Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Təhsil müəssisələrinin rəhbərlərinə xəbərdarlıq!

© iStock.com / skynesherBoş dərs otağı
Boş dərs otağı - Sputnik Azərbaycan, 1920, 02.07.2024
Abunə olmaq
Eşqi Bağırov deyib ki, Regional Təhsil İdarələrinin, eyni zamanda təhsil müəssiələrinin fəaliyyətinə nəzarət müntəzəm xarakter daşıyır.
BAKI, 2 iyul — Sputnik. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Regional Təhsil İdarələrinin, eyni zamanda, təhsil müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlaması zamanı məlumat verib.
O deyib ki, Regional Təhsil İdarələrinin, eyni zamanda təhsil müəssiələrinin fəaliyyətinə nəzarət müntəzəm xarakter daşıyır.
© Photo : The Azerbaijan Republic Education PortalMəktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov
Təhsil Nazirliyinin şöbə müdiri Eşqi Bağırov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.07.2024
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov
Onun sözlərinə görə, yoxlama tədbirləri ilin sonunadək davam edəcək:

"Qaydaların və təlimatların pozulması halları yolverilməzdir. Hazırda dövlət ümumi təhsil müəssisələrində rəhbər vəzifələrdə (direktor və direktor müavini) çalışan və ya bu vəzifələrdə çalışmaq istəyən şəxslərə bildirmək istəyirəm ki, sözügedən vəzifələrə təyinat zamanı qanunvericiliyin tələblərinin pozulduğu hallar aşkar edilərsə, bu barədə bilavasitə məsuliyyət daşıyan tərəflər barədə də ölçü götürüləcək, müvafiq tədbirlər görüləcək".

E.Bağırov deyib ki, bu günədək məktəbəqədər təhsil müəssisələrində çalışan 350-ə yaxın tərbiyəçi müəllim mərkəzləşdirilmiş qaydada imtahanla işə qəbul olunub.
"Eyni zamanda bu ildən etibarən ilkin olaraq tərbiyəçi müəllimlərin diaqnostik qiymətləndirməsi aparılacaq. Növbəti ildən isə tərbiyəçi müəllimlər də sertifikatlaşdırma imtahanında iştirak edəcəklər", - o əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0