Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Çin-Azərbaycan münasibətlərinin keyfiyyətcə yaxşılaşması təbii haldır - Çin XİN

© Official website of President of Azerbaijan Republicİlham Əliyev və Si Cinpin
İlham Əliyev və Si Cinpin - Sputnik Azərbaycan, 1920, 05.07.2024
Abunə olmaq
XİN-in rəsmisi vurğulayıb ki, xüsusilə son illər Sədr Si Cinpin Prezident Əliyevlə sıx əlaqə saxlayıb və Çin-Azərbaycan münasibətlərinə strateji əhəmiyyət verib.
BAKI, 5 iyul — Sputnik. Çinin və Azərbaycanın dövlət başçılarının Çin-Azərbaycan strateji tərəfdaşlığının qurulması haqqında Birgə Bəyannaməsi iki ölkənin münasibətlərinin inkişafı tarixində mühüm mərhələdir. Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmisi xanım Mao Nin iyulun 5-də ənənəvi mətbuat konfransında deyib.
Çin XİN-in rəsmisi bildirib ki, hər iki tərəf strateji tərəfdaşlıq münasibətlərini qarşılıqlı siyasi dəstəyin daha da gücləndirilməsi, əsas xətt kimi "Bir kəmər, bir yol"un keyfiyyətli tikintisi daxil olmaqla, hərtərəfli əməkdaşlığın dərinləşdirilməsi, beynəlxalq məsələlərdə səmərəli əlaqələndirmənin həyata keçirilməsi, hər iki xalqın mənfəəti naminə Çin-Azərbaycan strateji tərəfdaşlığının sağlam və sabit inkişafı üçün başlanğıc nöqtəsi kimi qəbul edəcək.
© AFP 2024 / PEDRO PARDOMao Nin
Mao Nin - Sputnik Azərbaycan, 1920, 05.07.2024
Mao Nin
Çin ilə Azərbaycan arasında diplomatik münasibətlərin 1992-ci ildə qurulduğunu diqqətə çatdıran Mao Nin bildirib ki, ÇXR Lideri Si Cinpinin də dediyi kimi, Çin-Azərbaycan münasibətləri 30 ildən çoxdur uğurla və davamlı inkişaf edir, iki ölkə arasında əməkdaşlıq səmərəli nəticələr verib və daha zəngin strateji məzmuna çatıb.
XİN-in rəsmisi vurğulayıb ki, xüsusilə son illər Sədr Si Cinpin Prezident Əliyevlə sıx əlaqə saxlayıb və Çin-Azərbaycan münasibətlərinə strateji əhəmiyyət verib. Hər iki tərəf suverenlik və ərazi bütövlüyü kimi ölkələrin əsas maraqlarına dair məsələlərdə bir-birini qətiyyətlə dəstəkləyir. İkitərəfli ticarətin həcmi təxminən bir milyon ABŞ dolları səviyyəsindən yüksələrək bir milyard dolları ötüb. İki ölkə Şanxay Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), BMT çərçivəsində sıx əlaqələrə və əməkdaşlığa malikdir. Bu xüsusda Çin-Azərbaycan münasibətlərinin keyfiyyətcə yaxşılaşması təbii haldır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0