https://sputnik.az/20240702/turkiye-randan-pkk-ya-qarsi-herbi-emeliyyata-mudaxile-etmemeyi-teleb-edib---kv-465724138.html
Türkiyə İrandan PKK-ya qarşı hərbi əməliyyata müdaxilə etməməyi tələb edib - KİV
Türkiyə İrandan PKK-ya qarşı hərbi əməliyyata müdaxilə etməməyi tələb edib - KİV
Sputnik Azərbaycan
Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndələri və təhlükəsizlik qüvvələrinin iştirakı ilə Türkiyə ilə İran arasında keçirilən görüşdə İrandan PKK-ya qarşı... 02.07.2024, Sputnik Azərbaycan
2024-07-02T00:23+0400
2024-07-02T00:23+0400
2024-07-02T00:23+0400
türkiyə
dünya xəbərləri
iran
iran
pkk
pkk
hərbi əməliyyat
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/06/425130118_0:161:3071:1888_1920x0_80_0_0_8176afa373efb6b43efa52c869ff4929.jpg
BAKI, 2 iyul — Sputnik. Türkiyə İrandan ölkədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasına (PKK) silah verməməyi və Ankaranın silahlı kürd qüvvələrinə qarşı hərbi əməliyyatına müdaxilə etməməyi tələb edib. Bu barədə Türkiyənin hökumətyönlü "Yeni Şafak" qəzeti mənbələrə istinadən yazıb. Bundan əvvəl nəşr İraqdakı PKK-ya ABŞ və İrandan pilotsuz təyyarələr və raketlərin tədarükü barədə məlumat vermişdi. Qəzetin yazdığına görə, Türkiyə hökuməti orduya kürd yaraqlılarına verilən istənilən silah-sursatın məhv edilməsi barədə göstəriş verib. "Keçən həftə Süleymaniyyədə (İraq - red.) Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndələri və təhlükəsizlik qüvvələrinin iştirakı ilə Türkiyə ilə İran arasında keçirilən görüşdə İrandan PKK-ya qarşı mübarizədə əməkdaşlıq təklif edilib", – nəşr yazır. Məlumata görə, İran rəsmiləri PKK-ya hər hansı təchizat etmədiklərini bildiriblər. "Bundan sonra İran rəsmiləri Türkiyə tərəfinin arqumentlərini təkzib edərək, yükün onlara heç bir aidiyyətinin olmadığını bildiriblər. Türkiyə İranın sərhəd bölgəsindəki terrorçuları Türkiyə ərazisinə dəfələrlə keçdiyini açıqlayıb, İrandan bunun qarşısını almağı tələb edib. Bildirilib ki, İran Türkiyənin PKK-ya qarşı əməliyyatına hər hansı müdaxilədən çəkinməlidir". Kürdüstan Fəhlə Partiyası ilə silahlı münaqişə Türkiyədə 1984-cü ildə başlayıb və 2015-ci ildə yenidən aktivləşib. Şimali İraqda PKK bazaları var ki, Türkiyə Silahlı Qüvvələri onlara qarşı hava və quru əməliyyatları aparır. Mosulun şimal-şərqində yerləşən Zlikan düşərgəsində türk hərbçilərinin olması Bağdad və Ankara arasında mübahisə nöqtəsinə çevrilib və bu, onun PKK ilə mübarizə aparmaq üçün yerləşdirilməsini zəruri hesab edir.
iran
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/06/425130118_170:0:2901:2048_1920x0_80_0_0_4cd2178dc07d0fd8f0a61c3823b14880.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
türkiyə, iran, iran, pkk, pkk, hərbi əməliyyat
türkiyə, iran, iran, pkk, pkk, hərbi əməliyyat
Türkiyə İrandan PKK-ya qarşı hərbi əməliyyata müdaxilə etməməyi tələb edib - KİV
Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndələri və təhlükəsizlik qüvvələrinin iştirakı ilə Türkiyə ilə İran arasında keçirilən görüşdə İrandan PKK-ya qarşı mübarizədə əməkdaşlıq təklif edilib.
BAKI, 2 iyul — Sputnik. Türkiyə İrandan ölkədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasına (PKK) silah verməməyi və Ankaranın silahlı kürd qüvvələrinə qarşı hərbi əməliyyatına müdaxilə etməməyi tələb edib. Bu barədə Türkiyənin hökumətyönlü "Yeni Şafak" qəzeti mənbələrə istinadən yazıb.
Bundan əvvəl nəşr İraqdakı PKK-ya ABŞ və İrandan pilotsuz təyyarələr və raketlərin tədarükü barədə məlumat vermişdi. Qəzetin yazdığına görə, Türkiyə hökuməti orduya kürd yaraqlılarına verilən istənilən silah-sursatın məhv edilməsi barədə göstəriş verib.
"Keçən həftə Süleymaniyyədə (İraq - red.) Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndələri və təhlükəsizlik qüvvələrinin iştirakı ilə Türkiyə ilə İran arasında keçirilən görüşdə İrandan PKK-ya qarşı mübarizədə əməkdaşlıq təklif edilib", – nəşr yazır.
Məlumata görə, İran rəsmiləri PKK-ya hər hansı təchizat etmədiklərini bildiriblər.
"Bundan sonra İran rəsmiləri Türkiyə tərəfinin arqumentlərini təkzib edərək, yükün onlara heç bir aidiyyətinin olmadığını bildiriblər. Türkiyə İranın sərhəd bölgəsindəki terrorçuları Türkiyə ərazisinə dəfələrlə keçdiyini açıqlayıb, İrandan bunun qarşısını almağı tələb edib. Bildirilib ki, İran Türkiyənin PKK-ya qarşı əməliyyatına hər hansı müdaxilədən çəkinməlidir".
Kürdüstan Fəhlə Partiyası ilə silahlı münaqişə Türkiyədə 1984-cü ildə başlayıb və 2015-ci ildə yenidən aktivləşib. Şimali İraqda PKK bazaları var ki, Türkiyə Silahlı Qüvvələri onlara qarşı hava və quru əməliyyatları aparır. Mosulun şimal-şərqində yerləşən Zlikan düşərgəsində türk hərbçilərinin olması Bağdad və Ankara arasında mübahisə nöqtəsinə çevrilib və bu, onun PKK ilə mübarizə aparmaq üçün yerləşdirilməsini zəruri hesab edir.