https://sputnik.az/20240703/azerbaycan-herbcileri-minskde-herbi-paradda-istirak-edib---vdeo-465770838.html
Azərbaycanın müdafiə naziri Minskdə keçirilən hərbi paradı izləyib - VİDEO
Azərbaycanın müdafiə naziri Minskdə keçirilən hərbi paradı izləyib - VİDEO
Sputnik Azərbaycan
Paradda Belarus Prezidenti Aleksandr Lukaşenko və MDB ölkələrinin müdafiə nazirləri, o cümlədən Azərbaycan Müdafiə Nazirliyinin rəhbəri Zakir Həsənov iştirak... 03.07.2024, Sputnik Azərbaycan
2024-07-03T15:44+0400
2024-07-03T15:44+0400
2024-07-03T15:45+0400
minsk
hərbi
zakir həsənov
müdafiə naziri zakir həsənov
parad
belarus
belarus prezidenti aleksandr lukaşenko
https://cdnn1.img.sputnik.az/img/07e8/07/03/465770387_0:0:3002:1690_1920x0_80_0_0_e9b5f67023feb60ba2c31c2e1b2443b3.jpg
BAKI, 3 iyul — Sputnik. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun azad olunmasının 80-ci ildönümü və Müstəqillik Gününə həsr olunmuş təntənəli mərasimdə fəxri qonaq qismində iştirak edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Sonra müdafiə naziri Minsk şəhərində keçirilən müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələri ilə yanaşı Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun da qatıldığı hərbi paradı izləyib. Daha sonra Qələbə meydanı ziyarət olunub. Nümayəndə heyətlərinin rəhbərləri tərəfindən Qələbə abidəsinin önünə gül dəstələri qoyulub. Belarus Milli Kitabxanasında Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib. İclasda hərbi əməkdaşlığın cari vəziyyəti və qarşıda duran məsələlər müzakirə olunub. Qeyd edək ki, iyulun 2-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasına səfər edib. Müdafiə nazirinin rəsmi səfəri iyulun 3-dək davam edəcək.***Azərbaycan hərbçiləri Minskdə hərbi paradda iştirak edibAzərbaycan hərbçiləri iyunun 3-də Belarusun Müstəqillik Günü münasibətilə Minskdə keçirilən paradda iştirak ediblər. Azərbaycan tərəfindən paradın heyətinə kapitan Məhəmməd Saqizadə komandanlıq edib. "Belarusun azad edilməsində 10 minə yaxın azərbaycanlı iştirak edib", - Azərbaycan əsgərləri tribuna önündən keçərkən paradın şərhçisi qeyd edib. Paradda Belarus Prezidenti Aleksandr Lukaşenko və MDB ölkələrinin müdafiə nazirləri, o cümlədən Azərbaycan Müdafiə Nazirliyinin rəhbəri Zakir Həsənov iştirak ediblər. Müstəqillik Gününün iyulun 3-də qeyd olunması haqqında qərar 1996-cı ildə keçirilən referendumdan sonra qəbul edilib. Bu tarix 1944-cü ildə Minskin faşist işğalçılarından azad edildiyi gündür. Bu il Belarus faşist işğalçılarından azad edilməsinin 80 illiyini qeyd edir, bu çərçivədə hərbi parad keçirilir. Ümumilikdə 36 piyada parad dəstəsində 6 minə yaxın şəxsi heyyət iştirak edir, onlardan 150-si qadındır. Mexanikləşdirilmiş kolonların 29 parad heyətinə 300-dən çox təkərli və tırtıllı maşın daxildir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/07/03/465770387_192:0:2923:2048_1920x0_80_0_0_8947e529b1a8f118125095999c3022de.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
minsk, zakir həsənov, müdafiə naziri zakir həsənov, parad, belarus, belarus prezidenti aleksandr lukaşenko
minsk, zakir həsənov, müdafiə naziri zakir həsənov, parad, belarus, belarus prezidenti aleksandr lukaşenko
Azərbaycanın müdafiə naziri Minskdə keçirilən hərbi paradı izləyib - VİDEO
15:44 03.07.2024 (Yenilənib: 15:45 03.07.2024) Paradda Belarus Prezidenti Aleksandr Lukaşenko və MDB ölkələrinin müdafiə nazirləri, o cümlədən Azərbaycan Müdafiə Nazirliyinin rəhbəri Zakir Həsənov iştirak ediblər.
BAKI, 3 iyul — Sputnik. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun azad olunmasının 80-ci ildönümü və Müstəqillik Gününə həsr olunmuş təntənəli mərasimdə fəxri qonaq qismində iştirak edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Sonra müdafiə naziri Minsk şəhərində keçirilən müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələri ilə yanaşı Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun da qatıldığı hərbi paradı izləyib.
Daha sonra Qələbə meydanı ziyarət olunub. Nümayəndə heyətlərinin rəhbərləri tərəfindən Qələbə abidəsinin önünə gül dəstələri qoyulub.
Belarus Milli Kitabxanasında Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib.
İclasda hərbi əməkdaşlığın cari vəziyyəti və qarşıda duran məsələlər müzakirə olunub.
Qeyd edək ki, iyulun 2-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasına səfər edib. Müdafiə nazirinin rəsmi səfəri iyulun 3-dək davam edəcək.
Azərbaycan hərbçiləri Minskdə hərbi paradda iştirak edib
Azərbaycan hərbçiləri iyunun 3-də Belarusun Müstəqillik Günü münasibətilə Minskdə keçirilən paradda iştirak ediblər.
Azərbaycan tərəfindən paradın heyətinə kapitan Məhəmməd Saqizadə komandanlıq edib.
"Belarusun azad edilməsində 10 minə yaxın azərbaycanlı iştirak edib", - Azərbaycan əsgərləri tribuna önündən keçərkən paradın şərhçisi qeyd edib.
Paradda Belarus Prezidenti Aleksandr Lukaşenko və MDB ölkələrinin müdafiə nazirləri, o cümlədən Azərbaycan Müdafiə Nazirliyinin rəhbəri Zakir Həsənov iştirak ediblər.
Müstəqillik Gününün iyulun 3-də qeyd olunması haqqında qərar 1996-cı ildə keçirilən referendumdan sonra qəbul edilib. Bu tarix 1944-cü ildə Minskin faşist işğalçılarından azad edildiyi gündür.
Bu il Belarus faşist işğalçılarından azad edilməsinin 80 illiyini qeyd edir, bu çərçivədə hərbi parad keçirilir. Ümumilikdə 36 piyada parad dəstəsində 6 minə yaxın şəxsi heyyət iştirak edir, onlardan 150-si qadındır. Mexanikləşdirilmiş kolonların 29 parad heyətinə 300-dən çox təkərli və tırtıllı maşın daxildir.