CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda şok hadisə: Ana dörd övladını parkda ataraq sevgilisi ilə qaçıb

© AFP 2024 / LOIC VENANCEAna uşaqları ilə, arxiv
Ana uşaqları ilə, arxiv - Sputnik Azərbaycan, 1920, 03.07.2024
Abunə olmaq
Böyük qız ifadəsində bir müddət Mingəçevirdə yaşadıqlarını söyləyib.
BAKI, 3 iyul — Sputnik. Bakıda qadın üçü azyaşlı olmaqla dörd uşağını parkda ataraq gedib. Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.
O bildirib ki, uşaqlar üç gün öncə 23-cü polis bölməsi tərəfindən aşkarlanıb.
"Uşaqlar 2 saylı Uşaq Kliniki Xəstəxanasında tibbi müayinədən keçirildikdən sonra Sosial Xidmətlər Agentliyi tərəfindən Azərbaycan Uşaqları İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə yerləşdirilib. Uşaqların təxminən 14, 5 və 4 yaşları var. Ən kiçiyi isə təxminən 5-6 aylıqdır. Böyük qız bildirir ki, anası sevgilisi ilə onları parkda qoyub kirayə ev tapmaq adı ilə gedib. Elə o gedən olub. Polis əməkdaşları uşaqları aşkarlayıb bölməyə aparıblar" - Kəmalə Ağazadə bildirib.
O qeyd edib ki, böyük qız ifadəsində bir müddət Mingəçevirdə yaşadığını söyləyib: "Qızın dediyinə görə, anasının adı Günay, nənəsinin adı Nəcibədir. Böyük qızın adı Günəş, atasının adı Asim olmalıdır. Uşaqlardan heç birinin sənədləri yoxdur. Ehtimal edilir ki, onlar bir müddət Xırdalanda da yaşayıblar".
Kəmalə Ağazadə artıq dörd övladını parkda atıb gedən ananın kimliyinin polis tərəfindən müəyyən olunduğunu bildirib.
Xəbər lenti
0