Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan prezidenti Hakan Fidanı qəbul edib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib
Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib - Sputnik Azərbaycan, 1920, 05.07.2024
Abunə olmaq
Türk Dövlətləri Təşkilatının sammit Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkil olunub.
BAKI, 5 iyul — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.
Qeyd edək ki, bu gün Şuşada Türk Dövlətləri Təşkilatının sammiti işə başlayır.
5-6 iyul tarixlərində keçiriləcək sammit Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkil olunub.
Sammitdə Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət başçıları iştirak edəcəklər. Tədbirdə müşahidəçi ölkələrin liderlərinin də iştirakı gözlənilir.
Xatırladaq ki, Hakan Fidan sonuncu dəfə cari ilin martında Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli xarici işlər nazirlərinin toplantısı çərçivəsində Azərbaycana gəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0