https://sputnik.az/20240705/qerb-olkeleri-ucuncu-dunya-muharibesine-tehrik-edir---erdogan-465839392.html
Qərb ölkələri üçüncü dünya müharibəsinə təhrik edir - Ərdoğan
Qərb ölkələri üçüncü dünya müharibəsinə təhrik edir - Ərdoğan
Sputnik Azərbaycan
Türkiyə lideri xatırladıb ki, Türkiyə uzun illərdir ardıcıl olaraq dünya beşdən böyükdür deyərək, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü ilə sisteminə... 05.07.2024, Sputnik Azərbaycan
2024-07-05T15:31+0400
2024-07-05T15:31+0400
2024-07-05T15:46+0400
dünya xəbərləri
qərb
ərdoğan
müharibə
şanxay əməkdaşlıq təşkilatı
türkiyə
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0d/461276120_0:160:3072:1888_1920x0_80_0_0_56bf3b06357268644ebf71634fd3fb64.jpg
BAKI, 5 iyul — Sputnik. Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində Rusiya və Çinlə münasibətləri daha da inkişaf etdirmək istəyir və türk dövlətlərinin güclənməsini bunda görür. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana ŞƏT sammiti üçün səfərdən qayıdarkən jurnalistlərə bildirib. Ərdoğan deyib ki, Türkiyə öz ərazisindən kənd təsərrüfatı məhsullarının Qərbə deyil, Afrika ölkələrinə və ərzaq təhlükəsizliyi problemi yaşayan digər bölgələrə çatdırılması üçün taxıl dəhlizi yaradaraq, Qara dəniz taxıl müqaviləsinin yeni formatda bərpasına ümid edir. Türkiyə prezidenti hesab edir ki, bəzi Qərb ölkələri regional münaqişələrə yanaşmaları ilə üçüncü dünya müharibəsini təhrik edir. Bu xüsusda Türkiyə lideri xatırladıb ki, Türkiyə uzun illərdir ardıcıl olaraq dünya beşdən böyükdür deyərək, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü ilə sisteminə yenidən baxılmasının zəruriliyini ifadə edir. "Dünyanın daha ədalətli olmasının mümkün olduğunu deyirik, mənfi atmosferi aradan qaldırmaq və böyük bir müharibə riskini aradan qaldırmaq üçün bu təşəbbüsləri dilə gətiririk", - Ərdoğan bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0d/461276120_172:0:2901:2047_1920x0_80_0_0_f3e0a35797e920697533e57af2cb1793.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qərb, ərdoğan, müharibə, şanxay əməkdaşlıq təşkilatı, türkiyə, ukrayna
qərb, ərdoğan, müharibə, şanxay əməkdaşlıq təşkilatı, türkiyə, ukrayna
Qərb ölkələri üçüncü dünya müharibəsinə təhrik edir - Ərdoğan
15:31 05.07.2024 (Yenilənib: 15:46 05.07.2024) Türkiyə lideri xatırladıb ki, Türkiyə uzun illərdir ardıcıl olaraq dünya beşdən böyükdür deyərək, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü ilə sisteminə yenidən baxılmasının zəruriliyini ifadə edir.
BAKI, 5 iyul — Sputnik. Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində Rusiya və Çinlə münasibətləri daha da inkişaf etdirmək istəyir və türk dövlətlərinin güclənməsini bunda görür. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana ŞƏT sammiti üçün səfərdən qayıdarkən jurnalistlərə bildirib.
"Aydındır ki, Rusiya ŞƏT çərçivəsində türk dövlətləri ilə əlaqələri inkişaf etdirir və bu dövlətlər ŞƏT-də üstünlük təşkil edir və biz də hesab edirik ki, onlarla əlaqələrimizi daha da inkişaf etdirməliyik", - Ərdoğan deyib.
Ərdoğan deyib ki, Türkiyə öz ərazisindən kənd təsərrüfatı məhsullarının Qərbə deyil, Afrika ölkələrinə və ərzaq təhlükəsizliyi problemi yaşayan digər bölgələrə çatdırılması üçün taxıl dəhlizi yaradaraq, Qara dəniz taxıl müqaviləsinin yeni formatda bərpasına ümid edir.
"Biz Ukrayna münaqişəsinin ilk günündən bəri Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski ilə danışıqlar aparırıq, vasitəçiliyimizin hara apara biləcəyini və onun nə dərəcədə effektiv ola biləcəyini müzakirə edirik. Rusiya prezidenti cənab Putinlə Astanada Qara dəniz taxıl dəhlizi ilə bağlı prosesə çox yaxşı başlamışdıq. Bildiyiniz kimi, bu dəhliz vasitəsilə 30 milyon ton taxıl daşıdıq. Mən Rusiya prezidentindən Qərbə taxıl tədarükünü bir kənara qoyaraq, Türkiyə üzərindən Afrikaya və digər ərzaq təhlükəsizliyinə həssas bölgələrə dəhliz yaratmaq fikrinə necə münasibət bəslədiyini soruşdum. Bu mövzu, İstanbul taxıl təşəbbüsü ilə eyni məqsədə xidmət edir. Bu mövzuda əldə etdiyimiz nəticələr sayəsində ümid edirəm dəhliz yenidən işə başlayacaq", - Ərdoğan qeyd edib.
Türkiyə prezidenti hesab edir ki, bəzi Qərb ölkələri regional münaqişələrə yanaşmaları ilə üçüncü dünya müharibəsini təhrik edir.
Bu xüsusda Türkiyə lideri xatırladıb ki, Türkiyə uzun illərdir ardıcıl olaraq dünya beşdən böyükdür deyərək, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü ilə sisteminə yenidən baxılmasının zəruriliyini ifadə edir.
"Dünyanın daha ədalətli olmasının mümkün olduğunu deyirik, mənfi atmosferi aradan qaldırmaq və böyük bir müharibə riskini aradan qaldırmaq üçün bu təşəbbüsləri dilə gətiririk", - Ərdoğan bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.