DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qazaxıstan və Çin əməkdaşlığı inkişafın yeni "qızıl dövrünə" qədəm qoyub - Tokayev

© Sputnik / Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidQazaxıstan prezidenti Kasım-Jomart Tokayev
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev - Sputnik Azərbaycan, 1920, 03.07.2024
Abunə olmaq
Dövlət başçısı əlavə edib ki, ölkələr sənaye, enerji, nəqliyyat və tranzit, yaşıl iqtisadiyyat, kənd təsərrüfatı sahələrində ümumi dəyəri 14,5 milyard dollar olan 45 birgə investisiya layihəsi həyata keçirir.
BAKI, 3 iyul — Sputnik. Qazaxıstan və Çin arasında əməkdaşlıq inkişafın yeni "qızıl dövrünə" qədəm qoyub. Bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib.
"Əminliklə deyə bilərik ki, ölkələrimiz arasında əməkdaşlıq inkişafının yeni "qızıl dövrü"nə qədəm qoyub. Bu, rekord göstəricidir", - Tokayev Çin prezidenti Si Cinpinlə geniş tərkibdə danışıqlar zamanı bildirib.
Dövlət başçısı əlavə edib ki, ölkələr sənaye, enerji, nəqliyyat və tranzit, yaşıl iqtisadiyyat, kənd təsərrüfatı sahələrində ümumi dəyəri 14,5 milyard dollar olan 45 birgə investisiya layihəsi həyata keçirir.
"Son 15 ildə 24 milyard dollara çatan Qazaxıstan iqtisadiyyatına investisiya qoyuluşu baxımından Çin ənənəvi olaraq lider mövqe tutur", - Tokayev qeyd edib.
Çin Xalq Respublikasının sədri öz növbəsində Qazaxıstanın dinamik inkişafının şahidi olduğunu vurğulayıb.
"Diplomatik münasibətlərin qurulmasından ötən 32 illik əməkdaşlıq nəticəsində ikitərəfli əlaqələrimiz leytmotivi əbədi dostluq, dərin qarşılıqlı etimad və həmrəylik olan əbədi hərtərəfli strateji tərəfdaşlığın misli görünməmiş səviyyəsinə çatıb", - Si Cinpin deyib.
Qazaxıstan prezidentinin mətbuat xidməti xəbər verir ki, danışıqlar zamanı tərəflər müxtəlif sahələrdə investisiya əməkdaşlığının inkişaf perspektivlərini müzakirə ediblər. Qazaxıstan rəhbəri həmçinin Pekin Dil və Mədəniyyət Universitetinin filialının və Lu Ban seminarının açılmasını dəstəkləyib və iki ölkə arasında elm və təhsil əlaqələrinin genişləndirilməsinin əbədi hərtərəfli strateji tərəfdaşlıq ruhuna uyğun olduğunu deyib.
Xəbər lenti
0