https://sputnik.az/20240704/set-olkeleri-xarici-mudaxilelere-birge-muqavimet-gostermelidir---si-cinpin-465802510.html
ŞƏT ölkələri xarici müdaxilələrə birgə müqavimət göstərməlidir - Si Cinpin
ŞƏT ölkələri xarici müdaxilələrə birgə müqavimət göstərməlidir - Si Cinpin
Sputnik Azərbaycan
Çin sədri deyib ki, xarici müdaxilə və parçalanma kimi real çağırışlar qarşısında həmrəylik nümayiş etdirərək qüvvələr birləşdirilməlidir. 04.07.2024, Sputnik Azərbaycan
2024-07-04T13:14+0400
2024-07-04T13:14+0400
2024-07-04T13:46+0400
si cinpin
dünya xəbərləri
çin
şət
şət
şət
şanxay əməkdaşlıq təşkilatı
şanxay əməkdaşlıq təşkilatı
şanxay əməkdaşlıq təşkilatı
https://cdnn1.img.sputnik.az/img/07e8/07/04/465802288_0:0:2506:1409_1920x0_80_0_0_1034a4fbfae64b8132a4c6c0f67d1265.jpg
BAKI, 4 iyul — Sputnik. Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) tarixin doğruluq tərəfində, ədalətin tərəfindədir, təşkilat dünya üçün həyati əhəmiyyət kəsb edir. Bunu Çin sədri Si Cinpin ŞƏT-ə üzv ölkələrin Başçıları Şurasının 24-cü iclasında çıxışı zamanı deyib. Çin lideri vurğulayıb ki, hazırda dünyada dəyişikliklər sürətlənir və bəşər cəmiyyəti yenidən tarixin kəsişməsindədir. "Şanxay Əməkdaşlıq Təşkilatı tarixin doğru tərəfində, ədalət və qərəzsizliyin tərəfindədir. Bu dünya üçün son dərəcə vacibdir. ŞƏT-ə üzv dövlətlər həmrəylik nümayiş etdirməli və onların daxili işlərinə kənardan müdaxilə cəhdlərinə birgə müqavimət göstərməlidirlər. Xarici müdaxilə və parçalanma kimi real çağırışlar qarşısında biz həmrəylik nümayiş etdirərək qüvvələri birləşdirməliyik”, - Si Cinpin bildirib. Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci il iyunun 15-də təsis edilib. Əvvəlcə altı ölkə - Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistandan ibarət olub. 2017-ci ildə onlara Hindistan və Pakistan, 2023-cü ildə isə İran qoşulub. Belarusun təşkilata qoşulması prosesi artıq yekunlaşıb. Ümumilikdə ŞƏT Cənubi, Cənub-Şərqi və Şərqi Asiyadan Yaxın Şərqə və Avropaya qədər ərazidə 26 üzv dövləti, dialoq üzrə tərəfdaşları (Azərbaycan, Ermənistan, Bəhreyn, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv adaları, Myanma, Nepal, BƏƏ, Səudiyyə Ərəbistanı, Türkiyə, Şri-Lanka) və müşahidəçiləri (Əfqanıstan, Monqolustan) birləşdirir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/07/04/465802288_0:0:2244:1682_1920x0_80_0_0_d4a0defafce2290d4f0f251ca89e089c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
si cinpin, çin, şət, şət, şət, şanxay əməkdaşlıq təşkilatı, şanxay əməkdaşlıq təşkilatı, şanxay əməkdaşlıq təşkilatı
si cinpin, çin, şət, şət, şət, şanxay əməkdaşlıq təşkilatı, şanxay əməkdaşlıq təşkilatı, şanxay əməkdaşlıq təşkilatı
ŞƏT ölkələri xarici müdaxilələrə birgə müqavimət göstərməlidir - Si Cinpin
13:14 04.07.2024 (Yenilənib: 13:46 04.07.2024) Çin sədri deyib ki, xarici müdaxilə və parçalanma kimi real çağırışlar qarşısında həmrəylik nümayiş etdirərək qüvvələr birləşdirilməlidir.
BAKI, 4 iyul — Sputnik. Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) tarixin doğruluq tərəfində, ədalətin tərəfindədir, təşkilat dünya üçün həyati əhəmiyyət kəsb edir. Bunu Çin sədri Si Cinpin ŞƏT-ə üzv ölkələrin Başçıları Şurasının 24-cü iclasında çıxışı zamanı deyib.
Çin lideri vurğulayıb ki, hazırda dünyada dəyişikliklər sürətlənir və bəşər cəmiyyəti yenidən tarixin kəsişməsindədir.
"Şanxay Əməkdaşlıq Təşkilatı tarixin doğru tərəfində, ədalət və qərəzsizliyin tərəfindədir. Bu dünya üçün son dərəcə vacibdir. ŞƏT-ə üzv dövlətlər həmrəylik nümayiş etdirməli və onların daxili işlərinə kənardan müdaxilə cəhdlərinə birgə müqavimət göstərməlidirlər. Xarici müdaxilə və parçalanma kimi real çağırışlar qarşısında biz həmrəylik nümayiş etdirərək qüvvələri birləşdirməliyik”, - Si Cinpin bildirib.
Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci il iyunun 15-də təsis edilib. Əvvəlcə altı ölkə - Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistandan ibarət olub. 2017-ci ildə onlara Hindistan və Pakistan, 2023-cü ildə isə İran qoşulub. Belarusun təşkilata qoşulması prosesi artıq yekunlaşıb.
Ümumilikdə ŞƏT Cənubi, Cənub-Şərqi və Şərqi Asiyadan Yaxın Şərqə və Avropaya qədər ərazidə 26 üzv dövləti, dialoq üzrə tərəfdaşları (Azərbaycan, Ermənistan, Bəhreyn, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv adaları, Myanma, Nepal, BƏƏ, Səudiyyə Ərəbistanı, Türkiyə, Şri-Lanka) və müşahidəçiləri (Əfqanıstan, Monqolustan) birləşdirir.