https://sputnik.az/20240703/slahatci-yoxsa-muhafizekar-azerbaycan-ucun-kimin-prezidentliyi-meqbuldur-465738214.html
İslahatçı yoxsa mühafizəkar: Azərbaycan üçün kimin prezidentliyi məqbuldur?
İslahatçı yoxsa mühafizəkar: Azərbaycan üçün kimin prezidentliyi məqbuldur?
Sputnik Azərbaycan
Politoloq Tofiq Abbasov hesab edir ki, Məsud Pezeşkianın qələbəsi Azərbaycan üçün əlverişli olar. 03.07.2024, Sputnik Azərbaycan
2024-07-03T10:01+0400
2024-07-03T10:01+0400
2024-07-03T10:18+0400
siyasət
seçki
iran
prezident
politoloq
millət vəkili
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e8/06/1d/465699904_0:160:3072:1888_1920x0_80_0_0_468cd0c38e01d5063201802919cb09d9.jpg
BAKI, 3 iyul — Sputnik. İranda keçirilmiş prezident seçkisində qalib müəyyənləşmədi. Ölkənin 9-cu prezidenti iyulun 5-də, ikinci turda seçiləcək. İran Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, səsvermədə 24 milyon 735 min 185 nəfər, yaxud ölkə daxilində qeydiyyata alınan seçicilərin 40 faizi iştirak edib. 58 min 600 seçki məntəqəsində namizədlərdən keçmiş səhiyyə naziri, islahatçıların təmsilçisi sayılan Məsud Pezeşkian 10 milyon 415 min 191 səs, yaxud səslərin 43 faizini, İranın ali rəhbəri Seyid Əli Xaməneinin milli təhlükəsizlik şurasındakı nümayəndəsi, mühafizəkarları təmsil edən Səid Cəlili 9 milyon 437 min 298 səs, yaxud 38 faiz səs toplayıb. İkinci turda mübarizə bu iki namizəd arasında gedəcək. Ermənistan mdeia seqmentində Pezeşkianın etnik kimliyinə vurğu edilərək, onun seçilməsindən narahatlıq ifadə olunur. Pezeşkian yoxsa Cəlili? Azərbaycan üçün kimin prezidentliyi məqbuldur? Mövzu ilə bağlı politoloq Tofiq Abbasov və millət vəkili Ceyhun Məmmədov Sputnik Azərbaycan-a fikirlərini bölüşüblər. Politoloq Tofiq Abbasov hesab edir ki, Məsud Pezeşkianın qələbəsi Azərbaycan üçün əlverişli olar:Onun sözlərinə görə, Məsud Pezeşkian dünyasının dəyişmiş mərhum prezident İbrahim Rəisinin də siyasətini davam etdirə bilər:Politoloq onu da qeyd edib ki, İran seçicisi bir qədər bu məsələlərə həssas yanaşır:"Onların tərəfdarlarının olduğu bölgəyə nəzər saldıqda bunu görmək olar. Pezeşkian əsasən İranın şimal qərbində, həmçinin Sistan və Bəlucistan bölgələrində tərəfdarlara malikdir. Cəlili isə Məşhəd, Xorasan, Qumda çoxsaylı tərəfdarlara malikdir. Ancaq unutmaq olmaz ki, prezident vəzifəsinin öz tələbləri var. Bu baxımdan seçilmiş şəxslər öz fikirlərində kompramislərə getməli olurlar. Amma hər halda Azərbaycan üçün Pezeşkian daha əlverişli namizəd kimi qiymətləndirilə bilər". Millət vəkili Ceyhun Məmmədov isə deyir ki, İranda prezidentin kim olmasından asılı olmayaraq, dövlət siyasi özünəməxsus şəkildə qurulur:"Bu baxımdan adı çəkilən iki namizədin hansının seçilməsindən asılı olmayaraq Azərbaycana münasibətin dəyişəcəyini düşünmürəm. İranda bu məsələlər dövlət maraqları əsasında həll olunur. Onu da qeyd etməliyik ki, İran və Azərbaycan arasında ixtilaflar artıq geridə qalıb. Bir müddət əvvəl əldə edilmiş razılıqlar əsasında kimin prezident seçilməsindən asılı olmayaraq əlaqələr inkişaf edəcək". Millət vəkilinin fikrincə, münasibətlərin daha da möhəmlənməsi üçün İranın və Azrbaycanın addımları davam edəcək:Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/1d/465699904_171:0:2902:2048_1920x0_80_0_0_d2b1e3db93161ed7e5ea99e17c23d8fa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
seçki, iran, prezident, politoloq, millət vəkili, azərbaycan
seçki, iran, prezident, politoloq, millət vəkili, azərbaycan
İslahatçı yoxsa mühafizəkar: Azərbaycan üçün kimin prezidentliyi məqbuldur?
10:01 03.07.2024 (Yenilənib: 10:18 03.07.2024) Politoloq Tofiq Abbasov hesab edir ki, Məsud Pezeşkianın qələbəsi Azərbaycan üçün əlverişli olar.
BAKI, 3 iyul — Sputnik. İranda keçirilmiş prezident seçkisində qalib müəyyənləşmədi. Ölkənin 9-cu prezidenti iyulun 5-də, ikinci turda seçiləcək.
İran Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, səsvermədə 24 milyon 735 min 185 nəfər, yaxud ölkə daxilində qeydiyyata alınan seçicilərin 40 faizi iştirak edib. 58 min 600 seçki məntəqəsində namizədlərdən keçmiş səhiyyə naziri, islahatçıların təmsilçisi sayılan Məsud Pezeşkian 10 milyon 415 min 191 səs, yaxud səslərin 43 faizini, İranın ali rəhbəri Seyid Əli Xaməneinin milli təhlükəsizlik şurasındakı nümayəndəsi, mühafizəkarları təmsil edən Səid Cəlili 9 milyon 437 min 298 səs, yaxud 38 faiz səs toplayıb. İkinci turda mübarizə bu iki namizəd arasında gedəcək.
Ermənistan mdeia seqmentində Pezeşkianın etnik kimliyinə vurğu edilərək, onun seçilməsindən narahatlıq ifadə olunur.
Pezeşkian yoxsa Cəlili? Azərbaycan üçün kimin prezidentliyi məqbuldur?
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov və millət vəkili Ceyhun Məmmədov Sputnik Azərbaycan-a fikirlərini bölüşüblər.
Politoloq Tofiq Abbasov hesab edir ki, Məsud Pezeşkianın qələbəsi Azərbaycan üçün əlverişli olar:
"Tək ona görə yox ki, Azərbaycan mənşəlidir. Pezeşkian kifayət qədər praqmatik siyasətçidir. O, İranda hakimiyyətdə olan qüvvələrin sıralarında olub, yüksək vəzifələrdə çalışıb. Faktiki olaraq, bu şəxs cəmiyyəti yaxşı tanıyır, radikal yanaşmalardan uzaqdır. Digər tərəfdən o regionumuzun semantikasına yaxşı bələddir, o cümlədən Azərbaycanla münasibətlər baxımından belə bir şəxsin prezident olması daha yaxşı olar".
Onun sözlərinə görə, Məsud Pezeşkian dünyasının dəyişmiş mərhum prezident İbrahim Rəisinin də siyasətini davam etdirə bilər:
"Səid Cəlili isə Pezeşkianla müqayisədə radikal addımların tərəfdarıdır. Səid Cəlili İranın BAEA-dakı nümayəndəsi olduğu dövrdəki fəaliyyəti ölkəsinə dividentlər gətirməyib. Buna görə də, Səid Cəlili İranın başına sanksiya bəlalarını gətirib çıxaran şəxs kimi xarakterizə olunur. Səid Cəlili barışmaz, radikal mövqeyini heç zaman gizlətməyib. Onun baxışları bir baxıma insanları təlaşlandırır".
Politoloq onu da qeyd edib ki, İran seçicisi bir qədər bu məsələlərə həssas yanaşır:
"Onların tərəfdarlarının olduğu bölgəyə nəzər saldıqda bunu görmək olar. Pezeşkian əsasən İranın şimal qərbində, həmçinin Sistan və Bəlucistan bölgələrində tərəfdarlara malikdir. Cəlili isə Məşhəd, Xorasan, Qumda çoxsaylı tərəfdarlara malikdir. Ancaq unutmaq olmaz ki, prezident vəzifəsinin öz tələbləri var. Bu baxımdan seçilmiş şəxslər öz fikirlərində kompramislərə getməli olurlar. Amma hər halda Azərbaycan üçün Pezeşkian daha əlverişli namizəd kimi qiymətləndirilə bilər".
Millət vəkili Ceyhun Məmmədov isə deyir ki, İranda prezidentin kim olmasından asılı olmayaraq, dövlət siyasi özünəməxsus şəkildə qurulur:
"Bu baxımdan adı çəkilən iki namizədin hansının seçilməsindən asılı olmayaraq Azərbaycana münasibətin dəyişəcəyini düşünmürəm. İranda bu məsələlər dövlət maraqları əsasında həll olunur. Onu da qeyd etməliyik ki, İran və Azərbaycan arasında ixtilaflar artıq geridə qalıb. Bir müddət əvvəl əldə edilmiş razılıqlar əsasında kimin prezident seçilməsindən asılı olmayaraq əlaqələr inkişaf edəcək".
Millət vəkilinin fikrincə, münasibətlərin daha da möhəmlənməsi üçün İranın və Azrbaycanın addımları davam edəcək:
"Burada əsas önəmli məsələ artıq ölkələr arasında münasibətlərin normallaşması ilə bağlı qərarın qəbul edilməsidir. İranda hamımız bilirik ki, əsas mövqe dini liderin baxışlarıdır. Yəni, İranda etnik azərbaycanlının seçilməsi və ya seçilməməsi Azərbaycanla münasibətlərdə önəmli rol oynamır. İranda dövlət sistemi öz maraqlarına uyğun addım atır. Ermənistanda Pezeşkianın seçiləcəyi ilə bağlı narahatlıqlar sadəlövhlükdən başqa bir şey deyil. Yəni, əsas olan İran dövlət aparatının və ali dini liderinin yanaşmasıdır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.