https://sputnik.az/20240705/sabirabadda-dogus-zamani-olen-ana-ve-usaqla-bagli-resmi-aciqlama-465841088.html
Sabirabadda doğuş zamanı ölən ana və uşaqla bağlı rəsmi açıqlama
Sabirabadda doğuş zamanı ölən ana və uşaqla bağlı rəsmi açıqlama
Sputnik Azərbaycan
Vəziyyəti ağır olan yenidoğulan həkimlərin səylərinə baxmayaraq, 04.07.2024-cü il tarixində vəfat edib. 05.07.2024, Sputnik Azərbaycan
2024-07-05T22:39+0400
2024-07-05T22:39+0400
2024-07-05T22:39+0400
səhiyyə
doğuş
sabirabad
körpə
ölüm
azərbaycan
təbib
https://cdnn1.img.sputnik.az/img/42283/48/422834851_0:206:3072:1934_1920x0_80_0_0_952593d401da9bf0f728edc24c6bf0f7.jpg
BAKI, 5 iyul — Sputnik. TƏBİB Sabirabadda doğuş zamanı ölən qadın və körpəsi ilə bağlı Sputnik Azərbaycan-ın sorğusunu cavablandırıb. Qurumdan verilmiş cavabda bildirilib ki, 2000-ci il təvəllüdlü 28-29 həftəlik hamilə 24.06.2024-cü il tarixində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib. Qeysəriyyə kəsiyi əməliyyatı ilə körpəsi dünyaya gələn zahı qadına reloporotomiya diaqnozu təyin edilib. Həkimlərin səylərinə baxmayaraq, ağciyər arteriyasının tromboemboliyası, posthemorragik anemiya, poliorqan çatışmazlığı səbəbilə 25.06.2024-cü il tarixində vəfat edib. Doğulan körpənin cinsi qadın, çəkisi 950 qr., boyu 36 sm. olub. Ona perinatal dövr üçün dəqiqləşdirilməmiş pozğunluq, tənəffüs çatışmazlığı, perinatal dövr üçün dəqiqləşdirilməmiş infeksiya, yarımçıqdoğulmuşların anemiyası, doğuş zamanı son dərəcə az bədən çəkisi, vaxtından əvvəl doğulma diaqnozları təyin edilib. Vəziyyəti ağır olan yenidoğulan həkimlərin səylərinə baxmayaraq, 04.07.2024-cü il tarixində vəfat edib. Qeyd edək ki, Sabirabadda qadın doğuş zamanı, körpəsi isə bir neçə gün sonra ölüb. Rayon xəstəxanasına doğuş üçün müraciət edən Günel Vəliyeva üzərində qeysəriyyə əməliyyatı aparılıb. G.Vəliyeva uşaq dünyaya gətirəndən sonra ölüb.Bir neçə gündən sonra qadının dünyaya gətirdiyi körpə də dünyasını dəyişib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42283/48/422834851_0:0:2732:2048_1920x0_80_0_0_fe512e0152a8517715d930df5437a19f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
doğuş, sabirabad, körpə, ölüm, azərbaycan, təbib
doğuş, sabirabad, körpə, ölüm, azərbaycan, təbib
Sabirabadda doğuş zamanı ölən ana və uşaqla bağlı rəsmi açıqlama
Vəziyyəti ağır olan yenidoğulan həkimlərin səylərinə baxmayaraq, 04.07.2024-cü il tarixində vəfat edib.
BAKI, 5 iyul — Sputnik. TƏBİB Sabirabadda doğuş zamanı ölən qadın və körpəsi ilə bağlı Sputnik Azərbaycan-ın sorğusunu cavablandırıb. Qurumdan verilmiş cavabda bildirilib ki, 2000-ci il təvəllüdlü 28-29 həftəlik hamilə 24.06.2024-cü il tarixində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib. Qeysəriyyə kəsiyi əməliyyatı ilə körpəsi dünyaya gələn zahı qadına reloporotomiya diaqnozu təyin edilib. Həkimlərin səylərinə baxmayaraq, ağciyər arteriyasının tromboemboliyası, posthemorragik anemiya, poliorqan çatışmazlığı səbəbilə 25.06.2024-cü il tarixində vəfat edib.
Doğulan körpənin cinsi qadın, çəkisi 950 qr., boyu 36 sm. olub. Ona perinatal dövr üçün dəqiqləşdirilməmiş pozğunluq, tənəffüs çatışmazlığı, perinatal dövr üçün dəqiqləşdirilməmiş infeksiya, yarımçıqdoğulmuşların anemiyası, doğuş zamanı son dərəcə az bədən çəkisi, vaxtından əvvəl doğulma diaqnozları təyin edilib. Vəziyyəti ağır olan yenidoğulan həkimlərin səylərinə baxmayaraq, 04.07.2024-cü il tarixində vəfat edib.
Qeyd edək ki, Sabirabadda qadın doğuş zamanı, körpəsi isə bir neçə gün sonra ölüb. Rayon xəstəxanasına doğuş üçün müraciət edən Günel Vəliyeva üzərində qeysəriyyə əməliyyatı aparılıb. G.Vəliyeva uşaq dünyaya gətirəndən sonra ölüb.Bir neçə gündən sonra qadının dünyaya gətirdiyi körpə də dünyasını dəyişib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.