SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin liderləri Astana Bəyannaməsini imzalayıblar

© Sputnik / POOL / Mediabanka keçidŞƏT ölkələrinin liderləri Astana sammitində
ŞƏT ölkələrinin liderləri Astana sammitində - Sputnik Azərbaycan, 1920, 04.07.2024
Abunə olmaq
ŞƏT-in Astana sammitinin yekunlarına əsasən, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələri bu ilin noyabrında Küveytin paytaxtında BMT ilə terrorizmlə mübarizə üzrə birgə yüksək səviyyəli konfrans keçirməyi planlaşdırır.
BAKI, 4 iyul — Sputnik. Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət və hökumət başçıları Qazaxıstanın paytaxtında keçirilən sammitdə ittifaq haqqında Astana Bəyannaməsini təsdiqləyiblər. Bu barədə TASS-ın müxbiri məlumat yayıb.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin iclasda çıxışı zamanı bildirmişdi ki, sənəd ŞƏT ölkələrinin qlobal və regional gündəliyin əsas aspektlərinə yanaşmalarını əks etdirir.
ŞƏT-in Astana sammitinin yekunlarına əsasən, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələri bu ilin noyabrında Küveytin paytaxtında BMT ilə terrorizmlə mübarizə üzrə birgə yüksək səviyyəli konfrans keçirməyi planlaşdırır.
"ŞƏT-in yekun Astana Bəyannaməsində ŞƏT-ə üzv dövlətlərin liderləri Tacikistanın Mərkəzi Asiya regionunda terrorizmə və onun maliyyələşdirilməsinə ("Düşənbə Prosesi") qarşı mübarizədə çoxtərəfli əməkdaşlığı təşviq etmək səylərini qeyd ediblər. BMT ilə birgə növbəti Yüksək Səviyyəli Konfransı 2024-cü ilin noyabrında Küveyt şəhərində keçirmək niyyətindədir", - məlumatda bildirilib.
Xəbər lenti
0