https://sputnik.az/20240705/minsk-a-ve-ran-arasinda-azad-ticaret-sazisini-ratifikasiya-edib-465845182.html
Minsk Aİİ və İran arasında azad ticarət sazişini ratifikasiya edib
Minsk Aİİ və İran arasında azad ticarət sazişini ratifikasiya edib
Sputnik Azərbaycan
Sənəd, tarifləri və digər maneələri azaltmaq və ya aradan qaldırmaq yolu ilə ittifaq ölkələri ilə İslam Respublikası arasında ticarətin liberallaşmasına və... 05.07.2024, Sputnik Azərbaycan
2024-07-05T18:05+0400
2024-07-05T18:05+0400
2024-07-05T18:06+0400
minsk
iqtisadiyyat
azərbaycan
belarus
ümumdünya ticarət təşkilatı
avrasiya iqtisadi ittifaqı
gömrük
tədbir
iran
iyun
https://cdnn1.img.sputnik.az/img/07e5/06/18/427305840_0:0:3141:1768_1920x0_80_0_0_16325ebfab8a95bd4463a61e5973b082.jpg
BAKI, 5 iyul — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə İran arasında azad ticarət sazişinin ratifikasiyası haqqında qanunu imzalayıb. Sənəd ölkənin milli hüquqi internet portalında dərc olunub. Xatırladaq ki, saziş iyunun 19-da Belarus parlamentinin aşağı palatası, iyunun 20-də isə yuxarı palatası tərəfindən təsdiq edilib. Saziş Aİİ ölkələri ilə İran arasında tarif və qeyri-tarif maneələri azaltmaq və ya aradan qaldırmaq, iqtisadi və ticarət qarşılıqlı fəaliyyətini dəstəkləməklə ticarətin liberallaşmasına və sadələşdirilməsinə yönəlib. Bu sənəd Ümumdünya Ticarət Təşkilatı (ÜTT) qaydalarına mümkün qədər yaxın olan tərəflər arasında ticarətin əsas qaydalarını formalaşdırır. Bu, məsələn, ticarət üçün əlverişli şəraitin yaradılması, qoruyucu tədbirlərin və gömrük inzibatçılığının tətbiqi, malların idxalına qoyulan kəmiyyət qadağalarından və məhdudiyyətlərdən imtina etməkdir. O, həmçinin baytarlıq, sanitariya və fitosanitar tədbirlər, texniki tənzimləmə baxımından ÜTT-nin əsas standartlarını təmin edən müddəaları ehtiva edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/18/427305840_168:0:2897:2047_1920x0_80_0_0_43a0325a9ec22ceee030e02678ec7884.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
minsk, azərbaycan, belarus, ümumdünya ticarət təşkilatı, avrasiya iqtisadi ittifaqı, gömrük, tədbir, iran, iyun
minsk, azərbaycan, belarus, ümumdünya ticarət təşkilatı, avrasiya iqtisadi ittifaqı, gömrük, tədbir, iran, iyun
Minsk Aİİ və İran arasında azad ticarət sazişini ratifikasiya edib
18:05 05.07.2024 (Yenilənib: 18:06 05.07.2024) Sənəd, tarifləri və digər maneələri azaltmaq və ya aradan qaldırmaq yolu ilə ittifaq ölkələri ilə İslam Respublikası arasında ticarətin liberallaşmasına və sadələşdirilməsinə yönəlib.
BAKI, 5 iyul — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə İran arasında azad ticarət sazişinin ratifikasiyası haqqında qanunu imzalayıb. Sənəd ölkənin milli hüquqi internet portalında dərc olunub.
Xatırladaq ki, saziş iyunun 19-da Belarus parlamentinin aşağı palatası, iyunun 20-də isə yuxarı palatası tərəfindən təsdiq edilib.
"Bir tərəfdə Avrasiya İqtisadi İttifaqının üzv dövlətləri, digər tərəfdə İran İslam Respublikası olmaqla tərəflər arasında 25 dekabr 2023-cü ildə imzalanmış azad ticarət sazişi ratifikasiya edilsin", - sənəddə deyilir.
Saziş Aİİ ölkələri ilə İran arasında tarif və qeyri-tarif maneələri azaltmaq və ya aradan qaldırmaq, iqtisadi və ticarət qarşılıqlı fəaliyyətini dəstəkləməklə ticarətin liberallaşmasına və sadələşdirilməsinə yönəlib.
Bu sənəd Ümumdünya Ticarət Təşkilatı (ÜTT) qaydalarına mümkün qədər yaxın olan tərəflər arasında ticarətin əsas qaydalarını formalaşdırır. Bu, məsələn, ticarət üçün əlverişli şəraitin yaradılması, qoruyucu tədbirlərin və gömrük inzibatçılığının tətbiqi, malların idxalına qoyulan kəmiyyət qadağalarından və məhdudiyyətlərdən imtina etməkdir.
O, həmçinin baytarlıq, sanitariya və fitosanitar tədbirlər, texniki tənzimləmə baxımından ÜTT-nin əsas standartlarını təmin edən müddəaları ehtiva edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.