləməməyi, şəxsi məlumatlarınızı verməməyi, dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyi, həmçinin paylaşımları şikayət etməyi tövsiyə edir.