https://sputnik.az/20240703/azerkosmosla-cinin-starvision-sirketini-ne-birlesdirir--465785601.html
"Azərkosmos"la Çinin "Star.vision" şirkətini nə birləşdirir?
"Azərkosmos"la Çinin "Star.vision" şirkətini nə birləşdirir?
Sputnik Azərbaycan
Məqsəd "Star.vision"ın hazırladığı süni intellekt həlləri tətbiq olunan peyk və orbit sınaqları üçün zəruri alqoritmlərin birgə hazırlanması və tətbiqi... 03.07.2024, Sputnik Azərbaycan
2024-07-03T22:27+0400
2024-07-03T22:27+0400
2024-07-03T22:27+0400
azərkosmos
iqtisadiyyat
çin
süni intellekt
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0a/451606533_0:120:1280:840_1920x0_80_0_0_e8e240509b4a820734d07ab929c4e6fb.jpg
BAKI, 3 iyul — Sputnik. "Azərkosmos" Çinin "Star.vision" texnologiya şirkəti ilə anlaşma memorandumu imzalayıb. "Azərkosmos"dan bildirilib ki, imzalama mərasimi "Star.vision" şirkətinin nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində "Azərkosmos"da baş tutub. Memorandumun əsas məqsədi "Star.vision" tərəfindən hazırlanmış süni intellekt həlləri tətbiq olunan peyk və orbit sınaqları üçün zəruri alqoritmlərin birgə hazırlanması və tətbiqi istiqamətlərində strateji əməkdaşlıq etməkdir. Həmçinin süni intellekt və peyk texnologiyası ilə Yerin müşahidəsinin mənzərəsini yenidən formalaşdırmaq məqsədi daşıyan qabaqcıl rəqəmsal təşəbbüslərin birgə icrası və təcrübə mübadiləsi də bura daxildir. Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər. Görüş çərçivəsində "Azərkosmos" "Star.vision" şirkətini noyabr ayında Bakıda keçiriləcək COP29 tədbirinə dəvət edib. “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs Qeyd edək ki, 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı" ilə Azərbaycanda müasir kosmik layihələrin həyata keçirilməsinə start verilib. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamı ilə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti (Azərkosmos ASC) təsis edilib. 2013-cü ildə "Azerspace-1" telekommunikasiya, 2014-ci ildə "Azersky" Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə "Azerspace-2" telekommunikasiya peyki orbitə çıxarılıb. "Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli 1326 nömrəli Fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" yaradılıb. "Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" kosmik fəaliyyət sahəsində dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti, telekommunikasiya, Yer müşahidə və digər təyinatlı peyklərin orbitə çıxarılması, idarə edilməsi və istismarı sahəsində ümumdövlət və ictimai əhəmiyyət daşıyan funksiyaları həyata keçirən, beynəlxalq kosmik layihələrdə iştirak edən, müvafiq beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti dövlət qurumları ilə kosmosdan dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq edən publik hüquqi şəxsdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0a/451606533_0:0:1280:960_1920x0_80_0_0_c40f04642af63bedc6a8d588b6e2ff63.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərkosmos, çin, süni intellekt
azərkosmos, çin, süni intellekt
"Azərkosmos"la Çinin "Star.vision" şirkətini nə birləşdirir?
Məqsəd "Star.vision"ın hazırladığı süni intellekt həlləri tətbiq olunan peyk və orbit sınaqları üçün zəruri alqoritmlərin birgə hazırlanması və tətbiqi istiqamətlərində strateji əməkdaşlıqdır.
BAKI, 3 iyul — Sputnik. "Azərkosmos" Çinin "Star.vision" texnologiya şirkəti ilə anlaşma memorandumu imzalayıb.
"Azərkosmos"dan bildirilib ki, imzalama mərasimi "Star.vision" şirkətinin nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində "Azərkosmos"da baş tutub. Memorandumun əsas məqsədi "Star.vision" tərəfindən hazırlanmış süni intellekt həlləri tətbiq olunan peyk və orbit sınaqları üçün zəruri alqoritmlərin birgə hazırlanması və tətbiqi istiqamətlərində strateji əməkdaşlıq etməkdir. Həmçinin süni intellekt və peyk texnologiyası ilə Yerin müşahidəsinin mənzərəsini yenidən formalaşdırmaq məqsədi daşıyan qabaqcıl rəqəmsal təşəbbüslərin birgə icrası və təcrübə mübadiləsi də bura daxildir.
Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər. Görüş çərçivəsində "Azərkosmos" "Star.vision" şirkətini noyabr ayında Bakıda keçiriləcək COP29 tədbirinə dəvət edib.
“Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs
Qeyd edək ki, 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı" ilə Azərbaycanda müasir kosmik layihələrin həyata keçirilməsinə start verilib. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamı ilə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti (Azərkosmos ASC) təsis edilib.
2013-cü ildə "Azerspace-1" telekommunikasiya, 2014-ci ildə "Azersky" Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə "Azerspace-2" telekommunikasiya peyki orbitə çıxarılıb.
"Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli 1326 nömrəli Fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" yaradılıb.
"Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" kosmik fəaliyyət sahəsində dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti, telekommunikasiya, Yer müşahidə və digər təyinatlı peyklərin orbitə çıxarılması, idarə edilməsi və istismarı sahəsində ümumdövlət və ictimai əhəmiyyət daşıyan funksiyaları həyata keçirən, beynəlxalq kosmik layihələrdə iştirak edən, müvafiq beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti dövlət qurumları ilə kosmosdan dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq edən publik hüquqi şəxsdir.