https://sputnik.az/20240704/yeni-qanuna-mehel-qoymadan-quda-olmaga-hazirlasan-qohumlari-ne-gozleyir-465778092.html
Yeni qanuna məhəl qoymadan quda olmağa hazırlaşan qohumları nə gözləyir?
Yeni qanuna məhəl qoymadan quda olmağa hazırlaşan qohumları nə gözləyir?
Sputnik Azərbaycan
Millət vəkili Fazil Mustafa bildirib ki, qohumluq əlaqəsini müəyyən etmək çətin olmayacaq. 04.07.2024, Sputnik Azərbaycan
2024-07-04T10:01+0400
2024-07-04T10:01+0400
2024-07-04T10:17+0400
qohum
cəmiyyət
fazil mustafa
qohumlar
evlilik
nikah
milli məclis
ailə məcəlləsi
https://cdnn1.img.sputnik.az/img/42435/83/424358320_0:214:2885:1836_1920x0_80_0_0_dbc192a0aadca569942dd2be75bb2cad.jpg
BAKI, 4 iyul — Sputnik. Qanuna əmi, bibi, xala və dayı uşaqlarının evliliyini qadağan edən dəyişiklik 2025-ci il iyul ayının 1-dən qüvvəyə minəcək. Ona görə də, bu qanun hazırda nişanlı olanlara şamil edilməyəcək. Bunu Sputnik Azərbaycan-a Ailə Məcəlləsində qohum evliliyini qadağan edən müddəaların salınmasını şərh edən deputat Fazil Mustafa bildirib. O əlavə edib ki, bu qanun qüvvəyə mindikdən, bu məsələ müəyyən edildikdən sonra onun səbəbkarı olan şəxslər, eləcə də restoran sahiblərinin məsuliyyəti nəzərdə tutulur: Millət vəkili onu da bildirib ki, qohumluq əlaqəsini müəyyən etmək çətin olmayacaq. Bunun üçün müvafiq dövət qurumundan arayış tələb olunacaq: "Müvafiq qurumdan verilmiş arayışla bunu müəyyən etmək mümkün olacaq. Əgər arayışda yanlış informasiya verilərsə, bunun üçün qanunda məsuliyyət nəzərdə tutulub. Çünki bu, əhalinin sağlamlığı üçündür. Bu qərar gələcəkdə sağlamlıq imkanı məhdud uşaqların doğulmasının qarşısını almaq məqsədi daşıyır. Əsas hədəf genefondun qorunmasıdır". Qeyd edək ki, Milli Məclis Ailə Məcəlləsində əmi, bibi, xala və dayı uşaqlarının evliliyini qadağan edən dəyişikliyi təsdiqləyib. Bu məsələ müzakirələrə səbəb olub. Beləcə Azərbaycanda nikahın bağlanmasına mane olan hallar artırılır. Ailə Məcəlləsinə aşağıdakı hallar əlavə edilir: qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları; bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42435/83/424358320_76:0:2807:2048_1920x0_80_0_0_501f009f98c0222cf88ab50556eace6c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
qohum, fazil mustafa, qohumlar, evlilik, nikah, milli məclis, ailə məcəlləsi
qohum, fazil mustafa, qohumlar, evlilik, nikah, milli məclis, ailə məcəlləsi
Yeni qanuna məhəl qoymadan quda olmağa hazırlaşan qohumları nə gözləyir?
10:01 04.07.2024 (Yenilənib: 10:17 04.07.2024) Millət vəkili Fazil Mustafa bildirib ki, qohumluq əlaqəsini müəyyən etmək çətin olmayacaq.
BAKI, 4 iyul — Sputnik. Qanuna əmi, bibi, xala və dayı uşaqlarının evliliyini qadağan edən dəyişiklik 2025-ci il iyul ayının 1-dən qüvvəyə minəcək. Ona görə də, bu qanun hazırda nişanlı olanlara şamil edilməyəcək.
Bunu Sputnik Azərbaycan-a Ailə Məcəlləsində qohum evliliyini qadağan edən müddəaların salınmasını şərh edən deputat Fazil Mustafa bildirib. O əlavə edib ki, bu qanun qüvvəyə mindikdən, bu məsələ müəyyən edildikdən sonra onun səbəbkarı olan şəxslər, eləcə də restoran sahiblərinin məsuliyyəti nəzərdə tutulur:
"Hələki xala, bibi, dayı, əmi uşaqlarının qohum evliliklərinə məhdudiyyət qoyulmur. Qanun 1 ildən sonra qüvvəyə minir. Bir il ərzində 18 yaşı bitmiş hər bir kəs öz qohumu ilə nikaha girə bilər. Azərbaycanda əvvəldən də qanunla qohum evliliyi qadağan idi. Bura xala və bibi, dayı və əmi uşaqlarının evliliyinin qadağası da əlavə edildi".
Millət vəkili onu da bildirib ki, qohumluq əlaqəsini müəyyən etmək çətin olmayacaq. Bunun üçün müvafiq dövət qurumundan arayış tələb olunacaq:
"Müvafiq qurumdan verilmiş arayışla bunu müəyyən etmək mümkün olacaq. Əgər arayışda yanlış informasiya verilərsə, bunun üçün qanunda məsuliyyət nəzərdə tutulub. Çünki bu, əhalinin sağlamlığı üçündür. Bu qərar gələcəkdə sağlamlıq imkanı məhdud uşaqların doğulmasının qarşısını almaq məqsədi daşıyır. Əsas hədəf genefondun qorunmasıdır".
Qeyd edək ki, Milli Məclis Ailə Məcəlləsində əmi, bibi, xala və dayı uşaqlarının evliliyini qadağan edən dəyişikliyi təsdiqləyib. Bu məsələ müzakirələrə səbəb olub.
Beləcə Azərbaycanda nikahın bağlanmasına mane olan hallar artırılır. Ailə Məcəlləsinə aşağıdakı hallar əlavə edilir:
qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;
bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;