https://sputnik.az/20240704/azerbaycan-vetendasi-ile-nikah-esasinda-yasamaq-icazesi-alan-ecnebilerin-sayi-aciqlandi-465812865.html
Azərbaycan vətəndaşı ilə nikah əsasında yaşamaq icazəsi alan əcnəbilərin sayı açıqlandı
Azərbaycan vətəndaşı ilə nikah əsasında yaşamaq icazəsi alan əcnəbilərin sayı açıqlandı
Sputnik Azərbaycan
Qeydiyyatsız uzun müddət yaşayan əcnəbilərin bir çoxu ölkə ərazisini tərk etməmək üçün son anda mümkün asan vasitə olaraq Azərbaycan Respublikasının vətəndaşı... 04.07.2024, Sputnik Azərbaycan
2024-07-04T21:25+0400
2024-07-04T21:25+0400
2024-07-04T21:25+0400
nikah
cəmiyyət
azərbaycan
azərbaycan
vətəndaş
əcnəbi
dövlət statistika komitəsi
dövlət statistika komitəsi
https://cdnn1.img.sputnik.az/img/42435/83/424358310_0:320:3073:2048_1920x0_80_0_0_d673ab351fbe002a1f80e9ba27d33b74.jpg
BAKI, 4 iyul — Sputnik. Bu ilin ilk beş ayında Azərbaycan vətəndaşı ilə nikah əsasında müvəqqəti və daimi yaşama icazəsi alan əcnəbilərin sayı açıqlanıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan vətəndaşı ilə nikah əsasında müvəqqəti və daimi yaşama icazəsi alan əcnəbilərin sayı 2023-cü il ərzində 17.561, 2024-cü ilin ilk 5 ayı (yanvar-may) ərzində isə 6.680 nəfər olub. Xatırladaq ki, Milli Məclisdə üçüncü oxunuşda qəbul edilmiş Ailə Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, ikisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında nikahın bağlanmasına yol verilməyəcək. Qeyd edilib ki, Azərbaycan Respublikasının ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız uzun müddət yaşayan əcnəbilərin bir çoxu ölkə ərazisini tərk etməmək üçün son anda mümkün asan vasitə olaraq Azərbaycan Respublikasının vətəndaşı ilə nikah bağlamağı seçirlər. Bu hal Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan əcnəbilərə münasibətdə qanunvericiliyin müəyyən etdiyi imtiyazlardan sui-istifadə edilməsi riski yaratmaqla yanaşı, qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin effektivliyinə mənfi təsir göstərir. Təqdim olunan qanun layihəsi də məhz ölkəmizdə qanunsuz miqrantların müəyyən edilməsi və qanunsuz miqrasiyanın qarşısının alınması, o cümlədən miqrasiya qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması məqsədilə hazırlanıb.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42435/83/424358310_163:0:2894:2048_1920x0_80_0_0_5592f01bf773f886ffb064aec2c59a65.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nikah, azərbaycan, azərbaycan, vətəndaş, əcnəbi, dövlət statistika komitəsi, dövlət statistika komitəsi
nikah, azərbaycan, azərbaycan, vətəndaş, əcnəbi, dövlət statistika komitəsi, dövlət statistika komitəsi
Azərbaycan vətəndaşı ilə nikah əsasında yaşamaq icazəsi alan əcnəbilərin sayı açıqlandı
Qeydiyyatsız uzun müddət yaşayan əcnəbilərin bir çoxu ölkə ərazisini tərk etməmək üçün son anda mümkün asan vasitə olaraq Azərbaycan Respublikasının vətəndaşı ilə nikah bağlamağı seçirlər.
BAKI, 4 iyul — Sputnik. Bu ilin ilk beş ayında Azərbaycan vətəndaşı ilə nikah əsasında müvəqqəti və daimi yaşama icazəsi alan əcnəbilərin sayı açıqlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan vətəndaşı ilə nikah əsasında müvəqqəti və daimi yaşama icazəsi alan əcnəbilərin sayı 2023-cü il ərzində 17.561, 2024-cü ilin ilk 5 ayı (yanvar-may) ərzində isə 6.680 nəfər olub.
Xatırladaq ki, Milli Məclisdə üçüncü oxunuşda qəbul edilmiş Ailə Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, ikisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında nikahın bağlanmasına yol verilməyəcək.
Qeyd edilib ki, Azərbaycan Respublikasının ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız uzun müddət yaşayan əcnəbilərin bir çoxu ölkə ərazisini tərk etməmək üçün son anda mümkün asan vasitə olaraq Azərbaycan Respublikasının vətəndaşı ilə nikah bağlamağı seçirlər. Bu hal Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan əcnəbilərə münasibətdə qanunvericiliyin müəyyən etdiyi imtiyazlardan sui-istifadə edilməsi riski yaratmaqla yanaşı, qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin effektivliyinə mənfi təsir göstərir.
Təqdim olunan qanun layihəsi də məhz ölkəmizdə qanunsuz miqrantların müəyyən edilməsi və qanunsuz miqrasiyanın qarşısının alınması, o cümlədən miqrasiya qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması məqsədilə hazırlanıb.