DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Obama Baydenin yenidən seçilmək perspektivlərinə şübhə edir

© AP Photo / Carolyn KasterBarak Obama və Co Bayden
Barak Obama və Co Bayden - Sputnik Azərbaycan, 1920, 03.07.2024
Abunə olmaq
Obama uzun müddətdir ki, Demokratların keçmiş Respublikaçı Prezident Donald Tramp üzərində qələbə perspektivindən narahatdır və Baydenə prezidentlik yarışının mürəkkəbliyi ilə bağlı dəfələrlə xəbərdarlıq edib.
BAKI, 3 iyul — Sputnik. ABŞ-ın keçmiş Prezidenti Barak Obama debatda uğursuzluğa düçar olduqdan sonra Co Baydenin ikinci müddətə yenidən seçilmə perspektivlərinə şübhə ilə yanaşır.
"The Washington Post" bu barədə mənbələrə istinadən yazıb.
Belə ki, Obama təkbətək görüşdə partiya yoldaşının fəaliyyətini ictimai bəyanatlardan daha sərt qiymətləndirib. Mənbələr deyir ki, o, debatdan sonra Baydenə zəng edib və şəxsi məsləhətçi kimi öz köməyini təklif edib.
Həmçinin bildirilib ki, Obama uzun müddətdir ki, Demokratların keçmiş Respublikaçı Prezident Donald Tramp üzərində qələbə perspektivindən narahatdır və Baydenə prezidentlik yarışının mürəkkəbliyi ilə bağlı dəfələrlə xəbərdarlıq edib. O, xüsusilə debatın özündən əvvəlki vəziyyətdən narahatlığını ifadə edib.
Xatırladaq ki, Baydenlə Tramp arasında debat 81 yaşlı demokratın xeyrinə bitməyib. Debatdan sonra jurnalistlər və ekspertlər onun prezidentlik yarışından geri çəkilməli olduğu barədə fikirlər söyləməyə başlayıblar. Bayden özü uğursuzluğunu xaricə səfərdən sonrakı yorğunluğu ilə izah edib. O, səhnədə az qala yuxuya getdiyini də etiraf edib.
Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bəyam edib ki, Bayden ABŞ-ın keçmiş prezidenti ilə uğursuz debatdan sonra seçkidən çəkilmək niyyətində deyil.
Mənbələr Baydenin vəziyyətinin son aylarda pisləşdiyini qeyd edirlər. Bildirilib ki, ABŞ-da ekstremal hava ilə bağlı keçirilən brifinqdə Bayden yenidən çətin vəziyyətdə qalıb. Belə ki, o, telesuflyorun ekranındakı "Say that again" ("Bunu bir daha söyləyin") ifadəsini ucadan oxuyub.
Belə bir məlumat da var ki, Konqresin Nümayəndələr Palatasındakı Demokrat Partiyasının nümayəndələri Baydenə seçki yarışından geri çəkilmək üçün müraciət etmək niyyətindədirlər.
Xəbər lenti
0