https://sputnik.az/20240704/set-sammiti-istirakcilari-dunyani-yeni-tehlukesizlik-paradiqmasinin-qebuluna-cagiracaqlar-465726800.html
Şanxay Əməkdaşlıq Təşkilatının sammiti başlayıb: Belarus tamhüquqlu üzv olub
Şanxay Əməkdaşlıq Təşkilatının sammiti başlayıb: Belarus tamhüquqlu üzv olub
Sputnik Azərbaycan
Baş katib Çjan Min bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatının genişləndirilməsi əsas məqsəd deyil. 04.07.2024, Sputnik Azərbaycan
2024-07-04T10:23+0400
2024-07-04T10:23+0400
2024-07-04T10:44+0400
şət
dünya xəbərləri
sammit
putin
rusiya prezidenti vladimir putin
kasım-jomart tokayev
astana
astana
https://cdnn1.img.sputnik.az/img/07e7/07/04/456481042_0:159:3077:1890_1920x0_80_0_0_24ac6f54b8274a66e6888f52ca811f2d.jpg
BAKI, 4 iyul — Sputnik. Üzvlüyün genişləndirilməsi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) qarşısına qoyduğu məqsəd deyil.Bunu ŞƏT-in Baş katibi Çjan Min sammitin açılışında deyib.“Hazırda ŞƏT-in 11-ci üzvünün hansı ölkənin olacağı məsələsi ŞƏT-in gündəliyində əsas mövzu deyil. Biz bir sıra ölkələrdən dialoq üzrə tərəfdaş statusu üçün müraciətlər, eləcə də bəzi dialoq tərəfdaşlarından müşahidəçi statusunun yüksəldilməsi üçün müraciətlər almışıq. Bütün bu məsələlər təşkilatın fəaliyyətinin yaxşılaşdırılması kontekstində müzakirə olunur” - o bildirib.Baş katib xatırladıb ki, Belarusun ŞƏT-ə tamhüquqlu üzv kimi qoşulması prosesinə 2022-ci ildə Səmərqənd sammitində start verilib.Qeyd edək ki, bu gün Astanada keçirilən ŞƏT sammitində Belarus tamhüquqlu üzv olub.***Qazaxıstanın sədrliyi ilə Astanada Müstəqillik Sarayında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti işə başlayıb.Bu barədə Sputnik Qazaxıstan məlumat yayıb.Təşkilatın forumu ilk dəfə olaraq ŞƏT-ə üzv dövlətlərin rəhbərləri Şurasının iclası və “ŞƏT Plus” iclası formatında keçiriləcək.ŞƏT Dövlət Başçıları Şurasının iclası zamanı Astana Bəyannaməsi, 20 qərar, dövlət başçılarının 3 bəyanatı, o cümlədən “Ədalətli sülh, harmoniya və inkişaf naminə dünya birliyi haqqında”, “ŞƏT-in təkmilləşdirilməsi haqqında” təşəbbüs qəbul ediləcək.Tədbirdə Qazaxıstan, Hindistan, İran, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan, Belarus, Monqolustan, Azərbaycan, Qətər, BƏƏ, Türkiyə və Türkmənistanın dövlət və hökumət başçıları, həmçinin ŞƏT katibi iştirak edir. 01.07.24, 13:29ŞƏT sammiti iştirakçıları dünyanı yeni təhlükəsizlik paradiqmasının qəbuluna çağıracaqlarŞanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçiriləcək sammitinin iştirakçıları beynəlxalq ictimaiyyətə müraciət edəcəklər. Bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev məlumat verib. "Sinxua" agentliyinə müsahibəsində o bildirib ki, sammit iştirakçıları dünyanı dürüst və açıq qlobal dialoqa başlamağa səsləyəcəklər. Qazaxıstan prezidentinin sözlərinə görə, hazırda söhbət yeni təhlükəsizlik paradiqmasının qəbulundan gedir. Sammit zamanı mövcud çağırışlara və təhdidlərə cavab vermək üçün cari təşəbbüslər təklif olunacaq. "Biz ŞƏT-in daha da təkmilləşdirilməsi sahəsində qərarların qəbulunu gözləyirik. Ortamüddətli perspektiv üçün qarşılıqlı fəaliyyətin əsas istiqamətləri müəyyən ediləcək", - Tokayev qeyd edib. O əlavə edib ki, "Şanxay ruhu" prinsipləri sammitin nəticələrinin sütunu olacaq. Onların arasında dostluq, qarşılıqlı etimad və fayda, eləcə də bütün maraqların nəzərə alınması var. Daha əvvəl məlum olub ki, sammit iyulun 3-dən 4-dək keçiriləcək. Sammitdə Rusiya lideri Vladimir Putin də iştirak edəcək.
astana
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/04/456481042_173:0:2904:2048_1920x0_80_0_0_a86615f33399d3e81089e1fb1d43f457.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
şət, sammit, putin, rusiya prezidenti vladimir putin, kasım-jomart tokayev, astana, astana
şət, sammit, putin, rusiya prezidenti vladimir putin, kasım-jomart tokayev, astana, astana
Şanxay Əməkdaşlıq Təşkilatının sammiti başlayıb: Belarus tamhüquqlu üzv olub
10:23 04.07.2024 (Yenilənib: 10:44 04.07.2024) Baş katib Çjan Min bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatının genişləndirilməsi əsas məqsəd deyil.
BAKI, 4 iyul — Sputnik. Üzvlüyün genişləndirilməsi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) qarşısına qoyduğu məqsəd deyil.
Bunu ŞƏT-in Baş katibi Çjan Min sammitin açılışında deyib.
“Hazırda ŞƏT-in 11-ci üzvünün hansı ölkənin olacağı məsələsi ŞƏT-in gündəliyində əsas mövzu deyil. Biz bir sıra ölkələrdən dialoq üzrə tərəfdaş statusu üçün müraciətlər, eləcə də bəzi dialoq tərəfdaşlarından müşahidəçi statusunun yüksəldilməsi üçün müraciətlər almışıq. Bütün bu məsələlər təşkilatın fəaliyyətinin yaxşılaşdırılması kontekstində müzakirə olunur” - o bildirib.
Baş katib xatırladıb ki, Belarusun ŞƏT-ə tamhüquqlu üzv kimi qoşulması prosesinə 2022-ci ildə Səmərqənd sammitində start verilib.
Qeyd edək ki, bu gün Astanada keçirilən ŞƏT sammitində Belarus tamhüquqlu üzv olub.
Qazaxıstanın sədrliyi ilə Astanada Müstəqillik Sarayında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti işə başlayıb.
Bu barədə Sputnik Qazaxıstan məlumat yayıb.
Təşkilatın forumu ilk dəfə olaraq ŞƏT-ə üzv dövlətlərin rəhbərləri Şurasının iclası və “ŞƏT Plus” iclası formatında keçiriləcək.
ŞƏT Dövlət Başçıları Şurasının iclası zamanı Astana Bəyannaməsi, 20 qərar, dövlət başçılarının 3 bəyanatı, o cümlədən “Ədalətli sülh, harmoniya və inkişaf naminə dünya birliyi haqqında”, “ŞƏT-in təkmilləşdirilməsi haqqında” təşəbbüs qəbul ediləcək.
Tədbirdə Qazaxıstan, Hindistan, İran, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan, Belarus, Monqolustan, Azərbaycan, Qətər, BƏƏ, Türkiyə və Türkmənistanın dövlət və hökumət başçıları, həmçinin ŞƏT katibi iştirak edir.
ŞƏT sammiti iştirakçıları dünyanı yeni təhlükəsizlik paradiqmasının qəbuluna çağıracaqlar
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçiriləcək sammitinin iştirakçıları beynəlxalq ictimaiyyətə müraciət edəcəklər.
Bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev məlumat verib. "Sinxua" agentliyinə müsahibəsində o bildirib ki, sammit iştirakçıları dünyanı dürüst və açıq qlobal dialoqa başlamağa səsləyəcəklər.
Qazaxıstan prezidentinin sözlərinə görə, hazırda söhbət yeni təhlükəsizlik paradiqmasının qəbulundan gedir. Sammit zamanı mövcud çağırışlara və təhdidlərə cavab vermək üçün cari təşəbbüslər təklif olunacaq.
"Biz ŞƏT-in daha da təkmilləşdirilməsi sahəsində qərarların qəbulunu gözləyirik. Ortamüddətli perspektiv üçün qarşılıqlı fəaliyyətin əsas istiqamətləri müəyyən ediləcək", - Tokayev qeyd edib.
O əlavə edib ki, "Şanxay ruhu" prinsipləri sammitin nəticələrinin sütunu olacaq. Onların arasında dostluq, qarşılıqlı etimad və fayda, eləcə də bütün maraqların nəzərə alınması var.
Daha əvvəl məlum olub ki, sammit iyulun 3-dən 4-dək keçiriləcək. Sammitdə Rusiya lideri Vladimir Putin də iştirak edəcək.