https://sputnik.az/20240703/odre-azule-de-fakto-kiyev-ve-onun-qerbli-himayedarlari-ile-birge-hereket-edir-465781631.html
Odre Azule de-fakto Kiyev və onun qərbli himayədarları ilə birgə hərəkət edir
Odre Azule de-fakto Kiyev və onun qərbli himayədarları ilə birgə hərəkət edir
Sputnik Azərbaycan
Diplomat bildirib ki, Odre Azule, bildiyimiz kimi, Daria Dugina və Maksim Fominə qarşı törədilən vəhşi terror aktlarına məhəl qoymayıb. 03.07.2024, Sputnik Azərbaycan
2024-07-03T21:22+0400
2024-07-03T21:22+0400
2024-07-03T21:22+0400
rusiya xin
dünya xəbərləri
unesco
kiyev
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/13/460689516_0:0:3072:1728_1920x0_80_0_0_e08d82f50a9f65b748f7edca0a1a78a7.jpg
BAKI, 3 iyul — Sputnik. UNESKO-nun Baş direktoru Odre Azule faktiki olaraq rusiyalı jurnalistlərin qətlini qınamaqdan imtina etməklə Kiyev hakimiyyəti və onun qərbli himayədarları ilə birgə hərəkət edir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) informasiya departamentinin direktor müavini Andrey Nastasin brifinqdə deyib. "Xatırlatmaq istərdim ki, bu təşkilatın ali orqanı (UNESKO) - 1997-ci ildə Baş Konfrans baş direktoru jurnalistlərə qarşı törədilən qətlləri və hər hansı fiziki zorakılığı bilavasitə qınamağa məcbur edib. Keçən il UNESKO-nun İcraçı Şurası hazırkı Baş direktorun seçici yanaşmasını görərək, heç bir fərq qoymadan jurnalistlərin qətlini pisləmək zərurətini ona bir daha xatırladıb. İstənilən beynəlxalq məmurun vəzifəsi direktiv orqanların qərarlarını ciddi şəkildə yerinə yetirməkdir. Yeri gəlmişkən, Odre Azule, bildiyimiz kimi, Daria Dugina və Maksim Fominə qarşı törədilən vəhşi terror aktlarına məhəl qoymayıb", - diplomat bildirib. Nastasin əlavə edib ki, indiki Baş direktorun de-fakto Kiyev hakimiyyəti və onların qərbli himayədarları ilə birgə hərəkət etməsi üzücüdür. Nəticədə onun qərəzliliyi və YUNESKO-nun nizamnaməsinə zidd olan neytrallığı itirməsi təşkilatın nüfuzuna olan inamı sarsıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/13/460689516_179:0:2910:2048_1920x0_80_0_0_9a99d1ca285fa8b2186df2a4aaeafe5b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xin, unesco, kiyev
rusiya xin, unesco, kiyev
Odre Azule de-fakto Kiyev və onun qərbli himayədarları ilə birgə hərəkət edir
Diplomat bildirib ki, Odre Azule, bildiyimiz kimi, Daria Dugina və Maksim Fominə qarşı törədilən vəhşi terror aktlarına məhəl qoymayıb.
BAKI, 3 iyul — Sputnik. UNESKO-nun Baş direktoru Odre Azule faktiki olaraq rusiyalı jurnalistlərin qətlini qınamaqdan imtina etməklə Kiyev hakimiyyəti və onun qərbli himayədarları ilə birgə hərəkət edir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) informasiya departamentinin direktor müavini Andrey Nastasin brifinqdə deyib.
"Xatırlatmaq istərdim ki, bu təşkilatın ali orqanı (UNESKO) - 1997-ci ildə Baş Konfrans baş direktoru jurnalistlərə qarşı törədilən qətlləri və hər hansı fiziki zorakılığı bilavasitə qınamağa məcbur edib. Keçən il UNESKO-nun İcraçı Şurası hazırkı Baş direktorun seçici yanaşmasını görərək, heç bir fərq qoymadan jurnalistlərin qətlini pisləmək zərurətini ona bir daha xatırladıb. İstənilən beynəlxalq məmurun vəzifəsi direktiv orqanların qərarlarını ciddi şəkildə yerinə yetirməkdir. Yeri gəlmişkən, Odre Azule, bildiyimiz kimi, Daria Dugina və Maksim Fominə qarşı törədilən vəhşi terror aktlarına məhəl qoymayıb", - diplomat bildirib.
Nastasin əlavə edib ki, indiki Baş direktorun de-fakto Kiyev hakimiyyəti və onların qərbli himayədarları ilə birgə hərəkət etməsi üzücüdür. Nəticədə onun qərəzliliyi və YUNESKO-nun nizamnaməsinə zidd olan neytrallığı itirməsi təşkilatın nüfuzuna olan inamı sarsıdır.