Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

AİK İƏT ilə anlaşma memorandumu imzalamaq imkanını nəzərdən keçirir

© Sputnik / Vladislav Vodnev / Mediabanka keçidAİK ölkələrinin bayraqları
AİK ölkələrinin bayraqları - Sputnik Azərbaycan, 1920, 04.07.2024
Abunə olmaq
Avrasiya İqtisadi Komissiyasının İdarə Heyətinin sədrinin fikrincə, Aİİ və İƏT ümumi problemləri həll etmək üçün daimi dialoq qurmalıdır.
BAKI, 4 iyul — Sputnik. Avrasiya İqtisadi Komissiyasının (AİK) İdarə Heyətinin sədri Bakıtjan Saqintayev və İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Xusrav Noziri cümə axşamı günü Astanada keçirilən görüşdə anlaşma memorandumunun imzalanması imkanlarını müzakirə etmək barədə razılığa gəliblər.
Bu barədə AİK-in mətbuat xidməti məlumat yayıb.
İƏT 1985-ci ildə yaradılmış regional dövlətlərarası iqtisadi təşkilatdır. Buraya İran, Pakistan, Türkiyə, Qazaxıstan, Azərbaycan, Əfqanıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir. Daşkənddə keçirilən sammitdə təşkilata üzv olan on ölkənin dövlət və hökumət başçısından doqquzu - Əfqanıstan istisna olmaqla, hamısı iştirak edib.
Bildirilir ki, görüş zamanı həmsöhbətlər qarşılıqlı maraq doğuran bir sıra beynəlxalq əməkdaşlıq məsələlərini nəzərdən keçirərək əməkdaşlığın perspektiv istiqamətlərini müzakirə ediblər.
"Qarşılıqlı maraq doğuran sahələrin aydınlaşdırılması üçün tərəflər AİK və İƏT katibliyi arasında anlaşma memorandumunun layihəsinin hazırlanması imkanını nəzərdən keçirmək barədə razılığa gəliblər" - komissiyanın press-relizində deyilir.
Saqintayev Avrasiya İqtisadi İttifaqının (Aİİ) və İƏT-in fəaliyyətlərinin oxşarlığını qeyd edib. Bununla əlaqədar Avrasiya İqtisadi Komissiyasının idarə heyətinin sədri Avrasiya məkanında nəqliyyat infrastrukturunun inkişafı, ticarət-iqtisadi əlaqələrin liberallaşdırılması, rəqəmsallaşma və enerji resursları sahələrində əməkdaşlıq da daxil olmaqla inteqrasiya proseslərinin əlaqələndirilməsində tərəflərin mövcud potensialından istifadə etməyi təklif edib.
"İstənilən inteqrasiya proseslərinin birləşdirilməsi beynəlxalq birliklərə üzv olan ölkələrin iqtisadiyyatlarının potensialının daha da açılmasına kömək edir. Aİİ və İqtisadi əməkdaşlıq Təşkilatı ümumi problemlərin həlli üçün daimi dialoq qurmalıdır" - Saqintayev qeyd edib.
AİK Kollegiyasının sədri təcrübə mübadiləsinin müxtəlif formalarının yaradılmasının iki inteqrasiya birliyinə daxil olan ölkələrin iqtisadi inkişafına yönəlmiş səylərin əlaqələndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Bundan əlavə, Saqintayev Nozirini payızda Yerevanda keçiriləcək Avrasiya İqtisadi Forumunda iştirak etməyə dəvət edib.
Xəbər lenti
0