DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya-Ukrayna münaqişəsi necə bitəcək? SORĞU

© Sputnik / Александр Кряжев / Mediabanka keçidDanışıqların aparılacağı zalda Rusiya və Ukrayna bayraqları
Danışıqların aparılacağı zalda Rusiya və Ukrayna bayraqları - Sputnik Azərbaycan, 1920, 04.07.2024
Abunə olmaq
Avropada Ukraynaya ən az dəstək verən ölkə İtaliyadır.
BAKI, 4 iyul — Sputnik. Bir çox ölkədə aparılan böyük bir sorğunun nəticələrinə görə, az sayda respondent Ukraynanın tam qələbəni təmin edə biləcəyinə inanır, münaqişənin daha çox ehtimal olunan nəticəsi Rusiya ilə danışıqlardır. Avropa Xarici Əlaqələr Şurasının (ECFR) analitik mərkəzi 19 mindən çox insan arasında sorğu keçirib.
Bu barədə Rusiya mediası "Guardian"a istinadən məlumat verib.
İtaliya, Yunanıstan və Bolqarıstanda respondentlərin əksəriyyəti Ukraynaya silah tədarükünün artırılmasına qarşı çıxıb. İtaliya Ukraynanı ən az dəstəkləyən ən böyük Avropa dövlətinə çevrilib.
Sorğu göstərir ki, Fransa Prezidenti Emmanuel Makron fransızları onu dəstəkləməyə və daha sərt Ukraynayönlü mövqeyə keçməyə inandıra bilməyib. Fransızların üçdə biri itirilmiş ərazilərin qaytarılması ilə Ukraynanı dəstəkləyiblər, üçdə biri Ukraynanı Rusiya ilə sülh sazişi ilə bağlı danışıqlara sövq etməyə üstünlük veriblər, daha qalan tərəf isə fikir bildirməkdən yayınıb.
Xəbər lenti
0