DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

60-dan çox ekspert NATO-nu Ukraynanı Alyansa qəbul etməməyə çağırıb

© AFP 2024 / ODD ANDERSENNATO samiti
NATO samiti - Sputnik Azərbaycan, 1920, 05.07.2024
Abunə olmaq
Analitiklər hesab edirlər ki, Kiyevin Alyansa daxil olması "Ukraynanı iki ən böyük nüvə dövləti arasında uzun sürən çəkişmələr meydanına çevirə bilər.
BAKI, 5 iyl — Sputnik. 60-dan çox xarici siyasət eksperti NATO-nu blokun Vaşinqtonda keçiriləcək sammiti ərəfəsində Ukraynanı Şimali Atlantika Alyansına qəbul etmək vədlərindən çəkinməyə çağırıb. Bu barədə "Politico" qəzeti yazıb.
Analitiklər hesab edirlər ki, Kiyevin Alyansa daxil olması "Ukraynanı iki ən böyük nüvə dövləti arasında uzun sürən çəkişmələr meydanına çevirə bilər".
Həmçinin, onların fikrincə, NATO münaqişə bitdikdən sonra Ukrayna tərəfinin bloka üzvlük vədinə nə qədər yaxınlaşarsa, Moskva hərbi əməliyyatları davam etdirmək üçün bir o qədər həvəsli olacaq.
Ekspertlər qeyd ediblər ki, Rusiya ilə bağlı problemlər Kiyevin Şimali Atlantika Alyansına üzvlüyü olmadan da həll edilə bilər.
Bundan əvvəl Britaniyanın "The Daily Telegraph" nəşri ABŞ Dövlət Departamentinin rəsmilərinə istinadən yazıb ki, onlar korrupsiyaya görə Ukraynanı NATO-ya dəvət etmək istəmirlər.
Bundan əvvəl ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit bildirmişdi ki, Alyans Vaşinqtonda keçiriləcək sammitdə Kiyevə bloka qoşulmaq üçün dəvət göndərməyi planlaşdırmır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0