CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 5 iyul – FOTO

© Sputnik5 iyul
5 iyul - Sputnik Azərbaycan, 1920, 05.07.2024
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 5 iyul — Sputnik. İyulun 5-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
İyulun 5-də kim anadan olub?
Klara Setkin (1857-1933) - alman siyasətçisi, Almaniya Kommunist Partiyasının yaradıcılarından biri, qadın hüquqlarının müdafiəçisidir. Ehtimal olunur ki, 8 Mart Beynəlxalq Qadınlar Günü ideyasını məhz Klara Setkin irəli sürüb.
© SputnikKlara Setkin
Klara Setkin - Sputnik Azərbaycan, 1920, 04.07.2024
Klara Setkin
Sergey Obraztsov (1901-1992) - Sovet aktyoru və SSRİ xalq artisti, Moskvada kukla teatrının qurucusu və onun direktorudur.
© Sputnik / Давид ШоломовичSergey Obraztsov (
Sergey Obraztsov ( - Sputnik Azərbaycan, 1920, 04.07.2024
Sergey Obraztsov (
Timur Bədəlbəyli (1973) - Rusiya teatr və kino aktyorudur. O, həmçinin Rusiya və Azərbaycanın əməkdar artistidir. Aktyor "Ağ qum", "Qorxma, mən səninləyəm!", "Qapalı mövsüm", "Kabusun gözüylə" və s. filmlərdə rol alıb.
© Photo : Kemale Aliyeva Timur Bədəlbəyli
Заслуженный артист Азербайджана и России Тимур Бадалбейли - Sputnik Azərbaycan, 1920, 04.07.2024
Timur Bədəlbəyli
Tuba Büyüküstün (1982) - Türkiyə kino aktrisası və fotomodeldir. O, "Kara para aşk", "Rüzgarın xatirələri" və s. seriallarda bir çox obrazları canlandırıb.
© Photo : social page of Tuba BoyukustunTuba Büyüküstün
Tuba Büyüküstün - Sputnik Azərbaycan, 1920, 04.07.2024
Tuba Büyüküstün
5 iyul tarixində dünyada baş verən tarixi hadisələr
1811-ci ildə Venesuela öz müstəqilliyini elan edib.
1841-ci ildə ingilis Tomas Kuk ilk turizm agentliyini açıb.
1921-ci ildə keçirilən Rusiya Kommunist Partiyası Qafqaz Bürosunun toplantısında Qarabağın Azərbaycan SSR-in tərkibində qalması qərara alınaraq ona geniş muxtariyyət verilib.
1994-cü ildə Çində uşaq əməyindən istifadə etmək qadağan edilib.
2011-ci ildə Heydər Əliyev Sarayında Dünya Azərbaycanlılarının III Qurultayı açılıb. Burada 42 ölkədən 579 nümayəndə, eləcə də 30 ölkədən 211 qonaq iştirak edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0