Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycana ən çox mal Çindən gətirilir - Ekspert

© AFP 2024 / STRYük konteynerləri, arxiv
Yük konteynerləri, arxiv - Sputnik Azərbaycan, 1920, 06.07.2024
Abunə olmaq
Ekspert bildirib ki, Azərbaycan çinli turistləri cəlb etməkdə maraqlıdır. Çünki Çin böyük turizm bazarıdır. Eyni zamanda Çindən texnologiya, investisiya cəlb etməkdə maraqlıyıq. Çinin resursları, imkanları, texnologiyaları kifayət qədərdir.
BAKI, 6 iyul — Sputnik, Azərbaycan və Çin ikitərəfli ticarətin həcmini daha da artırmağa, əmtəələrin strukturunu optimallaşdırmağa və malların bazarlara çıxışını asanlaşdırmağa hazırdır. Bu barədə "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"də bildirilir.
"Azərbaycana ən çox mal Çindən gətirilir"
Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, hazırda Azərbaycanın mallar idxal etdiyi ölkələr içərisində Çin birinci yerdədir:
"Yəni Azərbaycana ən çox mal Çindən gətirilir. Çindən idxalın artmasının səbəbi Azərbaycan sahibkarları ilə Çin sahibkarları arasında əməkdaşlığın genişlənməsidir. Sahibkarlar Avropadan avadanlıqları dəfələrlə baha almaqdansa, Çindən daha çox almağa üstünlük verirlər. Azərbaycanda yerli istehsal üçün Çindən yarımfabrikatlar, aksesuarlar, avadanlıqlar gətirilir. Həmçinin vətəndaşlarımız Çindən smartfonlar, elektrik mühərrikli avtomobillər daha çox alırlar. Yəni lazım olan hər malı Çindən ala bilirik".
© Photo : Social media page of Khalid Kerimliİqtisadçı-ekspert Xalid Kərimli
İqtisadçı-ekspert Xalid Kərimli - Sputnik Azərbaycan, 1920, 05.07.2024
İqtisadçı-ekspert Xalid Kərimli

"Azərbaycan çinli turistləri cəlb etməkdə maraqlıdır. Çünki Çin böyük turizm bazarıdır. Eyni zamanda Çindən texnologiya, investisiya cəlb etməkdə maraqlıyıq. Çinin resursları, imkanları, texnologiyaları kifayət qədərdir", - ekspert qeyd edib.

Azərbaycan məhsullarının Çinə ixracı isə azdır deyən ekspert əlavə edib ki, Çinə Azərbaycanın aqrar məhsullarını sata bilərik.
"Bir sıra malların idxalı vacibdir"
Deputat Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işlərində daha çox yerli mallardan istifadəyə üstünlük verilir:
"Amma bununla belə bir sıra malların idxalı vacibdir. Həmin malların bir qismi də məhz Çindən idxal olunur. Bu da Çindən idxalın payının artmasına və bütövlükdə Azərbaycanın idxal dövriyyəsinin çoxalmasına gətirib çıxardır".
© Photo : Social media page of Vügar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan, 1920, 05.07.2024
Vüqar Bayramov
"Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul olunub. Sənəddə diqqətə çatdırılır ki, Çin Azərbaycan və Çin arasında neft və qaz, neft-kimya, eləcə də yaşıl enerji, elektrik enerjisi, yüksək texnologiyalar və innovasiyalar, süni intellekt və kosmik sahədə sərmayə əməkdaşlığının inkişafını alqışlayır. Tərəflər investisiya əməkdaşlığı üzrə işçi qrupunun yaradılmasını dəstəkləyirlər.
Azərbaycanla Çin arasında ticarət dövriyyəsi artır
Xatırladaq ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-may aylarında Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,3 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,4 faiz çoxdur. Ticarət dövriyyəsində Çindən idxal əsas yer tutur. Hesabat dövründə Azərbaycanın ümumi idxalının 18,1 faizi Çinin payına düşüb. Beləliklə, bu ilin 5 ayında Azərbaycanın mal aldığı ölkələr içərisində Çin ilk yeri tutub.
© Photo : AZPROMOÇində növbəti "Azərbaycan Ticarət Evi" açılıb
Çində növbəti Azərbaycan Ticarət Evi açılıb
 - Sputnik Azərbaycan, 1920, 05.07.2024
Çində növbəti "Azərbaycan Ticarət Evi" açılıb
Azərbaycanın Çində sayca 6-cı ticarət evi açılıb
Bu ilin may ayında Çinin Ciansu əyalətinin Nankin şəhərində növbəti "Azərbaycan ticarət evi"i açılıb. Açılış mərasimində bildirilib ki, Azərbaycanla Çin arasında iqtisadi-ticarət əlaqələri inkişaf edir, ticarətin həcmi genişlənir. Bu işgüzar tərəfdaşlığın nəticəsidir ki, sayca 6-cı ticarət evi fəaliyyətə başlayır. Diqqətə çatdırılıb ki, ticarət evində xalça, şərab, araq, brendi, meyvə şirəsi, turşu, şirniyyat da daxil olmaqla 60 növ Azərbaycan məhsulu satışa çıxarılıb. Burada məhsulların həm pərakəndə həm də topdansatışı həyata keçiriləcək. Bundan başqa, ticarət evinə gələn qonaqlar "Made in Azerbaijan" məhsulları ilə yaxından tanış olmaqla yanaşı, ölkəmizin biznes və investisiya mühiti, habelə nəqliyyat-tranzit və turizm potensialı haqqında ətraflı məlumat əldə edə biləcəklər. Ticarət evləri "Made in Azerbaijan" brendi ilə istehsal olunan ixracyönümlü və rəqabətqabiliyyətli məhsulların Çin bazarında daha çox tanıdılmasına, eləcə də Azərbaycan məhsullarının ixracının təşviqinə və genişləndirilməsinə çox böyük təsir göstərir.
© Photo : AZPROMOÇində növbəti "Azərbaycan Ticarət Evi" açılıb
Çində növbəti Azərbaycan Ticarət Evi açılıb
 - Sputnik Azərbaycan, 1920, 05.07.2024
Çində növbəti "Azərbaycan Ticarət Evi" açılıb
Yükdaşımada yenilik: Çindən gələn yük maşınları 6 günə Bakıya çatıblar
Azərbaycan yük avtomobilləri ilk dəfə birbaşa olaraq Çindən Azərbaycana yük gətirib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata əsasən, Çinin Alaşankau şəhərindən yola düşən avtomobillər Çin – Qazaxıstan – Rusiya – Azərbaycan marşrutu üzrə hərəkət etməklə cəmi 6 günə Bakıya çatıb.
Əvvəllər Çin və Azərbaycan arasında avtomobil nəqliyyatı ilə birbaşa daşımalar həyata keçirilmirdi. Yüklərin daşınması, əsasən, qonşu ölkələrin ərazilərində, bir ölkənin nəqliyyat vasitəsindən digər ölkənin nəqliyyat vasitəsinə yüklənmə yolu ilə həyata keçirilirdi. İlk dəfədir ki, Azərbaycan daşıyıcıları birbaşa Çindən yükləri götürərək daşıma həyata keçiriblər. 2024-cü ildə Azərbaycan və Çin arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaların reallaşdırılması üçün "İcazə" blanklarının mübadiləsi həyata keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0