DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Macarıstanın prioriteti türk dövlətləri ilə əlaqələri gücləndirməkdir - Peter Siyarto

© AFP 2024 / MICHAL CIZEKPeter Siyarto
Peter Siyarto - Sputnik Azərbaycan, 1920, 06.07.2024
Abunə olmaq
Nazir türk dövlətlərinin qlobal əməkdaşlıqda mühüm rol oynadığını vurğulayıb.
BAKI, 6 iyul — Sputnik. Macarıstanın Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi dövründə TDT ölkələri ilə əlaqələrin gücləndirilməsi prioritet məsələdir.
Bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının Şuşada keçirilən iclasında çıxışı zamanı deyib.
Nazir türk dövlətlərinin qlobal əməkdaşlıqda mühüm rol oynadığını vurğulayıb.
O, həmçinin qlobal böhranlar, xüsusən də Ukraynadakı münaqişə kontekstində dialoq və əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib.
Onun sözlərinə görə, Macarıstan dünyanın yenidən parçalanmasının qarşısını almağa çalışır, əlaqələrə və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa sadiqdir.
Nazir Macarıstanın bu yaxınlarda Macarıstan şirkətlərinin regional bazarlara çıxışını genişləndirən Türk İnvestisiya Fonduna 100 milyon ABŞ dolları məbləğində töhfəsindən danışıb.
P.Siyarto qeyd edib ki, ötən il bu ölkələrlə ticarət dövriyyəsinin həcmi 27% artaraq 5 milyard ABŞ dollarına çatıb.
XİN rəhbəri mədəniyyət və təhsil mübadilələrinin mühüm rolunu da vurğulayıb: "Bu il Macarıstanda türk dövlətlərindən olan 1585 tələbə təqaüdlə təhsil alıb.
29.05.24, 18:26
Aİ-nin sanksiya siyasətinin iflasa uğrayıb
Aİ-nin sanksiya siyasətinin iflasa uğrayıb, Avropa iqtisadiyyatı sanksiyalara görə böyük itkilərə məruz qalıb. Bunu Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto deyib.
"Bizim sanksiya siyasətinin iflasa uğraması ilə bağlı qəti mövqeyimiz var. Bu, siyasi bəyanat deyil. Bu, faktdır. Avropa iqtisadiyyatı sanksiyalar siyasətinə görə çox şey itirib. Ona görə də sanksiya paketləri olmasaydı, biz xoşbəxt olardıq", - Siyarto Minskdə Belarus Xarici İşlər Nazirliyinin rəhbəri ilə danışıqlardan sonra jurnalistlərə bildirib.
O, həmçinin əlavə edib ki, Budapeşt Macarıstan iqtisadiyyatına zərər vuracaq və Macarıstanın Rusiya və Belarusla əməkdaşlığını məhdudlaşdıracaq tədbirlərin 14-cü sanksiyalar paketinə daxil edilməsinə icazə verməyəcək.
Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək. Moskva qeyd edib ki, Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaların uğursuzluğunu etiraf etməyə cəsarəti yoxdur. Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə səsləndirilib. Rusiya prezidenti Vladimir Putin bundan əvvəl bəyan etdib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.
Xəbər lenti
0