https://sputnik.az/20240705/pasinyan-bakinin-dediyine-gelir-ermenistan-konstitusiya-deyisikliyine-hazirlanir-465844905.html
Paşinyan Bakının dediyinə gəlir: Ermənistan konstitusiya dəyişikliyinə hazırlanır
Paşinyan Bakının dediyinə gəlir: Ermənistan konstitusiya dəyişikliyinə hazırlanır
Sputnik Azərbaycan
Millət vəkili Fazil Mustafa hesab edir ki, əslində bu Bakının tələblərinə fərqli üslubda verilən cavab kimi dəyərləndirilə bilər. 05.07.2024, Sputnik Azərbaycan
2024-07-05T17:33+0400
2024-07-05T17:33+0400
2024-07-05T17:33+0400
ermənistanın baş naziri nikol paşinyan
siyasət
politoloq
fazil mustafa
avropa
türkiyə
enerji
layihə
konstitusiya
dəyişiklik
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/17/460816223_0:39:2723:1571_1920x0_80_0_0_9924bec2b5e920ce4c644c1b6170b456.jpg
BAKI, 5 iyul — Sputnik. Ermənistan kontitusiya dəyişiliklərinin astanasındadır. Baş nazir Nikol Paşinyan Ermənistanda konstitusiya dəyişikliklərinin labüd olduğunu bildirib. Paşinyanın əsaslandırmasına görə, mövcud Ermənistan konsitutisiyası institusional inkişafa mane olmaqla yanaşı, xalqın da maraqlarına cavab vermir. Xatırladaq ki, Ermənistan baş naziri əvvəl də ölkədə konstitusiya islahatlarının vacibliyinə diqqət çəkmişdi. Qeyd edək ki, rəsmi Bakı da Ermənistanla sülh müqaviləsinin imzalanmasının başlıca şərti kimi konsitusiya dəyişikliklərini tələb edib. Mövcud Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının təsbit olunmasına rəsmi Bakı qətiyyətlə qarşı çıxır və sülh müqaviləsinin imzalanmasının başlıca əngəli kimi bunu göstərir. Sputnik Azərbaycan Paşinyanın konstitusiya dəyişikliklərinin zəruriyi ilə bağlı açıqlamasına millət vəkili Fazil Mustafanın və politoloq Elşən Manafovun münasibətini öyrənib. Millət vəkili Fazil Mustafa hesab edir ki, əslində bu Bakının tələblərinə fərqli üslubda verilən cavab kimi dəyərləndirilə bilər. Onun sözlərinə görə, Ermənistan başa düşür ki, bu addımı atmasa böyük problemlər olacaq:Politoloq Elşən Manafov isə bildirir ki, konstitusiyaya dəyişikliklər edilməsi Ermənistanın indiki geo-siyasi reallıqlar şəraitində həyata keçirmək istədiyi xarici siyasi kursunun istiqamətlərindən irəli gəlir:Politoloq qeyd edir ki, Ermənistan konstitusiyasının dəyişidirilməsinin labüdlüyü ilə bağlı Azərbaycanın bəlli mövqeyi var:"Ərazi iddiaları qaldıqca yekun sülh müqaviləsinə imza atılmayacaq. Bu xəbərdarlıq Ermənistanı və onu dəstəkləyən kollektiv Qərbi də narahat edir. Ona görə onlar indiki şəraitdə qarşıdurmadan çəkindirməyə çalışırlar. Təbii ki, bu amillər daha çox Paşinyan rejiminin qarşısında qoyulan şərtlərlə bağlı ola bilər". Elşən Mnafov onu da vurğulayıb ki, Ermənistanın indiki hakimiyyəti üçün müxalifət tərəfindən təzyiqlərin artması, kilsənin müxalifətlə iş birliyi yaxşı heç nə vəd etmir:Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/17/460816223_229:0:2650:1816_1920x0_80_0_0_3950218d98f6855f1ba0d81588c7cd50.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistanın baş naziri nikol paşinyan, politoloq, fazil mustafa, avropa, türkiyə, enerji, layihə, konstitusiya, dəyişiklik, rusiya, azərbaycan, sülh, müqavilə, abş
ermənistanın baş naziri nikol paşinyan, politoloq, fazil mustafa, avropa, türkiyə, enerji, layihə, konstitusiya, dəyişiklik, rusiya, azərbaycan, sülh, müqavilə, abş
Paşinyan Bakının dediyinə gəlir: Ermənistan konstitusiya dəyişikliyinə hazırlanır
Millət vəkili Fazil Mustafa hesab edir ki, əslində bu Bakının tələblərinə fərqli üslubda verilən cavab kimi dəyərləndirilə bilər.
BAKI, 5 iyul — Sputnik. Ermənistan kontitusiya dəyişiliklərinin astanasındadır. Baş nazir Nikol Paşinyan Ermənistanda konstitusiya dəyişikliklərinin labüd olduğunu bildirib. Paşinyanın əsaslandırmasına görə, mövcud Ermənistan konsitutisiyası institusional inkişafa mane olmaqla yanaşı, xalqın da maraqlarına cavab vermir. Xatırladaq ki, Ermənistan baş naziri əvvəl də ölkədə konstitusiya islahatlarının vacibliyinə diqqət çəkmişdi.
Qeyd edək ki, rəsmi Bakı da Ermənistanla sülh müqaviləsinin imzalanmasının başlıca şərti kimi konsitusiya dəyişikliklərini tələb edib. Mövcud Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının təsbit olunmasına rəsmi Bakı qətiyyətlə qarşı çıxır və sülh müqaviləsinin imzalanmasının başlıca əngəli kimi bunu göstərir.
Sputnik Azərbaycan Paşinyanın konstitusiya dəyişikliklərinin zəruriyi ilə bağlı açıqlamasına millət vəkili Fazil Mustafanın və politoloq Elşən Manafovun münasibətini öyrənib.
Millət vəkili Fazil Mustafa hesab edir ki, əslində bu Bakının tələblərinə fərqli üslubda verilən cavab kimi dəyərləndirilə bilər. Onun sözlərinə görə, Ermənistan başa düşür ki, bu addımı atmasa böyük problemlər olacaq:
"Bütünlüklə Ermənistan baş nazirinin hansı məqsədlər güddüyünü deməkdə çətinlik çəkirəm. Amma yenə də bu ölkənin konstitusiyasında ediləcək dəyişikliklər bizim maraqlarla üst-üstə düşür. Əgər Azərbaycana qarşı ərazi iddiaları göstərilmiş müddəaların çıxarılması baş verəcəksə, bu müsbət qarşılanacaq. Bu da sülh sazişi üçün yolun tam açılması anlamına gələcək".
Politoloq Elşən Manafov isə bildirir ki, konstitusiyaya dəyişikliklər edilməsi Ermənistanın indiki geo-siyasi reallıqlar şəraitində həyata keçirmək istədiyi xarici siyasi kursunun istiqamətlərindən irəli gəlir:
"ABŞ Ermənistandan tələb edir ki, Azərbaycanla sülh müqaviləsinin imzalanmasını sürətləndirsin. Bu prosesdə ABŞ və Ermənistanın maraqları bəllidir. Çünki Azərbaycanla münasibətlərdə gərginliyin qalması, növbəti toqquşmaların baş verməsinə əsas verə bilər. ABŞ və onun bölgədəki peyk hakimiyyəti bundan çəkinir. Ona görə çəkinir ki, Ermənistanın Rusiya ilə də gərgin münasibətləri fonunda şimal qonşumuz Paşinyan rejimini cəzalandırmaq üçün müvafiq addımlar ata bilər. Ən azından Rusiya Azərbaycanın Ermənistanla bağlı siyasətinə dəstək ola bilər. Məhz bu reallıqlar Ermənistanı problemlərin aradan qaldırılması üçün ciddi addımlar atmağa sövq edir".
Politoloq qeyd edir ki, Ermənistan konstitusiyasının dəyişidirilməsinin labüdlüyü ilə bağlı Azərbaycanın bəlli mövqeyi var:
"Ərazi iddiaları qaldıqca yekun sülh müqaviləsinə imza atılmayacaq. Bu xəbərdarlıq Ermənistanı və onu dəstəkləyən kollektiv Qərbi də narahat edir. Ona görə onlar indiki şəraitdə qarşıdurmadan çəkindirməyə çalışırlar. Təbii ki, bu amillər daha çox Paşinyan rejiminin qarşısında qoyulan şərtlərlə bağlı ola bilər".
Elşən Mnafov onu da vurğulayıb ki, Ermənistanın indiki hakimiyyəti üçün müxalifət tərəfindən təzyiqlərin artması, kilsənin müxalifətlə iş birliyi yaxşı heç nə vəd etmir:
"Paşinyan hakimiyyəti iqtidara olan etimadı artırmaq üçün seçicilərin rəğbətini qazanmağa çalışır. Bununla yanaşı, ABŞ-ın məqsədi Ermənistanı regionla bağlı layihələrə qazandırmaqdır. Ermənistanın tranzit dövlət olaraq əhəmiyyətini artırmaq istəyirlər. ABŞ Azərbaycan və Avropa arasında enerji layihələrində Ermənistanın yer almasına çalışacaq. Bununla yanaşı Türkiyə-Ermənistan münasibətlərində dəyişikliklərin aradan qaldırılması Ermənistanın Avropaya inteqrasiyası üçün sədlərin aradan qaldırılmasına öz töhfəsini verə bilər. Bütün bu açıqlamalar əslində regionla bağlı planların tərkib hissəsidir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.