https://sputnik.az/20240703/putin-ve-erdogan-astanada-gorusdu--465783016.html
Putin və Ərdoğan Astanada görüşdü - DETALLAR
Putin və Ərdoğan Astanada görüşdü - DETALLAR
Sputnik Azərbaycan
İki lider arasında söhbət Astanada "Ritz Carlton" otelindəki görüş zalında baş tutub. 03.07.2024, Sputnik Azərbaycan
2024-07-03T16:20+0400
2024-07-03T16:20+0400
2024-07-03T17:07+0400
rusiya prezidenti vladimir putin
dünya xəbərləri
rəcəb tayyip ərdoğan
akkuyu atom elektrik stansiyası
astana
şanxay
şanxay əməkdaşlıq təşkilatı
şət
https://cdnn1.img.sputnik.az/img/07e6/09/10/446156758_0:178:3008:1870_1920x0_80_0_0_5fe49fcd1461b39ed0a7f1d05174b439.jpg
BAKI, 3 iyul — Sputnik. Astanada Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar başlayıb. "RİA Novosti"nin müxbiri xəbər verir ki, iki lider arasında söhbət "Ritz Carlton" hotelindəki görüş zalında baş tutub. Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə iki ölkənin birgə səyləri ilə ölkəsində tikilən Akkuyu Atom Elektrik Stansiyasının tezliklə istifadəyə verilməsini istəyir."İndi biz sizinləyik. Bu, çox mühüm bir addımdır, sizinlə birlikdə inşa edirik. Ən qısa müddətdə bu atom elektrik stansiyasını işə sala bilsək, o, fəaliyyətə başlayacaq" - Ərdoğan bildirib.Türkiyə prezidenti qeyd edib ki, Ankara Sinopda atom elektrik stansiyasının tikintisi üçün ciddi addımlar atmaq niyyətindədir: "Ankara və Moskva Türkiyədə Sinop AES-in tikintisi ilə bağlı danışıqlar aparırlar. İnanıram ki, bu istiqamətdə ciddi addımlar ata bilərik. Türkiyə Rusiya ilə ticarət dövriyyəsini 100 milyard dollara çatdırmağı hədəfləyir".Türkiyə lideri rusiyalı həmkarı ilə "telefon diplomatiyası"nı davam etdirdiyini də bildirib. "Biz telefon diplomatiyası aparırıq. Eyni zamanda nazirlərimiz də bir-biri ilə əlaqə saxlayırlar" - Türkiyə lideri deyib.Ərdoğan Putini tezliklə Türkiyəyə səfərə dəvət edib: "Sizi tez bir zamanda Türkiyədə gözləyirik!"Rusiya prezidenti Vladimir Putin isə öz növbəsində bildirib ki, Rusiya və Türkiyə beynəlxalq siyasətin bir sıra mühüm sahələri üzrə fəal işləməyə davam edir: “Biz beynəlxalq siyasətin bir sıra mühüm sahələri üzrə fəal işləməyə davam edirik. Biz sizinlə daimi təmasdayıq, nazirliklərimiz və idarələrimiz əsas istiqamətlər üzrə mütəmadi olaraq məlumat mübadiləsi aparır və mövqeləri koordinasiya edirlər”.Putin qeyd edib ki, Rusiya Federasiyası və Türkiyə beynəlxalq təşkilatların meydanlarında və beynəlxalq birliklər çərçivəsində fəaliyyət göstərir. “Biz ŞƏT çərçivəsində görüşməkdən çox şadıq, mən yenidən görüşümüzə çox şadam”, Putin bildirib.Görüşdə prezidentlər Ukrayna və Suriya münaqişələri barədə də fikir mübadiləsi aparıblar.Putin ŞƏT sammitində iştirak etmək üçün iyulun 3-də səhər saatlarında Astanaya uçub. Tədbir "Çoxtərəfli dialoqun gücləndirilməsi – davamlı sülh və inkişafa səy" şüarı altında keçiriləcək. Sammit iştirakçıları 24 birgə sənəd paketini imzalamağı, həmçinin assosiasiya iştirakçılarının mehriban qonşuluq və birlik prinsiplərinə sadiqliyini təsdiq edən yekun bəyannamə və bəyanat qəbul etməyi planlaşdırırlar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/10/446156758_140:0:2869:2047_1920x0_80_0_0_8a4430acc4199b2cee051332865c53a1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya prezidenti vladimir putin, rəcəb tayyip ərdoğan, akkuyu atom elektrik stansiyası, astana, şanxay, şanxay əməkdaşlıq təşkilatı, şət
rusiya prezidenti vladimir putin, rəcəb tayyip ərdoğan, akkuyu atom elektrik stansiyası, astana, şanxay, şanxay əməkdaşlıq təşkilatı, şət
Putin və Ərdoğan Astanada görüşdü - DETALLAR
16:20 03.07.2024 (Yenilənib: 17:07 03.07.2024) İki lider arasında söhbət Astanada "Ritz Carlton" otelindəki görüş zalında baş tutub.
BAKI, 3 iyul — Sputnik. Astanada Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar başlayıb.
"RİA Novosti"nin müxbiri xəbər verir ki, iki lider arasında söhbət "Ritz Carlton" hotelindəki görüş zalında baş tutub.
Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə iki ölkənin birgə səyləri ilə ölkəsində tikilən Akkuyu Atom Elektrik Stansiyasının tezliklə istifadəyə verilməsini istəyir.
"İndi biz sizinləyik. Bu, çox mühüm bir addımdır, sizinlə birlikdə inşa edirik. Ən qısa müddətdə bu atom elektrik stansiyasını işə sala bilsək, o, fəaliyyətə başlayacaq" - Ərdoğan bildirib.
Türkiyə prezidenti qeyd edib ki, Ankara Sinopda atom elektrik stansiyasının tikintisi üçün ciddi addımlar atmaq niyyətindədir:
"Ankara və Moskva Türkiyədə Sinop AES-in tikintisi ilə bağlı danışıqlar aparırlar. İnanıram ki, bu istiqamətdə ciddi addımlar ata bilərik. Türkiyə Rusiya ilə ticarət dövriyyəsini 100 milyard dollara çatdırmağı hədəfləyir".
Türkiyə lideri rusiyalı həmkarı ilə "telefon diplomatiyası"nı davam etdirdiyini də bildirib.
"Biz telefon diplomatiyası aparırıq. Eyni zamanda nazirlərimiz də bir-biri ilə əlaqə saxlayırlar" - Türkiyə lideri deyib.
Ərdoğan Putini tezliklə Türkiyəyə səfərə dəvət edib: "Sizi tez bir zamanda Türkiyədə gözləyirik!"
Rusiya prezidenti Vladimir Putin isə öz növbəsində bildirib ki, Rusiya və Türkiyə beynəlxalq siyasətin bir sıra mühüm sahələri üzrə fəal işləməyə davam edir:
“Biz beynəlxalq siyasətin bir sıra mühüm sahələri üzrə fəal işləməyə davam edirik. Biz sizinlə daimi təmasdayıq, nazirliklərimiz və idarələrimiz əsas istiqamətlər üzrə mütəmadi olaraq məlumat mübadiləsi aparır və mövqeləri koordinasiya edirlər”.
Putin qeyd edib ki, Rusiya Federasiyası və Türkiyə beynəlxalq təşkilatların meydanlarında və beynəlxalq birliklər çərçivəsində fəaliyyət göstərir.
“Biz ŞƏT çərçivəsində görüşməkdən çox şadıq, mən yenidən görüşümüzə çox şadam”, Putin bildirib.
Görüşdə prezidentlər Ukrayna və Suriya münaqişələri barədə də fikir mübadiləsi aparıblar.
Putin ŞƏT sammitində iştirak etmək üçün iyulun 3-də səhər saatlarında Astanaya uçub. Tədbir "Çoxtərəfli dialoqun gücləndirilməsi – davamlı sülh və inkişafa səy" şüarı altında keçiriləcək.
Sammit iştirakçıları 24 birgə sənəd paketini imzalamağı, həmçinin assosiasiya iştirakçılarının mehriban qonşuluq və birlik prinsiplərinə sadiqliyini təsdiq edən yekun bəyannamə və bəyanat qəbul etməyi planlaşdırırlar.