https://sputnik.az/20240703/abs-kiyeve-ne-qeder-vesait-ayiracagini-hele-mueyyenlesdirmeyib-465772131.html
ABŞ Kiyevə nə qədər vəsait ayıracağını hələ müəyyənləşdirməyib
ABŞ Kiyevə nə qədər vəsait ayıracağını hələ müəyyənləşdirməyib
Sputnik Azərbaycan
ABŞ-ın hələlik Kiyevə ayırdığı vəsaitin konkret məbləğini açıqlamaması fonunda nəşr Vaşinqtonu "ofisiant hesabı gətirdiyi anda tualetə gedən dost"la müqayisə... 03.07.2024, Sputnik Azərbaycan
2024-07-03T21:43+0400
2024-07-03T21:43+0400
2024-07-03T21:43+0400
abş
dünya xəbərləri
g7
ukrayna
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/04/07/440889536_0:0:3027:1702_1920x0_80_0_0_0f1129b3e4acb2a6d0c8cd56f4d2ab0b.jpg
BAKI, 3 iyul — Sputnik. Birləşmiş Ştatlar G7 ölkələrinin Kiyevə ilin sonuna qədər 50 milyard dollar ayırması ilə bağlı razılaşdırdıqları plan çərçivəsində Ukraynaya nə qədər pul köçürməyə hazır olduğunu hələ müəyyənləşdirməyib. Bu barədə "Politico" qəzeti avropalı rəsmiyə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, bu məsələ G7-nin xəzinə rəhbərlərinin bugünkü iclasının əsas mövzusu olacaq. Qəzet qeyd edir ki, ABŞ administrasiyasının Kiyevə ayrılan vəsaitin həcmini təsdiqləməsi üçün təklif olunan məbləğ vergi ödəyiciləri üçün risk yarada bilərsə ABŞ Konqresinin razılığı tələb olunacaq. Lakin bu halda respublikaçı qanunvericilər təsdiq prosesini ilin sonuna qədər təxirə sala bilərlər, Politico yazır. ABŞ-ın hələlik Kiyevə ayırdığı vəsaitin konkret məbləğini açıqlamaması fonunda nəşr Vaşinqtonu "ofisiant hesabı gətirdiyi anda tualetə gedən dost"la müqayisə edib. G7 liderləri iyunun 13-də İtaliyada keçirilən sammitdə 2024-cü ilin sonuna qədər dondurulmuş Rusiyanın aktivlərindən əldə olunan gəlirdən Ukraynaya 50 milyard dollar ayrılması barədə razılığa gəliblər. Dondurulmuş Rusiya aktivlərindən əldə edilən mənfəət Ukraynaya kredit verilməsi üçün zəmanət kimi istifadə olunacaq. Mətndə qeyd olunur ki, Qərb maliyyə institutlarının yurisdiksiyası altında olan suveren Rusiyanın aktivləri Rusiya təcavüzünü dayandırana və Ukraynaya vurduğu zərəri ödəyənə qədər dondurulacaq. İyunun 14-də Vaşinqton administrasiyasının nümayəndəsi brifinqdə bildirib ki, Ukrayna G7 ölkələrindən 50 milyard dollar məbləğində krediti qrant kimi nəzərdən keçirə bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/07/440889536_0:0:2731:2048_1920x0_80_0_0_4be891c06a3c7543e027d8dc2b394cc3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
abş, g7, ukrayna, rusiya
ABŞ Kiyevə nə qədər vəsait ayıracağını hələ müəyyənləşdirməyib
ABŞ-ın hələlik Kiyevə ayırdığı vəsaitin konkret məbləğini açıqlamaması fonunda nəşr Vaşinqtonu "ofisiant hesabı gətirdiyi anda tualetə gedən dost"la müqayisə edib.
BAKI, 3 iyul — Sputnik. Birləşmiş Ştatlar G7 ölkələrinin Kiyevə ilin sonuna qədər 50 milyard dollar ayırması ilə bağlı razılaşdırdıqları plan çərçivəsində Ukraynaya nə qədər pul köçürməyə hazır olduğunu hələ müəyyənləşdirməyib. Bu barədə "Politico" qəzeti avropalı rəsmiyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, bu məsələ G7-nin xəzinə rəhbərlərinin bugünkü iclasının əsas mövzusu olacaq. Qəzet qeyd edir ki, ABŞ administrasiyasının Kiyevə ayrılan vəsaitin həcmini təsdiqləməsi üçün təklif olunan məbləğ vergi ödəyiciləri üçün risk yarada bilərsə ABŞ Konqresinin razılığı tələb olunacaq. Lakin bu halda respublikaçı qanunvericilər təsdiq prosesini ilin sonuna qədər təxirə sala bilərlər, Politico yazır.
ABŞ-ın hələlik Kiyevə ayırdığı vəsaitin konkret məbləğini açıqlamaması fonunda nəşr Vaşinqtonu "ofisiant hesabı gətirdiyi anda tualetə gedən dost"la müqayisə edib.
G7 liderləri iyunun 13-də İtaliyada keçirilən sammitdə 2024-cü ilin sonuna qədər dondurulmuş Rusiyanın aktivlərindən əldə olunan gəlirdən Ukraynaya 50 milyard dollar ayrılması barədə razılığa gəliblər. Dondurulmuş Rusiya aktivlərindən əldə edilən mənfəət Ukraynaya kredit verilməsi üçün zəmanət kimi istifadə olunacaq. Mətndə qeyd olunur ki, Qərb maliyyə institutlarının yurisdiksiyası altında olan suveren Rusiyanın aktivləri Rusiya təcavüzünü dayandırana və Ukraynaya vurduğu zərəri ödəyənə qədər dondurulacaq.
İyunun 14-də Vaşinqton administrasiyasının nümayəndəsi brifinqdə bildirib ki, Ukrayna G7 ölkələrindən 50 milyard dollar məbləğində krediti qrant kimi nəzərdən keçirə bilər.