https://sputnik.az/20240703/vladimir-putin-lham-eliyevle-gorusde-muhum-mesajlar-verib---465777956.html
Vladimir Putin və İlham Əliyev Astana görüşündə nə danışıblar? Detallar
Vladimir Putin və İlham Əliyev Astana görüşündə nə danışıblar? Detallar
Sputnik Azərbaycan
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan prezidentinə deyib ki, infrastruktur sahəsindəki planlarda birinci yerdə Şimal-Cənub magistralı dayanır. 03.07.2024, Sputnik Azərbaycan
2024-07-03T18:12+0400
2024-07-03T18:12+0400
2024-07-03T18:12+0400
rusiya
siyasət
qazaxıstan
rusiya prezidenti vladimir putin
vladimir putin
prezident ilham əliyev
astana
şanxay
şanxay əməkdaşlıq təşkilatı
rus dili
https://cdnn1.img.sputnik.az/img/07e8/07/03/465780144_0:35:997:596_1920x0_80_0_0_a3780739524cf242a57ce5f9e6415be8.jpg
BAKI, 3 iyul — Sputnik. İyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub.Görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin deyib:- Hörmətli İlham Heydər oğlu, Sizi bir daha görməyimə şadam.Qarşılıqlı fəaliyyətimizin miqyası böyükdür, mənə elə gəlir ki, hətta hər gün, hər ay görüşsək, danışmaq üçün mövzularımız var. Diqqətinizi ona cəlb etmək istəyirəm ki, əsas məsələ - məhz qarşılıqlı iqtisadi-ticari fəaliyyət üzrə əlaqələrimiz müsbət istiqamətdə inkişaf edir. Dövriyyə dörd milyarddan çoxdur, məncə, 4,3-4,5 milyarddır və bu, Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa sərmayəsidir. Tendensiya yaxşıdır, məncə, ilin birinci yarısında artıq 13 faizlik artım var. Ümumiyyətlə, hər şey müsbət inkişaf edir.İnfrastruktur sahəsindəki planlarımızı qeyd etmək istərdim və təbii ki, burada indi birinci yerdə məlum Şimal-Cənub magistralıdır. Ümidvaram ki, bu barədə də bir neçə kəlmə danışacağıq. Digər istiqamətlərdə, o cümlədən enerji və sənaye sahələrində əməkdaşlıq imkanları var. Sizinlə 2022-ci ildə imzaladığımız müqavilə əsasında fəaliyyət göstəririk. Bu, bütün sahələrdə əlaqələrin inkişafı üçün yaxşı zəmindir.Mən humanitar sahəni də qeyd edəcəyəm. Məncə, Azərbaycanda Rusiya Mədəniyyəti Günləri yenicə başa çatıb. Mən Sizin rus dilinin dəstəklənməsinə şəxsi xüsusi diqqətinizi həmişə qeyd edirəm. Azərbaycanda rus dilində 300-dən çox məktəb fəaliyyət göstərir, gənclərə və uşaqlara rus dili öyrədilir. Bu, gələcəkdə də əlaqələrimizin qorunub saxlanılması və inkişafı üçün yaxşı zəmin və perspektivlər yaradır.Sizi görməyimə çox şadam.Azərbaycan Prezidenti İlham Əliyev deyib:-Sağ olun Vladimir Vladimiroviç. Sizinlə yenidən görüşməyimə çox şadam.Qeyd etdiyiniz kimi, məsələlər çoxdur. Amma prinsipcə, onları müzakirə etmək üçün biz demək olar ki, ayda bir dəfə görüşürük. Sonuncu dəfə aprelin ikinci yarısında Moskvaya səfər etdim. Ondan bir aydan bir qədər sonra yenidən görüşürük. Siz də qeyd etdiyiniz kimi, bu onu göstərir ki, böyük uğurla həll edilən çoxlu məsələlər var. Əlbəttə, həm keçən il, həm də bu il əmtəə dövriyyəsinin artması ölkələrimizin iqtisadiyyatlarının fəal qarşılıqlı fəaliyyət göstərdiyini nümayiş etdirir. Sevindirici haldır ki, həmçinin milli valyutalarda qarşılıqlı hesablaşmalar artır. Bu, Azərbaycanın Rusiyaya ixracında artıq 70 faizdən çoxdur, Rusiyanın Azərbaycana ixracında isə 50 faizə yaxındır. Beləliklə, Sizinlə bir neçə il əvvəl danışdıqlarımız artıq uğurla həyata keçirilir.Humanitar əməkdaşlıq həmişə qarşılıqlı fəaliyyətimizin demək olar ki, əsasını təşkil edib. Sizə minnətdaram ki, Azərbaycanda rus dilinə, rus mədəniyyətinə, ədəbiyyatına olan münasibəti həmişə qeyd edirsiniz və yüksək qiymətləndirirsiniz. Azərbaycanda böyük uğurla keçirilən Rusiya Mədəniyyəti Günləri də bunu bir daha təsdiqləyir. Bizdə bir milyona yaxın şagird rus dilində təhsil alır, 150 min nəfər rus məktəblərində oxuyur, 800 min nəfər isə rus dilini ikinci dil kimi öyrənir. Yəni, bu, onu deməyə əsas verir ki, vətəndaşlarımızın gələcək nəsilləri də aktiv qarşılıqlı fəaliyyətdə olacaqlar və rus dilində Sizinlə mənim danışdığımız kimi danışacaqlar.Keçən dəfə Moskvada “Şimal-Cənub” layihəsini müzakirə etdik. O vaxtdan bəri müsbət irəliləyişlər baş verdi. Bu barədə danışacağıq. Biz Azərbaycan ərazisində dəhlizin infrastrukturunu genişləndirmək əzmindəyik, fiziki cəhətdən mövcud olsa da, o, tərəfdaşlarımızın və qonşularımızın bu layihədən maksimum istifadə ilə bağlı niyyətlərinə uyğun gəlmir.Həmçinin Siz qeyd etdiyiniz kimi, energetika sahəsində yeni ideyalar var, bizim müvafiq strukturlarımız daimi təmasdadır. Bu gün bu barədə də danışacağıq. Həmçinin başqa istiqamətlər üzrə də.Qeyd etdiyiniz kimi, 2022-ci ildə biz uğurla həyata keçirilən Müttəfiqlik Bəyannaməsini imzaladıq və Bəyannamənin bütün bəndləri real həyatda öz əksini tapır. Artıq iki ildən artıqdır ki, müttəfiqlər kimi birgə işləyirik və yaxşı nəticələrə nail oluruq. Bu gün bu barədə daha ətraflı danışacağıq.Sizinlə görüşmək imkanına görə bir daha təşəkkür edirəm.***Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilir. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Rusiya Prezidenti Vladimir Putin Azərbaycan prezidentinə Şimal-Cənub dəhlizi layihəsinin inkişafını müzakirə etməyi təklif edib. "İnfrastruktur sahəsindəki planlarımızı qeyd etmək istərdim. Təbii ki, indi hamıya məlum olan Şimal-Cənub magistralı burada ilk yerdədir, ümid edirəm ki, biz də bu barədə bir neçə söz deyəcəyik" - Putin deyib. Rusiya ilə Azərbaycan arasında ticarət-iqtisadi əməkdaşlıq müsbət inkişaf edirPutin bildirib ki, Rusiya Federasiyası ilə Azərbaycan arasında ticarət-iqtisadi əməkdaşlıq müsbət inkişaf edir, ilin birinci yarısında ticarət dövriyyəsinin artımı 13% təşkil edib. "Diqqətinizi bir fakta cəlb etmək istərdim ki, əsas məsələlərə, xüsusən də ticarət-iqtisadi qarşılıqlı fəaliyyət məsələlərinə dair əlaqələrimiz müsbət inkişaf edir. Ticarət dövriyyəsi dörd milyarddan çoxdur, 4,3-4,5 isə Azərbaycan iqtisadiyyatına birbaşa Rusiya investisiyalarıdır. Ümumilikdə hər şey müsbət inkişaf edir" - Putin Əliyevlə görüşündə bildirib."Azərbaycanda rus dilinə olan diqqət yaxşı perspektiv yaradır"Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevin rus dilinə şəxsi diqqətini qeyd edərək, bunun gələcəkdə iki ölkə arasında münasibətlərin inkişafı üçün yaxşı zəmin yaratdığını bildirib. Rusiya lideri Azərbaycanda Rusiya Mədəniyyəti Günlərinin yenicə başa çatdığını vurğulayaraq deyib: “Mən həmişə Azərbaycanda 300-dən çox məktəbdə rus dilinin tədrisinə xüsusi diqqət yetirdiyinizi qeyd edirəm. Bu, bizim əlaqələrimizi qorumaq və inkişaf etdirmək üçün yaxşı əsas və perspektiv yaradır”.Qeyd edək ki, görüş Azərbaycan və Rusiya liderlərinin ŞƏT sammiti sammiti çərçivəsində keçirilib. ŞƏT sammiti iyulun 3-4-də Astanada Müstəqillik Sarayında keçiriləcək. Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) 2001-ci il iyunun 15-də Şanxayda yaradılıb. Əvvəlcə altı ölkədən - Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistandan ibarət olub. Hindistan və Pakistan 2017-ci ildə, İran isə 2023-cü ildə ŞƏT-ə qoşulub. Belarusun təşkilata daxil olması prosesinin yaxın vaxtlarda başa çatacağı gözlənilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/07/03/465780144_79:0:919:630_1920x0_80_0_0_daf5a74de6c8e2c44fe9c81a9001c7c2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, qazaxıstan, rusiya prezidenti vladimir putin, vladimir putin, prezident ilham əliyev, astana, şanxay, şanxay əməkdaşlıq təşkilatı, rus dili, şimal-cənub, şimal-cənub tranzit dəhlizi
rusiya, qazaxıstan, rusiya prezidenti vladimir putin, vladimir putin, prezident ilham əliyev, astana, şanxay, şanxay əməkdaşlıq təşkilatı, rus dili, şimal-cənub, şimal-cənub tranzit dəhlizi
Vladimir Putin və İlham Əliyev Astana görüşündə nə danışıblar? Detallar
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan prezidentinə deyib ki, infrastruktur sahəsindəki planlarda birinci yerdə Şimal-Cənub magistralı dayanır.
BAKI, 3 iyul — Sputnik. İyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub.
Görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin deyib:
- Hörmətli İlham Heydər oğlu, Sizi bir daha görməyimə şadam.
Qarşılıqlı fəaliyyətimizin miqyası böyükdür, mənə elə gəlir ki, hətta hər gün, hər ay görüşsək, danışmaq üçün mövzularımız var. Diqqətinizi ona cəlb etmək istəyirəm ki, əsas məsələ - məhz qarşılıqlı iqtisadi-ticari fəaliyyət üzrə əlaqələrimiz müsbət istiqamətdə inkişaf edir. Dövriyyə dörd milyarddan çoxdur, məncə, 4,3-4,5 milyarddır və bu, Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa sərmayəsidir. Tendensiya yaxşıdır, məncə, ilin birinci yarısında artıq 13 faizlik artım var. Ümumiyyətlə, hər şey müsbət inkişaf edir.
İnfrastruktur sahəsindəki planlarımızı qeyd etmək istərdim və təbii ki, burada indi birinci yerdə məlum Şimal-Cənub magistralıdır. Ümidvaram ki, bu barədə də bir neçə kəlmə danışacağıq. Digər istiqamətlərdə, o cümlədən enerji və sənaye sahələrində əməkdaşlıq imkanları var. Sizinlə 2022-ci ildə imzaladığımız müqavilə əsasında fəaliyyət göstəririk. Bu, bütün sahələrdə əlaqələrin inkişafı üçün yaxşı zəmindir.
Mən humanitar sahəni də qeyd edəcəyəm. Məncə, Azərbaycanda Rusiya Mədəniyyəti Günləri yenicə başa çatıb. Mən Sizin rus dilinin dəstəklənməsinə şəxsi xüsusi diqqətinizi həmişə qeyd edirəm. Azərbaycanda rus dilində 300-dən çox məktəb fəaliyyət göstərir, gənclərə və uşaqlara rus dili öyrədilir. Bu, gələcəkdə də əlaqələrimizin qorunub saxlanılması və inkişafı üçün yaxşı zəmin və perspektivlər yaradır.
Sizi görməyimə çox şadam.
Azərbaycan Prezidenti İlham Əliyev deyib:
-Sağ olun Vladimir Vladimiroviç. Sizinlə yenidən görüşməyimə çox şadam.
Qeyd etdiyiniz kimi, məsələlər çoxdur. Amma prinsipcə, onları müzakirə etmək üçün biz demək olar ki, ayda bir dəfə görüşürük. Sonuncu dəfə aprelin ikinci yarısında Moskvaya səfər etdim. Ondan bir aydan bir qədər sonra yenidən görüşürük. Siz də qeyd etdiyiniz kimi, bu onu göstərir ki, böyük uğurla həll edilən çoxlu məsələlər var. Əlbəttə, həm keçən il, həm də bu il əmtəə dövriyyəsinin artması ölkələrimizin iqtisadiyyatlarının fəal qarşılıqlı fəaliyyət göstərdiyini nümayiş etdirir. Sevindirici haldır ki, həmçinin milli valyutalarda qarşılıqlı hesablaşmalar artır. Bu, Azərbaycanın Rusiyaya ixracında artıq 70 faizdən çoxdur, Rusiyanın Azərbaycana ixracında isə 50 faizə yaxındır. Beləliklə, Sizinlə bir neçə il əvvəl danışdıqlarımız artıq uğurla həyata keçirilir.
Humanitar əməkdaşlıq həmişə qarşılıqlı fəaliyyətimizin demək olar ki, əsasını təşkil edib. Sizə minnətdaram ki, Azərbaycanda rus dilinə, rus mədəniyyətinə, ədəbiyyatına olan münasibəti həmişə qeyd edirsiniz və yüksək qiymətləndirirsiniz. Azərbaycanda böyük uğurla keçirilən Rusiya Mədəniyyəti Günləri də bunu bir daha təsdiqləyir. Bizdə bir milyona yaxın şagird rus dilində təhsil alır, 150 min nəfər rus məktəblərində oxuyur, 800 min nəfər isə rus dilini ikinci dil kimi öyrənir. Yəni, bu, onu deməyə əsas verir ki, vətəndaşlarımızın gələcək nəsilləri də aktiv qarşılıqlı fəaliyyətdə olacaqlar və rus dilində Sizinlə mənim danışdığımız kimi danışacaqlar.
Keçən dəfə Moskvada “Şimal-Cənub” layihəsini müzakirə etdik. O vaxtdan bəri müsbət irəliləyişlər baş verdi. Bu barədə danışacağıq. Biz Azərbaycan ərazisində dəhlizin infrastrukturunu genişləndirmək əzmindəyik, fiziki cəhətdən mövcud olsa da, o, tərəfdaşlarımızın və qonşularımızın bu layihədən maksimum istifadə ilə bağlı niyyətlərinə uyğun gəlmir.
Həmçinin Siz qeyd etdiyiniz kimi, energetika sahəsində yeni ideyalar var, bizim müvafiq strukturlarımız daimi təmasdadır. Bu gün bu barədə də danışacağıq. Həmçinin başqa istiqamətlər üzrə də.
Qeyd etdiyiniz kimi, 2022-ci ildə biz uğurla həyata keçirilən Müttəfiqlik Bəyannaməsini imzaladıq və Bəyannamənin bütün bəndləri real həyatda öz əksini tapır. Artıq iki ildən artıqdır ki, müttəfiqlər kimi birgə işləyirik və yaxşı nəticələrə nail oluruq. Bu gün bu barədə daha ətraflı danışacağıq.
Sizinlə görüşmək imkanına görə bir daha təşəkkür edirəm.
Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilir.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan prezidentinə Şimal-Cənub dəhlizi layihəsinin inkişafını müzakirə etməyi təklif edib.
"İnfrastruktur sahəsindəki planlarımızı qeyd etmək istərdim. Təbii ki, indi hamıya məlum olan Şimal-Cənub magistralı burada ilk yerdədir, ümid edirəm ki, biz də bu barədə bir neçə söz deyəcəyik" - Putin deyib.
Rusiya ilə Azərbaycan arasında ticarət-iqtisadi əməkdaşlıq müsbət inkişaf edir
Putin bildirib ki, Rusiya Federasiyası ilə Azərbaycan arasında ticarət-iqtisadi əməkdaşlıq müsbət inkişaf edir, ilin birinci yarısında ticarət dövriyyəsinin artımı 13% təşkil edib.
"Diqqətinizi bir fakta cəlb etmək istərdim ki, əsas məsələlərə, xüsusən də ticarət-iqtisadi qarşılıqlı fəaliyyət məsələlərinə dair əlaqələrimiz müsbət inkişaf edir. Ticarət dövriyyəsi dörd milyarddan çoxdur, 4,3-4,5 isə Azərbaycan iqtisadiyyatına birbaşa Rusiya investisiyalarıdır. Ümumilikdə hər şey müsbət inkişaf edir" - Putin Əliyevlə görüşündə bildirib.
"Azərbaycanda rus dilinə olan diqqət yaxşı perspektiv yaradır"
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevin rus dilinə şəxsi diqqətini qeyd edərək, bunun gələcəkdə iki ölkə arasında münasibətlərin inkişafı üçün yaxşı zəmin yaratdığını bildirib.
Rusiya lideri Azərbaycanda Rusiya Mədəniyyəti Günlərinin yenicə başa çatdığını vurğulayaraq deyib:
“Mən həmişə Azərbaycanda 300-dən çox məktəbdə rus dilinin tədrisinə xüsusi diqqət yetirdiyinizi qeyd edirəm. Bu, bizim əlaqələrimizi qorumaq və inkişaf etdirmək üçün yaxşı əsas və perspektiv yaradır”.
Qeyd edək ki, görüş Azərbaycan və Rusiya liderlərinin ŞƏT sammiti sammiti çərçivəsində keçirilib. ŞƏT sammiti iyulun 3-4-də Astanada Müstəqillik Sarayında keçiriləcək.
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) 2001-ci il iyunun 15-də Şanxayda yaradılıb. Əvvəlcə altı ölkədən - Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistandan ibarət olub. Hindistan və Pakistan 2017-ci ildə, İran isə 2023-cü ildə ŞƏT-ə qoşulub. Belarusun təşkilata daxil olması prosesinin yaxın vaxtlarda başa çatacağı gözlənilir.