https://sputnik.az/20240703/ordubad-dovlet-tarix-medeniyyet-qorugunun-serhedleri-tesdiqlenib-465771751.html
“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədləri təsdiqlənib
“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədləri təsdiqlənib
Sputnik Azərbaycan
Bu ilin fevral ayının 24-də qədim yaşayış məskənlərindən olan Ordubad rayonunun qoruq elan edilməsi barədə prezident sərəncam imzalayıb. 03.07.2024, Sputnik Azərbaycan
2024-07-03T17:50+0400
2024-07-03T17:50+0400
2024-07-03T17:50+0400
ordubad
azərbaycan xəbərləri
əli əsədov
qoruq
https://cdnn1.img.sputnik.az/img/07e4/08/1c/424791668_0:312:3001:2000_1920x0_80_0_0_823993eb7b703da1c7df2d0caed59cba.jpg
BAKI, 3 iyul — Sputnik. "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonasının və ərazisinin xüsusi rejimi təsdiq edilib. Sputnik Azərbaycan-ın xəbərinə görə, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb. Qərarla "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonası" və "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisinin xüsusi rejimi" təsdiq edilib. Qeyd edək ki, bu ilin fevral ayının 24-də qədim yaşayış məskənlərindən olan Ordubad rayonunun qoruq elan edilməsi barədə prezident sərəncam imzalayıb. Rayonun inzibati mərkəzi Ordubad şəhəri qədim tarixə malikdir. XVII əsrin əvvəllərində Ordubadda Cümə məscidi, mədrəsə, buzxana, qeysəriyyə, hamam və karvansaralar tikilmiş, Anbaras, Kürdatal, Üçtürləngi, Mingis və Sərşəhər məhəllələri, Ərasət meydanı ansamblı, üç meydan ətrafında örtülü bazar kompleksi salınmışdır. Ordubadın əsas su təchizatı olan kəhriz sistemi də bu dövrdə yaradılmışdır. Şəhərin küçə şəbəkəsi Cümə məscidinin yerləşdiyi mərkəzi meydandan şüa şəklində şaxələnərək müxtəlif məhəllələrin əsasını təşkil edir. XVII–XVIII əsrlərdə inşa edilmiş Cümə, Anbaras, Sərşəhər, Dilbər və Təkeşiyi məscidləri öz tarixi və mədəni əhəmiyyətini bu gün də saxlayır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/1c/424791668_154:0:2821:2000_1920x0_80_0_0_9b4e1cbd0712c845ede8c4e3bdfccac8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ordubad, əli əsədov, qoruq
ordubad, əli əsədov, qoruq
“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədləri təsdiqlənib
Bu ilin fevral ayının 24-də qədim yaşayış məskənlərindən olan Ordubad rayonunun qoruq elan edilməsi barədə prezident sərəncam imzalayıb.
BAKI, 3 iyul — Sputnik. "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonasının və ərazisinin xüsusi rejimi təsdiq edilib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.
Qərarla "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonası" və "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisinin xüsusi rejimi" təsdiq edilib.
Qeyd edək ki, bu ilin fevral ayının 24-də qədim yaşayış məskənlərindən olan Ordubad rayonunun qoruq elan edilməsi barədə prezident sərəncam imzalayıb. Rayonun inzibati mərkəzi Ordubad şəhəri qədim tarixə malikdir. XVII əsrin əvvəllərində Ordubadda Cümə məscidi, mədrəsə, buzxana, qeysəriyyə, hamam və karvansaralar tikilmiş, Anbaras, Kürdatal, Üçtürləngi, Mingis və Sərşəhər məhəllələri, Ərasət meydanı ansamblı, üç meydan ətrafında örtülü bazar kompleksi salınmışdır.
Ordubadın əsas su təchizatı olan kəhriz sistemi də bu dövrdə yaradılmışdır. Şəhərin küçə şəbəkəsi Cümə məscidinin yerləşdiyi mərkəzi meydandan şüa şəklində şaxələnərək müxtəlif məhəllələrin əsasını təşkil edir. XVII–XVIII əsrlərdə inşa edilmiş Cümə, Anbaras, Sərşəhər, Dilbər və Təkeşiyi məscidləri öz tarixi və mədəni əhəmiyyətini bu gün də saxlayır.