DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ŞƏT sülhə nail olmaq gücünə sahibdir - Quterreş

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidBMT-nin baş katibi Antonio Quterreş
BMT-nin baş katibi Antonio Quterreş - Sputnik Azərbaycan, 1920, 04.07.2024
Abunə olmaq
BMT-nin baş katibi deyir ki, çoxtərəfli sistemin mərkəzi məqsədi davamlı inkişaf və insan hüquqlarının həyata keçirilməsi üçün şərt olan sülh olmalıdır.
BAKI, 4 iyul — Sputnik. Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Yaxın Şərqdə, Ukraynada, Afrikada və Əfqanıstanda tələb olunan sülhə nail olmaq gücü var. Bunu BMT-nin baş katibi Antonio Quterreş ŞƏT plus formatında keçirilən iclasda bildirib.
"BMT bütün dünyada terrorizmlə mübarizədə ŞƏT ilə əməkdaşlığa hazırdır, dünyanın ən böyük regional təşkilatı olan ŞƏT sülhə nail olmaq üçün gücə malikdir və məsuliyyət daşıyır".
Onun sözlərinə görə, qlobal çağırışlar yalnız dövlətlərarası əsasda həll edilə bilməz.
O əlavə edib ki, çoxtərəfli sistemin mərkəzi məqsədi davamlı inkişaf və insan hüquqlarının həyata keçirilməsi üçün şərt olan sülh olmalıdır.
"Bizə Qəzzada dərhal atəşkəsdən başlayaraq Yaxın Şərqdə sülh lazımdır. Bizə Ukraynada BMT Nizamnaməsinə, beynəlxalq hüquqa əsaslanan sülh lazımdır. Bizə Sudandan Sahelə, Konqo Demokratik Respublikasından Somaliyə, Myanmadan Haitiyə qədər bizə sülh lazımdır" BMT baş katibi deyib.
Xəbər lenti
0