DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran ŞƏT ölkələrinə azad iqtisadi zonalar şəbəkəsi yaratmağı təklif edib

© Sputnik / Сергей Савостьянов / POOL / Mediabanka keçidMəhəmməd Moxber
Məhəmməd Moxber - Sputnik Azərbaycan, 1920, 04.07.2024
Abunə olmaq
Moxber əmin olduğunu bildirib ki, ŞƏT üzvləri "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizindən və İranın cənub limanlarından istifadə etməklə digər ölkələrlə daha ucuz və sürətli ticarət apara bilərlər.
BAKI, 4 iyul — Sputnik. İran Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan ölkələri birgə azad iqtisadi zonalar şəbəkəsi yaratmağa, güzəştli və azad ticarət sazişləri bağlamağa dəvət edir. Bunu Qazaxıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının görüşündə İran prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Moxber deyib.
"Tranzit və kommersiya fəaliyyətlərinin bir-birini tamamlamasını nəzərə alaraq, biz təşkilati səviyyədə birgə azad zonalar şəbəkəsi yaratmağı və güzəştli və azad ticarət sazişləri kimi iqtisadi müqavilələr bağlamağı təklif edirik", Moxber bildirib.
Moxber əmin olduğunu bildirib ki, ŞƏT üzvləri "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizindən və İranın cənub limanlarından istifadə etməklə digər ölkələrlə daha ucuz və sürətli ticarət apara bilərlər.

İyulun 3-4-də Astanada ŞƏT sammiti keçirilir. Tədbirdə Rusiya, Azərbaycan, Belarus, Hindistan, İran, Qazaxıstan, Qətər, Qırğızıstan, Çin, Monqolustan, BƏƏ, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistanın dövlət və hökumət başçıları iştirak edirlər.

Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci il iyunun 15-də təsis edilib. Əvvəlcə altı ölkə - Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistandan ibarət olub. 2017-ci ildə onlara Hindistan və Pakistan, 2023-cü ildə isə İran qoşulub. Belarusun təşkilata qoşulması prosesi artıq yekunlaşıb.
Ümumilikdə ŞƏT Cənubi, Cənub-Şərqi və Şərqi Asiyadan Yaxın Şərqə və Avropaya qədər ərazidə 26 üzv dövləti, dialoq üzrə tərəfdaşları (Azərbaycan, Ermənistan, Bəhreyn, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv adaları, Myanma, Nepal, BƏƏ, Səudiyyə Ərəbistanı, Türkiyə, Şri-Lanka) və müşahidəçiləri (Əfqanıstan, Monqolustan) birləşdirir.
Xəbər lenti
0