CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Emin Ağalarov Leyla Əliyevanın ad günü ilə bağlı paylaşım edib

© Photo : Social media page of Emin AgalarovEmin Ağalarov və Leyla Əliyeva
Emin Ağalarov və Leyla Əliyeva - Sputnik Azərbaycan, 1920, 03.07.2024
Abunə olmaq
Xalq artisti Emin Ağalarov Leyla Əliyevaya öz uşaqlarına göstərdiyi qayğı, diqqət və dəstəyə görə təşəkkür edib.
BAKI, 3 iyul — Sputnik. Xalq artisti Emin Ağalarov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə bağlı paylaşım edib.
Müğənni Leyla Əliyevanı ad günü münasibəti ilə təbrik edib.
Emin Leyla Əliyeva ilə yanaşı övladları Mikayıl, Əli və Əminənin yer aldığı şəklə "Ad günün mübarək, əziz Leyla! Sənə cansağlığı, xoşbəxtlik, çoxlu sevinc arzulayıram. Uşaqlarımıza, qayğına, diqqətinə və hər şeydə dəstəyinə görə təşəkkür edirəm. Xoşbəxt ol, biz həmişə yanındayıq" sözlərini yazıb.
Leyla Əliyeva 3 iyul 1984-cü ildə Moskva şəhərində İlham Əliyevin və Mehriban Əliyevanın ailəsində anadan olub. 1989–2000-ci illərdə Bakı şəhərinin 160 saylı tam orta məktəbində orta təhsil alıb. Orta məktəbi bitirdikdən sonra isə həmin il Avropa Biznes Məktəbinə (ESB) daxil olub. Kiçik bacısı Arzu Əliyeva ilə birlikdə İsveçrə və Böyük Britaniyada təhsil aldıqdan sonra 2006–2008-ci illərdə Rusiyada Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakültəsində dünya siyasəti üzrə magistr təhsili alıb.
30 aprel 2006-cı ildə Crocus Group şirkətinin vitse-prezidenti və musiqiçi Emin Ağalarov ilə ailə həyatı qurub. Toydan sonra cütlük Moskva şəhərinə köçüb və Leyla Əliyeva orada ictimai fəaliyyətlə məşğul olmağa başlayıb.
Leyla Əliyeva 10 may 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəridir. 19 dekabr 2007-ci ildə Rusiyada Baku jurnalını təsis edib və həmin jurnalın baş redaktoru olub. 8 may 2008-ci ildə "Xocalıya ədalət!" kampaniyasını başladıb. 2008-ci ilin may ayından İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru vəzifəsində çalışır.
2015-ci ilin may ayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasında verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri adına layiq görülüb.
30 may 2015-ci ildə Leyla Əliyeva və Emin Ağalarov boşandıqlarını elan ediblər.
Xəbər lenti
0