https://sputnik.az/20240705/randa-prezident-seckilerinin-ikinci-turu-baslayib-465824320.html
İranda prezident seçkilərinin ikinci turu başlayıb
İranda prezident seçkilərinin ikinci turu başlayıb
Sputnik Azərbaycan
Seçkilərin ikinci turunda 69 yaşlı islahatçı, sabiq səhiyyə naziri Məsud Pezeşkiyan və İran liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi, 58 yaşlı... 05.07.2024, Sputnik Azərbaycan
2024-07-05T10:29+0400
2024-07-05T10:29+0400
2024-07-06T09:17+0400
dünya xəbərləri
iran
seçkilər
prezident
ii tur
https://cdnn1.img.sputnik.az/img/07e8/06/1d/465699988_0:265:2699:1783_1920x0_80_0_0_86a6b2573bb8e71dca7eccd93b91bf69.jpg
BAKI, 5 iyul — Sputnik. İranda yerli vaxtla saat 08:00-da prezident seçkilərində səsvermənin ikinci turu başlayıb. Səsvermə prosedurunun başlandığını İranın daxili işlər naziri Əhməd Vahidi elan edib. Ölkənin ali dini lideri Əli Xameneyi birinci səs verib. Ənənəyə görə, ölkənin ali dini lideri Əli Xameneyi səsvermədə birinci iştirak etməklə İran vətəndaşlarına nümunə olur. O, bülleteni qutuya qoyduqdan sonra əhaliyə müraciət edərək, onları ikinci turda daha fəal səs verməyə çağırıb. Seçkilərin ikinci turunda 69 yaşlı islahatçı, sabiq səhiyyə naziri Məsud Pezeşkian və İran liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi, 58 yaşlı mühafizəkar Səid Cəlili mübarizə aparırlar. İyunun 28-də keçirilən birinci turda Pezeşkian və Cəlili müvafiq olaraq 44 faiz və 40 faiz səs toplayıb. Seçkilərdə iştirak 40 faiz təşkil edib ki, bu da İslam respublikasının 45 illik tarixində ən aşağı göstəricidir. İkinci tur ərəfəsində keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 52 faizi Məsud Pezeşkiana, 48 faizi isə Səid Cəliliyə səs verməyə hazır olduğunu bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/1d/465699988_0:12:2699:2036_1920x0_80_0_0_b243709b8fbd6e368179166a5058b1a7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, seçkilər, prezident, ii tur
iran, seçkilər, prezident, ii tur
İranda prezident seçkilərinin ikinci turu başlayıb
10:29 05.07.2024 (Yenilənib: 09:17 06.07.2024) Seçkilərin ikinci turunda 69 yaşlı islahatçı, sabiq səhiyyə naziri Məsud Pezeşkiyan və İran liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi, 58 yaşlı mühafizəkar Səid Cəlili mübarizə aparırlar.
BAKI, 5 iyul — Sputnik. İranda yerli vaxtla saat 08:00-da prezident seçkilərində səsvermənin ikinci turu başlayıb. Səsvermə prosedurunun başlandığını İranın daxili işlər naziri Əhməd Vahidi elan edib. Ölkənin ali dini lideri Əli Xameneyi birinci səs verib.
Ənənəyə görə, ölkənin ali dini lideri Əli Xameneyi səsvermədə birinci iştirak etməklə İran vətəndaşlarına nümunə olur. O, bülleteni qutuya qoyduqdan sonra əhaliyə müraciət edərək, onları ikinci turda daha fəal səs verməyə çağırıb.
Seçkilərin ikinci turunda 69 yaşlı islahatçı, sabiq səhiyyə naziri Məsud Pezeşkian və İran liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi, 58 yaşlı mühafizəkar Səid Cəlili mübarizə aparırlar.
İyunun 28-də keçirilən birinci turda Pezeşkian və Cəlili müvafiq olaraq 44 faiz və 40 faiz səs toplayıb. Seçkilərdə iştirak 40 faiz təşkil edib ki, bu da İslam respublikasının 45 illik tarixində ən aşağı göstəricidir.
İkinci tur ərəfəsində keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 52 faizi Məsud Pezeşkiana, 48 faizi isə Səid Cəliliyə səs verməyə hazır olduğunu bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.